Mojo.az Banner
23:01 Yuxuya getməyi asanlaşdıran 7 qida  |     22:55 Türkiyədə də uşaqlara sosial şəbəkələrdən istifadə qadağan edilir  |     22:46 Oktyabrda bu 4 bürcü maaş artımı gözləyə bilər  |     22:41 Azərbaycanda bu maşınların qiyməti kəskin bahalaşdı  |     22:34 Bakının milyonluq mənzilləri: Qiymətlər niyə bu qədər bahadır?  |     22:29 Telefonların enerjisi gecə niyə azalır?  |     22:22 Ronaldo millidən kənarlaşdırıldı  |     22:14 Rusiya gürcülərə də qadağa tətbiq etdi  |     22:09 Türkiyədə siqaret satışında şəxsiyyət vəsiqəsi tələb olunacaq  |     22:01 Bazar gününə olan hava proqnozu  |     21:39 "Zevs"in qardaşı məhkəmə zalından azadlığa buraxıldı  |     21:38 Cəbrayılda minaya düşən ata və oğul Bakıya gətirildi - Açıqlama  |     21:37 İsmayıllıda ev və köməkçi tikili yanıb  |     21:35 İnşaatçılar küçəsindəki evindən meyiti tapıldı  |     21:33 Deniz Akkaya 7 ay 15 gün müddətinə həbs edildi  |     21:30 Bakının mərkəzi prospektində güclü yanğın baş verib (Yenilənib)  |     19:10 Səudiyyə Ərəbistanında üç aeroportun fəaliyyəti dayandırıldı  |     18:48 Qarabağ Universitetinin müəllimi hakim təyin olundu  |     18:38 Salyanda avtomobil qatarla toqquşdu, sürücü son anda xilas oldu  |     18:29 Ötən gün 29 kiloqrama yaxın narkotik dövriyyədən çıxarılıb  |    
Mojo.az Avto
Mojo.az Avto

Hansı hallarda dərmanlar icbari tibbi sığorta tərəfindən təmin edilir? - AÇIQLAMA

05.05.2021 18:51 1 065
Hansı hallarda dərmanlar icbari tibbi sığorta tərəfindən təmin edilir? - AÇIQLAMA
"Vətəndaş qeydiyyat ünvanından asılı olmayaraq 1 il müddətinə icbari tibbi sığortanın xidmətlər zərfindən yararlana bilər”.

Bu barədə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin mətbuat katibi Aynurə Əhmədova deyib.

Onun sözlərinə görə, xəstəxanada yatış zamanı gündəlik qida və dərman xərcləri xidmətlər zərfinə daxildir:

"Hər hansı əməliyyat və ya müalicə prosesi ilə əlaqədar olaraq xəstəxanada yatırsınızsa, bütün xərclər – əməliyyat, qida, dərman, tibbi sərflər xidmətlər zərfi vasitəsi ilə qarşılanır. Xəstəxanada yatış müddəti isə xəstəlikdən asılı olaraq müəyyən edilir”.

A.Əhmədova həmçinin ambulator və stasionar şəraitdə müalicələr zamanı dərman təminatı ilə bağlı məsələyə də aydınlıq gətirib:

"Müalicə zamanı dərman təminatı yalnız ambulator şəraitdə həyata keçirilən tibbi xidmətlər üçün nəzərdə tutulub. Ambulator şəraitdə göstərilən anesteziya və dərman sərfiyatı xidmətlər zərfinə daxildir. Lakin resept əsasında yazılan dərmanların heç biri icbari tibbi sığortanın xidmətlər zərfinə aid deyil. Stasionar müalicə üsulunda isə bütün xərclər icbari tibbi sığortanın xidmətlər zərfinə daxildir”.скачать dle 11.3
Mojo.az Banner