Mojo.az Banner
23:04 Tramp Süni İntellekt Qüvvələrini yaratdı  |     22:52 Mehriban Əliyeva Dövlət Suverenliyi Günü münasibətilə Azərbaycan xalqını təbrik etdi  |     20:52 Bakıda 2 nəfər dənizdə batdı  |     20:47 “Bitcoin”in qiyməti yenidən 81 min dolları ötüb  |     20:39 COVİD-19 geri qayıdır - Çox sayda yoluxan var  |     20:31 Sentyabrın 21-dək bunu etməyənlər cərimələnəcək  |     20:26 Azərbaycanın yeni paytaxtı bu şəhər olacaq?  |     20:16 Sürücü parkinqi bağlamağı unutsa nə baş verir? - AYNA-dan açıqlama  |     20:11 44 yaşlı Röyadan yeni - FOTOLAR  |     20:04 Pakistan Yəmən müharibəsinə cəlb oluna bilər  |     19:58 Saçları belə yığmaq təhlükəlidir – MÜTƏXƏSSİSLƏRDƏN XƏBƏRDARLIQ  |     19:50 “SMM kimi işə götürüldüm, amma xadimə, ofisiant kimi istifadə edirdilər” -VİDEO  |     19:45 Təzyiqi yüksəldən qidalar: Həkimdən XƏBƏRDARLIQ  |     19:36 Maykl Ceksonun anasına hədiyyəsi satışa çıxarıldı  |     19:29 "Qarabağ"ın 5 legioneri millidən dəvət aldı  |     19:23 Azərbaycanda 90 məktəblə bağlı qərar verildi  |     19:09 Yuxu zamanı yataq otağındakı işıq ürəyə necə təsir edir?  |     19:03 Nəriman Axunzdadə Azərbaycan U-21 millisinə çağırıldı  |     18:56 Ay necə yaranıb? - Yeni kosmik missiya milyard illik sirrə işıq sala bilər  |     18:51 Diploma gedən yol qısalır: Bakalavr 3, magistratura 1 il olacaq?  |    
Mojo.az Avto
Mojo.az Avto

İcra başçılarının kütləvi ixtisarları gündəmdə: Yeni idarəetmə modeli necə olacaq?

15.01.2026 15:03 447
İcra başçılarının kütləvi ixtisarları gündəmdə: Yeni idarəetmə modeli necə olacaq?
Son vaxtlar Azərbaycanda icra hakimiyyəti institutunun gələcək modeli ilə bağlı müzakirələr genişlənməkdədir. Prezident İlham Əliyevin çıxışlarında da toxunduğu bu mövzuya əsasən, mövcud icra strukturlarının mərhələli şəkildə ləğv edilərək Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında tətbiq olunan Prezidentin səlahiyyətli nümayəndəlikləri modeli ilə əvəz olunması mümkün variantlar sırasında göstərilir. Bu yanaşma idarəetmənin mərkəzləşdirilməsi və çevikliyinin artırılması baxımından yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilir.

Yerli KİV-lərin məlumatına görə, artıq bir sıra icra hakimiyyətlərində şöbələr ləğv edilir, birləşdirilir və onların yerində daha az işçi heyəti olan sektorlar yaradılır. Ən diqqətçəkən dəyişikliklərdən biri "Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş”, "İctimai-siyasi və humanitar məsələlər” şöbələri ilə "İnformasiya təminatı və təhlil” sektorunun birləşdirilməsidir. Bu strukturun yerində "Ərazi-təşkilat və ictimai-siyasi məsələlər” adlı yeni şöbə formalaşdırılıb.


AĞ Partiyanın sədri Tural Abbaslı  açıqlamasında bildirib ki, bu idarəetmə modelinə keçid istənilən vaxt baş verə bilər:

"Prezident İlham Əliyev jurnalistlərlə son görüşündə sözügedən məsələnin mümkünlüyünü qeyd etdi. İstənilən vaxt bu idarəetmə sisteminə keçid mümkündür. Həmin modelin tətbiqindən sonra əsas məqsəd xidmət keyfiyyətinin yüksəldilməsi, regionlarda inkişaf səviyyəsinin artırılması və korrupsiya hallarının aradan qaldırılması olmalıdır”.
Partiya sədri vurğulayıb ki, dəyişiklik yalnız ad və struktur səviyyəsində qalmamalıdır:
"Bir şəxsin əvvəl birinci katib, sonra icra başçısı, yeni qaydada isə səlahiyyətli nümayəndə olması mexanizmin mahiyyət etibarilə dəyişməməsi deməkdir. Burada formadan daha çox məzmunun dəyişməsinə ehtiyac var. İcra strukturları üzərində effektiv nəzarət mexanizmləri formalaşdırılmalıdır. Nəzarət mexanizmləri olmadan idarəetməni şəxslərin fərdi vicdanına buraxmaq düzgün olmaz”.//azxeber.com
скачать dle 11.3
Mojo.az Banner