Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
22:15 Daşkənddə Azərbaycan-Çexiya əlaqələrinin genişləndirilməsi müzakirə edilib | 22:01 Beynəlxalq axtarışda olan şəxs Albaniyada tutularaq Azərbaycana ekstradisiya edilib | 20:28 Dayəsi tərəfindən döyülərək öldürüldüyü iddia olunan körpənin görüntüsü - Video | 20:07 Azərbaycan cüdoçuları "Böyük Dəbilqə"də iki qızıl medal qazanıb | 20:01 Zaur Rzayev vəfat etdi | 19:43 Qeyri-etik davranışlarına görə daha bir tiktoker cəzalandırıldı | 19:41 Məşq zamanı vəfat edən Rəsulun fotosu | 19:24 Əli Əsədov Gürcüstana işgüzar səfər edib | 19:21 Taksi sürücüləri üçün vacib xəbər - Tarix açıqlandı | 18:43 Ceyranbatanda məktəbdə nə baş verib? - AQTA-dan reaksiya | 18:05 Xocalıda icazəsiz at çapanlar cərimələndilər | 17:59 Azərbaycan Kubokunda 1/8 finalın bütün cütlükləri bəlli olub | 17:40 İlham Əliyev İspaniya kralına başsağlığı verdi | 17:27 Qadınların kişilərdən az maaş almasının səbəbi budur - AÇIQLAMA | 17:14 Bakıda supermarketdə 100 minlik fırıldaq - Müdir çipsilərə görə həbs edildi | 17:11 Kredit götürənlər və əmanət sahibləri diqqət! Mərkəzi Bankın qərarı nəyi dəyişəcək? | 17:07 Siyəzəndə ünvanlı sosial yardıma görə dava: Qayınata kürəkənini döydü | 17:05 Deputat: Məktəblərdə tərbiyə məsələsi arxa planda qalıb | 17:03 Ceyranbatanda məktəbdə 10 şagird zəhərləndi | 16:49 "Zapı" ilə avtoxuliqanlıq edən şəxs həbs olundu |
Mojo.az Avto
Mojo.az Avto

Müştərisinə qarşı dələduzluq edən taksi sürücüsünə HÖKM OXUNDU

09.06.2025 17:38 1 008
Müştərisinə qarşı dələduzluq edən taksi sürücüsünə HÖKM OXUNDU
Səngəçal terminalına işə düzəldəcəyini vəd edərək vətəndaşlara qarşı dələduzluq etməkdə təqsirləndirilən taksi sürücüsünə hökm oxunub.

Median.Az
"Qaynarinfo"ya istinadla xəbər verir ki, Abşeron Rayon Məhkəməsində Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə mühakimə olunan İ.R.-ə 8 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib. Onun şübhəli şəxs qismində saxlanıldığı 1 gün verilən cəzadan çıxılıb və üzərində qəti olaraq 7 ay 29 gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılıb.

İş materiallarından məlum olur ki, zərərçəkmiş H.Q. müştəri kimi taksi fəaliyyəti ilə məşğul olan İ.R.-in maşınına minib. Yolda H.Q. işindən narazılıq edib. Taksi sürücüsü onu Səngəçal terminalına işə düzəldə biləcəyini deyib. H.Q. ona inanaraq bir neçə gün sonra görüşüb. İ.R. ona 1000 manat müqabilində işini həll edəcəyini deyib. Zərərçəkmiş razılaşıb və deyilən məbləği ona verib.

Lakin İ.R. verdiyi vədi yerinə yetirməyin. H.Q. hüquq-mühafizə orqanlarına müraciət etmək məcburiyyətində qalıb. Məhkəmə prosesi zamanı İ.R. verilmiş ittiham üzrə özünü təqsirli bildiyini deyib.

Son xəbərlər