Mojo.az — elanlar
RU
RU
Mojo.az Avto
Mojo.az Avto

Hər gün avtobusdan istifadə edənlərə ŞAD XƏBƏR

30.10.2026 15:12 324
Hər gün avtobusdan istifadə edənlərə ŞAD XƏBƏR
Azərbaycanda ictimai nəqliyyat sisteminin təkmilləşdirilməsi və sərnişindaşıma xidmətinin keyfiyyətinin yüksəldilməsi istiqamətində yeni yanaşmalar müzakirə olunur. Bu baxımdan, brutto-müqavilə modelinin tətbiqi avtobusların hərəkət intervalının azaldılması, marşrutların daha səmərəli təşkili və şəhərətrafı istiqamətlərdə sərnişindaşımanın dayanıqlılığının təmin edilməsi baxımından əhəmiyyətli hesab edilir. Yeni modelin tətbiqi sərnişinlərin gündəlik nəqliyyat problemlərinin həllinə, avtobusların vaxtında hərəkətinə və xidmət keyfiyyətinin yaxşılaşdırılmasına necə təsir göstərəcək?

Bununla bağlı nəqliyyat eksperti Aslan Əsədov Median.Az-a açıqlamasında deyib ki, brutto-müqavilə modeli ictimai nəqliyyatda rəqabət və xidmət keyfiyyəti baxımından yeni imkanlar yarada bilər:
“Bu modelin əsas üstünlüyü ondan ibarətdir ki, daşıyıcının gəliri birbaşa sərnişin sayından deyil, göstərdiyi xidmətin keyfiyyətindən və müqavilə şərtlərini nə dərəcədə yerinə yetirməsindən asılı olur. Ənənəvi yanaşmada daşıyıcılar daha çox sərnişin cəlb etməyə və gəlirlərini artırmağa çalışırlar. Bu isə bəzi hallarda marşrutlarda avtobusların qeyri-bərabər paylanmasına, dayanacaqlarda uzun gözləmə müddətinə, hətta sərnişin uğrunda rəqabətə səbəb ola bilir. Brutto-müqavilə modelində isə əsas diqqət sərnişin sayından daha çox nəqliyyat xidmətinin təşkili, hərəkət qrafikinə əməl olunması və xidmət standartlarının qorunmasına yönəlir. Bu sistemin tətbiqi ilə marşrutların planlaşdırılması daha mərkəzləşdirilmiş şəkildə həyata keçirilə, sərnişin tələbatına uyğun avtobus sayı və hərəkət intervalı müəyyənləşdirilə bilər. Məsələn, səhər və axşam pik saatlarında sərnişin sıxlığının yüksək olduğu istiqamətlərə daha çox avtobus ayrılması, tələbatın nisbətən az olduğu saatlarda isə nəqliyyat vasitələrinin daha optimal bölüşdürülməsi mümkün olacaq”.
O qeyd edib ki, digər mühüm məsələ şəhərətrafı istiqamətlərlə bağlıdır:
“Hazırda bəzi daşıyıcılar üçün sərnişin axınının az olduğu marşrutlarda işləmək iqtisadi baxımdan cəlbedici olmaya bilər. Nəticədə həmin ərazilərdə nəqliyyat xidmətinin davamlılığı ilə bağlı problemlər yaranır. Brutto-müqavilə modeli bu baxımdan da əhəmiyyətlidir. Çünki daşıyıcıya xidmət göstərdiyi marşrut və yerinə yetirdiyi reyslər əsasında ödəniş edildikdə, az sərnişinli istiqamətlərin də fəaliyyətini davam etdirmək üçün iqtisadi mexanizm formalaşa bilər. Lakin burada bir məqamı xüsusi qeyd etmək lazımdır: brutto-müqavilə modelinin tətbiqi avtomatik olaraq avtobusların intervalının azalacağı və sərnişinlərin bütün problemlərinin həll ediləcəyi demək deyil. Bunun üçün düzgün marşrut planlaşdırılması, kifayət qədər avtobus parkının olması, texniki xidmətin vaxtında həyata keçirilməsi, sürücülərin iş şəraitinin yaxşılaşdırılması və daşıyıcılara nəzarət mexanizminin gücləndirilməsi vacibdir.
Xüsusilə, müqavilələrdə avtobusların hərəkət qrafikinə əməl olunması, reyslərin buraxılmaması, nəqliyyat vasitələrinin texniki və sanitar vəziyyəti, sərnişinlərin təhlükəsizliyi və şikayətlərin araşdırılması kimi konkret meyarlar nəzərdə tutulmalıdır. Daşıyıcıların fəaliyyəti bu göstəricilər əsasında qiymətləndirilməli, öhdəliklərini yerinə yetirməyən şirkətlərə qarşı müvafiq maliyyə sanksiyaları tətbiq olunmalıdır”.

Son xəbərlər