Mojo.az — elanlar
Son Xəbərlər
23:00 Bu 3 bürcün kişiləri xanıma pul xərcləməkdən zövq alır  |     22:54 Evinin "kupça"sı olmayanlara şad xəbər  |     22:49 Rusiyaya məxsus qırıcı təyyarə yerə çırpıldı  |     22:37 Konstitusiya Məhkəməsi bu məsələlərlə bağlı qərar qəbul etdi  |     22:30 Azərbaycanda kirayə mənzil mexanizmi üzrə qaydalar dəyişdi  |     22:24 2 vəkilə töhmət verildi  |     22:15 Əsas yolda asfalt örtüyü dağılıb - VİDEO  |     22:10 Lerikdə qızıl axtaranlar tutuldu - Biri qayadan yıxılıb öldü  |     22:02 Bu ölkədə ölüm hökmü bərpa edildi  |     21:57 Sevinərkən 800 manatadək cərimələnə bilərsiniz - DİQQƏT  |     21:50 Xəzərdə 200-ə yaxın nərə balığı ölü tapıldı  |     21:43 Bakıda əsas yol 3 günlük təmirə bağlanacaq - Bu saatlarda  |     21:41 Bakının mərkəzi küçəsində ölüm  |     20:52 Azərbaycanda kirayə mənzil mexanizmi üzrə qaydalar dəyişdi  |     20:51 Bakıda Azərbaycan-İtaliya Biznes Forumu keçiriləcək  |     20:48 Bakıda 25 il əvvəl törədilmiş qətlin üstü açıldı  |     20:23 "Gəncə Mall"da oğurluq  |     19:55 Rəcəb Tayyib Ərdoğan İlham Əliyevə zəng edib  |     19:36 Leyla Əliyeva beynəlxalq tədbirdə uşaqlarda onkoloji xəstəliklərlə mübarizədə qlobal əməkdaşlığın əhəmiyyətinə diqqət çəkib - Foto  |     19:20 Dəhşətli qətlin şok təfərrüatı: Şəxs öldürüləndən sonra saxta mesajla maaşı alınıb  |    
Mojo.az Avto
Mojo.az Avto

İcbari tibbi sığorta ilə alınan dərmanların siyahısı genişləndiriləcək

21.10.2026 19:07 174
İcbari tibbi sığorta ilə alınan dərmanların siyahısı genişləndiriləcək
"Uşaq və yeniyetmələrdə onkoloji xəstəliklərin diaqnostikası və müalicəsinin icbari tibbi sığorta çərçivəsində təmin edilməsi ilə bağlı aidiyyəti qurumlarla birgə iş aparılır".

Bu barədə Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyindən Oxu.Az-ın sorğusuna cavab olaraq məlumat verilib.

Açıqlamada qeyd olunub ki, növbəti ildə bəzi dərman vasitələrinin təminatı İcbari Tibbi Sığortanın Xidmətlər Zərfinə daxil ediləcək:

"Arterial hipertenziyanın müalicəsində istifadə olunan dərman vasitələrinin 2027-ci ildə resept əsasında icbari tibbi sığorta təminatına daxil edilməsi planlaşdırılır.

Həmçinin qarşıdakı dövrdə həzm və tənəffüs sistemlərinə aid xəstəliklərinin müalicəsi üçün ambulator şəraitdə istifadə olunan dərman vasitələrinin də icbari tibbi sığorta təminatına alınması nəzərdə tutulub".

Məlumatda bildirilib ki, hazırda icbari tibbi sığorta üzrə Xidmətlər Zərfinə 3 318 tibbi xidmət daxildir:

"İcbari tibbi sığorta çərçivəsində sığortaolunanlara göstərilən tibbi xidmətlərin siyahısı və tibbi xidmətlərin göstərilməsi şərtləri müvafiq qanunvericiliklə tənzimlənir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Xidmətlər Zərfinin əhatə etdiyi tibbi xidmətlərin çeşidinin genişləndirilməsi tədbirləri davam etdirilir".

Son xəbərlər