Paşinyan: "Azaraq Ermənistana keçən azərbaycanlı çoban qaytarılacaq"
"Ermənistan Respublikası ərazisinə azaraq daxil olan Azərbaycan vətəndaşını ölkəsinə qaytaracaq".
Median.Az Ermənistan KİV-ə istinadən xəbər verir ki, bu sözləri Ermənistanın baş naziri Nikol Paşinyan deyib.
"Dünyada elə bir sərhəd, təmas xətti və ya cəbhə xətti yoxdur ki, insan onu keçə bilməsin. Bu şəxs sərhədi keçib, hərbçilər onu aşkar edərək Milli Təhlükəsizlik Xidmətinə (MTX) təhvil veriblər. Onlar onun necə gəldiyini görərək saxlayıblar və MTX-yə təhvil veriblər. Axı o, Respublika meydanında saxlanılmayıb. O, sərhədi keçib və biz onu qaytarmalıyıq", - deyə Paşinyan bildirib.
Xatırladaq ki, Ermənistan Milli Təhlükəsizlik Xidməti oktyabrın 19-da saat 17:50-də Azərbaycan vətəndaşı, 1968-ci il təvəllüdlü Yaşar Əli oğlu Qasımovun azaraq Tavuş vilayəti istiqamətində bu ölkənin ərazisinə keçdiyini açıqlamışdı. Ermənistanın Milli Təhlükəsizlik Xidməti həmçinin hazırda Azərbaycan vətəndaşının öz evinə qaytarılması məqsədilə müvafiq tədbirlər həyata keçirildiyini açıqlamışdı.