Ermənistan rəsmiləri TRIPP-in infrastruktur layihələri üçün Zəngəzura səfər ediblər
Ermənistanın aidiyyəti idarələrinin rəhbər şəxsləri TRIPP-in ("Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu") infrastruktur layihəsinin icrasına başlanması və gələcək addımların müəyyən edilməsi ilə bağlı təşkilati məsələləri yerindəcə müzakirə etmək üçün Zəngəzur bölgəsinə yollanıblar.
Bu barədə Median.Az Ermənistan mətbuatına istinadla məlumat verir.
Zəngəzura səfər edən heyətin tərkibində Ermənistanın baş nazirinin müavini Mqer Qriqoryan, ərazi idarəetmə və infrastruktur naziri David Xudatyan, eləcə də Şəhərsalma Komitəsinin sədri Yeqiazar Vardanyan yer alıblar.