Mojo.az — elanlar
Son Xəbərlər
23:01 Pensiyası kəsilənlərin nəzərinə  |     22:56 Bu 4 bürcün kişiləri sevdisə vaz keçmir - ADLAR  |     22:44 Ən populyar adlar dəyişdi: Yusifi Uğur, Zəhranı Melisa əvəzlədi (SİYAHI)  |     22:39 Nişanlı məhkumun cəzasının qalan hissəsi bağışlandı - Toyu olacaq  |     22:34 Depressiyaya düşüb cinayət törətdi - Bakıda gözəllik salonundakı oğurluğun detalları  |     22:27 10 manata satılan kərə yağları: Sağlamlıq üçün nə qədər təhlükəlidir?  |     22:20 Erkən nikah bəlası: Psixoloji travmalar, məcburi qərarlar və çıxış yolları  |     22:15 "Dubayda tutulmuşam" deyib əlavə pul aldı - Məhkəmədən amnistiya qərarı  |     22:08 Qonşusunu boğazından sıxan 67 yaşlı kişi cərimə edildi  |     22:02 Azərbaycanlıların bu il ən çox getdiyi ölkələr açıqlandı  |     21:55 Xolesterini azaldan qidalar: Kardioloq payızın ən faydalı tərəvəzini açıqladı  |     21:50 Qızılın qiyməti oktyabrın 14-dən bəri ən aşağı səviyyədədir  |     21:42 Bu serialın heyətində dəyişiklik ediləcək  |     21:37 Autizmli uşağı döyən müəllim üzr istədi - VİDEO  |     21:30 DSMF pensiyaların bərpası və yenidən təyini qaydalarını açıqıadı  |     21:24 8 ayda aldadılan istehlakçıların sayı açıqlandı  |     21:15 Motosiklet qaçıran, skuter və velosiped oğurlayan beş nəfər saxlanıldı  |     21:09 Türkiyə-Ermənistan sərhədi açılır?  |     21:00 "Konstitusiya məsələsi Azərbaycanla müzakirə olunmur" - Baş nazir  |     20:47 Azərbaycanda keçiriləcək U-20 dünya çempionatının tarixləri açıqlandı - Rəsmi  |    
Mojo.az Avto
Mojo.az Avto

Məleykə Abbaszadə ali məktəblərə qəbulun yekun nəticələrini AÇIQLADI

04.09.2026 19:34 336
Məleykə Abbaszadə ali məktəblərə qəbulun yekun nəticələrini AÇIQLADI
Ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə qəbul yekunlaşıb.

Bununla 2026/2027-ci tədris ili üzrə tələbə qəbulunun əsas mərhələləri başa çatıb.

Dövlət İmtahan Mərkəzinin direktorlar Şurasının sədri Məleykə Abbaszadənin sözlərinə görə, yekun nəticələrə əsasən, ali təhsil müəssisələrində plan yerlərinin 97,71 faizi dolub. Cəmi 1393 plan yeri, yəni təxminən 2 faiz yer boş qalıb.

M.Abbaszadə ayrı-ayrı ixtisas qrupları üzrə nəticələri də açıqlayıb.

I ixtisas qrupu üzrə plan yerlərinin 97,34 faizi dolub, 528 yer boş qalıb.

II ixtisas qrupu üzrə plan yerlərinin 98,87 faizi dolub, 180 yer boş qalıb.

III ixtisas qrupu üzrə ən yüksək dolma göstəricisi qeydə alınıb. Bu qrupda plan yerlərinin 99,87 faizi dolub və cəmi 20 yer boş qalıb. Boş qalan yerlərin əksəriyyətində qəbul balının 600-dən yüksək olması tələb olunur. Bunun əsas səbəbi həmin bal aralığında nəticə göstərən abituriyentlərin böyük hissəsinin ilk yerləşdirmə mərhələsində ali təhsil müəssisələrinə qəbul olunmasıdır.

IV ixtisas qrupu üzrə plan yerlərinin 92,38 faizi dolub, 383 yer boş qalıb.

V ixtisas qrupu üzrə isə plan yerlərinin 93,84 faizi dolub və 282 yer boş qalıb. Bu qrupda xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə müsabiqədə yalnız müvafiq qabiliyyət imtahanının şərtlərini ödəyən abituriyentlər iştirak edə bilirlər.

Ümumilikdə tələbə qəbulu aparılan 41 mülki ali təhsil müəssisəsindən 13-də plan yerləri tam dolub. Dörd ali təhsil müəssisəsində dolma göstəricisi 99 faiz, daha dördündə isə 98 faiz təşkil edib. Ümumilikdə 34 ali təhsil müəssisəsində plan yerlərinin dolma göstəricisi 95 faizdən yüksək olub.

Məleykə Abbaszadə bildirib ki, bu göstəricilər abituriyentlərin ixtisas seçimində davranışını, ayrı-ayrı ixtisas qruplarında rəqabət səviyyəsini, eləcə də plan yerləri ilə müsabiqədə iştirak etmək hüququ qazanan abituriyentlərin sayı arasındakı fərqi göstərir.

Onun sözlərinə görə, əlavə yerləşdirmə zamanı boş plan yerinin olması həmin yerin mütləq dolacağı anlamına gəlmir. Abituriyentin müsabiqə şərtlərini ödəməsi və həmin ixtisası seçmək hüququnun olması da əsas şərtlərdəndir.

DİM rəhbəri qəbul olunan abituriyentlərə elektron qeydiyyatla bağlı da xəbərdarlıq edib.

Belə ki, ali təhsil müəssisələrinə qəbul olunanların elektron qeydiyyatı üçün son tarix 8 sentyabr saat 18:00-dır. Qəbul olunan şəxslər bu müddətədək my.gov.az portalı vasitəsilə qeydiyyatdan keçməlidirlər.

Müəyyən olunmuş müddətdə qeydiyyatdan keçməmək yerləşdirildikləri ixtisasdan imtina kimi qiymətləndirilir.

Boş qalan plan yerlərinə qəbul olunanlar isə 8-15 sentyabr tarixlərində qeydiyyatdan keçməlidirlər.

Məleykə Abbaszadə yeni tədris ilində tələbə adını qazanan gəncləri təbrik edib və onlara uğurlar arzulayıb.

Son xəbərlər