Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
13:02 "Ceyhun Sabunçu"nu qətlə yetirməkdə ittiham olunan şəxslər başqa cinayət də törədiblərmiş  |     12:31 Milyarder İbrahim Süleymanova Rusiyada yekun ittiham irəli sürüldü  |     12:28 Universitetlər əmək bazarının tələblərinə cavab verə bilmir – Açıqlama  |     12:17 Göygöldə qanlı dava: 36 yaşlı kişi bıçaqlandı  |     12:08 Nisyə pivə içən qəssab dostunu bıçaqladı - İmişlidəki cinayətin təfərrüatı  |     12:00 İlham Əliyev: "Bu gün Azərbaycan cəmiyyəti bütün məsələlər üzrə birlik nümayiş etdirir"  |     11:59 Dubayda qızıldan piyada yolu salınacaq  |     11:57 Bakının ucuz mənzillər satılan əraziləri açıqlandı - Video  |     11:55 Prezident: "İkinci Qarabağ müharibəsi zamanı bütün etnik qrupların və dinlərin nümayəndələri bir dəmir yumruq kimi birləşdilər"  |     11:53 Bakıda böyük söküntü başlayır: Sakinlərə nə qədər kompensasiya veriləcək? - Video  |     11:34 İlham Əliyev: "Azərbaycan tarixən və hər zaman çoxmədəniyyətli ölkə olub"  |     11:29 Prezident: "Mədəniyyətlərarası Dialoq Forumu mədəniyyətlərarası münasibətlərin inkişafına öz töhfəsini verib"  |     11:26 Deputat: “İran nazirinin bəyanatı Azərbaycanın daxili işlərinə müdaxilədir”  |     11:17 Bəzi şəxslərin iş və istirahət saatları ilə bağlı YENİ QƏRAR  |     23:14 Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu  |     22:50 Türkiyədə bələdiyyə məclisinin üzvü mübahisə zamanı öldürüldü  |     22:23 Şamaxı şəhərində Xınıslı körpələr evi-uşaq bağçasının açılışı olub - Foto  |     22:05 55 nömrəli marşrut üzrə avtobuslar nə vaxt yenilənəcək?  |     22:03 Leyla Əliyeva Şamaxıda sosial tikiş müəssisəsinin fəaliyyəti ilə tanış olub - Foto  |     21:43 Bakı Xəzər-Qara dəniz regionu üzrə AAPG beynəlxalq neft-qaz konfransına ev sahibliyi edəcək  |    
Mojo.az Avto
Mojo.az Avto

Azərbaycanda bəzi şəxslərə 20 illik vergi güzəşti - Prezident təsdiqlədi

22.10.2026 13:43 291
Azərbaycanda bəzi şəxslərə 20 illik vergi güzəşti - Prezident təsdiqlədi
Texnologiyalar parkının rezidentlərində çalışan fiziki şəxslər üçün 20 illik vergi güzəşti müəyyənləşib.

Median.Az
President.az-a xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi Vergi Məcəlləsinə edilən dəyişiklikdə əksini tapıb.

Məcəlləyə əsasən, texnologiyalar parkının rezidentlərində, o cümlədən texnologiyalar parkından kənar fəaliyyət göstərən rezidentlərində bu fəaliyyətin məqsədləri üçün çalışan fiziki şəxslərin muzdlu işdən əldə edilən aylıq gəlirlərindən gəlir vergisi 2027-ci il yanvarın 1-dən 20 il müddətində 0 faiz dərəcəsi ilə tutulacaq.

Bu maddədə nəzərdə tutulan güzəşt iri sahibkarlıq subyektlərinə münasibətdə aşağıdakı şərtlər daxilində tətbiq edilir:

1. texnologiyalar parkının rezidenti olan iri sahibkarlıq subyektlərinin təqvim ili ərzində ümumi gəlirlərində ixracdan əldə olunan gəlirlərin xüsusi çəkisi müəyyən edilən həddən az olmadıqda. Texnologiyalar parkının rezidenti olan iri sahibkarlıq subyektlərinin təqvim ili ərzində ümumi gəlirlərində ixracdan əldə olunan gəlirlərin xüsusi çəkisinin minimum həddi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilir;

2. texnologiyalar parkının rezidenti olan iri sahibkarlıq subyektləri tərəfindən malların (işlərin, xidmətlərin) ixracı zamanı həmin ixrac əməliyyatları üzrə əldə edilən gəlirlər (vəsaitlər) vergi ödəyicisinin Azərbaycan Respublikasında olan bank və digər ödəniş hesablarına köçürüldükdə.

Bundan başqa, dəyişikliklərə görə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) yaratdığı sənaye, yaxud texnologiyalar parklarının rezidenti olan, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxslərin sənaye və texnologiyalar parkındakı, o cümlədən texnologiyalar parkından kənar fəaliyyətdən əldə etdikləri gəlir (muzdlu işdən gəlir istisna olmaqla) - normativ hüquqi aktlara uyğun olaraq sənaye və texnologiyalar parkının qeydiyyat şəhadətnaməsini aldıqları tarixdən etibarən sənaye parklarının rezidentlərinə münasibətdə 10 il, texnologiyalar parklarının rezidentlərinə münasibətdə isə 20 il müddətinə. Bu maddədə nəzərdə tutulan güzəşt aşağıdakı şərtlər daxilində tətbiq edilir:

1. texnologiyalar parkının rezidenti olan iri sahibkarlıq subyektlərinin təqvim ili ərzində ümumi gəlirlərində ixracdan əldə olunan gəlirlərin xüsusi çəkisi müəyyən edilən həddən az olmadıqda. Texnologiyalar parkının rezidenti olan iri sahibkarlıq subyektlərinin təqvim ili ərzində ümumi gəlirlərində ixracdan əldə olunan gəlirlərin xüsusi çəkisinin minimum həddi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilir;

2. texnologiyalar parkının rezidenti olan iri sahibkarlıq subyektləri tərəfindən malların (işlərin, xidmətlərin) ixracı zamanı həmin ixrac əməliyyatları üzrə əldə edilən gəlirlər (vəsaitlər) vergi ödəyicisinin Azərbaycan Respublikasında olan bank və digər ödəniş hesablarına köçürüldükdə;

3. avadanlıqların, aparat-texniki vasitələrin ixracı həyata keçirildiyi halda həmin avadanlıqlara, aparat-texniki vasitələrə texnologiyalar parkının rezidenti olan vergi ödəyicisi tərəfindən yaradılmış və normativ hüquqi aktlarla müəyyən edilmiş qaydada qeydiyyata alınmış müəlliflik hüququnun obyekti olan qeyri-maddi aktivlər (o cümlədən proqram təminatı), innovasiya məhsulu və nou-hau inteqrasiya edildiyi və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiqedici sənədi əsasında avadanlığın, aparat-texniki vasitənin üzərində əsaslı texnoloji dəyişiklik aparıldıqda. Avadanlıqların, aparat-texniki vasitələrin üzərində əsaslı texnoloji dəyişiklik aparılmadan, yalnız digər şəxslərə məxsus proqram təminatının yüklənməsi, qablaşdırma və ya sadə quraşdırma əməliyyatlarından əldə edilən gəlirlərə bu maddədə nəzərdə tutulan azadolma şamil edilmir.

Bu Qanun 2027-ci il yanvarın 1-dən qüvvəyə minəcək.

Son xəbərlər