Mojo.az — elanlar
Son Xəbərlər
14:23 Əsgərliyə gedənlərin kredit borcları necə ödəniləcək?  |     14:18 Paşinyan: "Azaraq Ermənistana keçən azərbaycanlı çoban qaytarılacaq"  |     14:15 Bina evində qalanların nəzərinə: Yenilik olacaq  |     14:07 Azərbaycanda mənzil təmiri adı ilə dələduzluq edən şəxs Almaniyada tutuldu  |     14:06 Tacikistandan Azərbaycana gələn sahibkar oğlu tərəfindən öldürüldü - Təfərrüat  |     13:44 Yardımlının yeni icra başçısı kimdir? - DOSYE  |     13:43 Azərbaycanda bəzi şəxslərə 20 illik vergi güzəşti - Prezident təsdiqlədi  |     13:43 "Texnologiyalar parkı haqqında Nümunəvi Əsasnamə"də dəyişikliklər edildi  |     13:32 Gələn il ərzaq qiymətləri arta bilər – Açıqlama  |     13:10 Hər gün istifadə etdiyimiz duz nə qədər təmizdir? – AÇIQLAMA  |     13:09 Prezident yeni icra başçısı təyin etdi  |     13:08 İlham Əliyev Elçin Yusubovu vəzifəsindən azad etdi  |     12:46 Azərbaycan-Türkiyə qardaşlığına kölgə salmaq istəyən qüvvələr var – Deputat  |     12:37 Azərbaycanda bəzi bələdiyyələrin adları dəyişdirildi  |     12:25 Sürücülük imtahanları sərtləşdirilir? - Hər söz və hərəkət qeydə alına bilər  |     12:21 Ermənistan rəsmiləri TRIPP-in infrastruktur layihələri üçün Zəngəzura səfər ediblər  |     12:01 Bakıda iki yaşlı qız su kanalında boğuldu  |     11:56 Havanın isti keçməsinin səbəbi açıqlandı  |     11:53 Azərbaycan nefti cüzi bahalaşıb  |     11:52 Ermənistan sərhədi keçən azərbaycanlı çobanı geri qaytaracaq  |    
Mojo.az Avto
Mojo.az Avto

Evinin "kupça"sı olmayanlara şad xəbər

21.10.2026 22:54 300
Evinin
Mərkəzi Bank tərəfindən 2027-2030-cu illər üzrə inkişaf strategiyasının təsdiq edilməsi nəzərdə tutulur.

Median.Az
Ölkə.az-a istinadən xəbər verir ki, bunu Mərkəzi Bankın Sığorta vasitəçilərinə nəzarət şöbəsinin rəisi Ramin Cəfərov deyib.

O bildirib ki, strategiyanın əsas istiqamətlərindən biri icbari sığortaların təkmilləşdirilməsidir.

Ramin Cəfərovun sözlərinə görə, bu, icbari sığortaların əhatə dairəsinin genişləndirilməsini, effektivliyinin artırılmasını, eləcə də məlumat bazalarının və nəzarət mexanizmlərinin gücləndirilməsini əhatə edir.

O qeyd edib ki, hazırda evin çıxarışı olmayan şəxslər əmlak sığortasından yararlana bilmirlər. Məlumat bazalarına çıxışın təmin edilməsi isə sığorta şirkətlərinə daşınmaz əmlakla bağlı məlumatları sistemə daxil etmək imkanı verəcək.

R.Cəfərov bildirib ki, hazırda icbari avtosığorta üzrə fəaliyyət göstərən şirkətlər Daxili İşlər Nazirliyinin məlumat bazasına daxil ola bilirlər. Onlar avtomobilin texniki pasportunun və qeydiyyat nömrəsinin məlumatlarını daxil etməklə nəqliyyat vasitəsi barədə müvafiq məlumatları əldə edirlər.

Şöbə rəisinin sözlərinə görə, daşınmaz əmlakın icbari sığortası ilə bağlı da oxşar layihənin hazırlanması nəzərdə tutulur.

R.Cəfərov onu da vurğulayıb ki, icbari əmlak sığortası yalnız çıxarışı olan mənzil və obyektlərlə məhdudlaşmır.

O bildirib ki, qanunvericiliyə əsasən, əmlak bələdiyyə və icra hakimiyyəti orqanlarının sənədləri, eləcə də dövlət qurumlarının alqı-satqı müqavilələri əsasında da sığortalana bilər.

Son xəbərlər