Mojo.az Banner
23:01 Əsgərlikdən yeni qayıdan gəncin qanını tökdülər - Video  |     22:55 Qatarla Azərbaycana gələn və gedən əcnəbilərin sayı açıqlandı  |     22:47 ChatGPT-nin yazdığı mətnlərə görünməz işarələr əlavə edilir  |     22:39 Şəkər xəstəliyi ən çox bu yaşda və bu səbəblə yaranır - XƏBƏRDARLIQ  |     22:34 Qaradağda saxlanılan daha bir məmura HÖKM OXUNDU  |     22:26 "Formula 1" yaxından izləmək üçün hasardan tullandı - Həbs edildi  |     22:21 Ermənistanda saxlanılan azərbaycanlı hərbçi ilə bağlı Paşinyandan açıqlama  |     22:13 Naxçıvanda bu qurumun səlahiyyətləri ləğv edildi  |     22:08 Hər 5 aptekdən birində nöqsanlar tapıldı  |     22:02 Bu ölkə "Avroviziya"dan imtina etdi  |     21:54 Uşağı telefona yaxından baxan, gözlərini qıyan, başı ağrıyan valideynlərin nəzərinə  |     21:46 Qazaxda toyda başlayan mübahisə bıçaqlanma ilə nəticələndi - Video  |     21:41 Azərbaycanda un məhsulları bahalaşacaq? - Video  |     21:33 Rusiya XİN-dən qəzaya uğrayan AZAL təyyarəsi ilə bağlı yeni açıqlama  |     21:28 Azərbaycanın millisindən böyükhesablı qələbə  |     21:20 Bu məktəbin direktoru vəfat etdi  |     21:15 Müəllimlər üçün geyim qaydaları və tələblər müəyyənləşdi - Foto  |     21:06 Kənd yumurtası bahalaşdı  |     21:00 “İlliyinə 2200 ödədiyim universitetin şəraiti...” - VİDEO  |     20:53 Aygün Kazımova evindən video paylaşdı  |    
Mojo.az Avto
Mojo.az Avto

Maliyyə Nazirliyində bir sıra idarələr ləğv edildi - Yeni struktur yaradıldı

01.06.2026 20:36 402
Maliyyə Nazirliyində bir sıra idarələr ləğv edildi - Yeni struktur yaradıldı
Maliyyə Nazirliyində idarəetmənin təkmilləşdirilməsi, fəaliyyətin daha çevik və səmərəli təşkili, eləcə də vahid idarəetmə mexanizmlərinin tətbiqi məqsədilə həyata keçirilən struktur islahatları çərçivəsində nazirliyin yerli bölmələrinin fəaliyyəti yenidən təşkil olunub.

Median.Az
"Unikal"a istinadən xəbər verir ki, bu barədə Maliyyə Nazirliyindən bildirilib.

Qeyd edilib ki, bu çərçivədə rayon (şəhər) üzrə maliyyə idarələri (şöbələri) ləğv edilib. Ləğv edilmiş yerli maliyyə idarələrinin funksiyalarının icrasını təmin etmək üçün Maliyyə Nazirliyinin Yerli Gəlirlər və Xərclər üzrə Maliyyə İdarəsi yaradılıb. Yeni struktur yerli gəlir və xərclərin idarə olunması sahəsində fəaliyyətin daha koordinasiyalı və effektiv şəkildə həyata keçirilməsinə imkan verir.

"Eyni zamanda, ləğv edilmiş yerli maliyyə idarələrinin kadr bazası əsasında dövlət qulluğu haqqında qanunvericiliyin tələbləri nəzərə alınmaqla, yeni yaradılmış Yerli Gəlirlər və Xərclər üzrə Maliyyə İdarəsi zəruri kadr potensialı ilə komplektləşdirilib.

Struktur dəyişikliklərinin əsas məqsədi maliyyə idarəçiliyinin effektivliyinin artırılması, qərar qəbuletmə prosesinin sürətləndirilməsi və dövlət maliyyə resurslarının idarə olunmasında vahid yanaşmanın təmin edilməsidir", - deyə məlumatda qeyd olunub.скачать dle 11.3
Mojo.az Banner