Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
22:59 Xudatda olay: Hərəkətdə olan “Hyundai” alışdı (VİDEO) | 22:51 Tayland turist vergisi tətbiq edəcək | 22:43 Qurudulmuş meyvələr hər kəs üçün faydalı deyil – Həkimdən xəbərdarlıq | 22:35 Nərmin Abdinova Avropa çempionu oldu | 22:20 Putin Qırğızıstan prezidenti ilə görüşdü | 22:10 Azərbaycan taekvondoçusu Adil Kazımlı Yeniyetmələrin Yay Olimpiya Oyunlarında finala yüksəlib | 22:02 Maşında musiqiyə qulaq asanlar cərimələnəcək | 21:50 Bakıda iri mağazalar şəbəkələrinin yerləşdiyi küçədə hərəkət iflic oldu: Yağış suları yolları keçilməz etdi - Video | 21:36 Uşağa qarşı fiziki və psixoloji zorakılığa görə 200 manat cərimə: "Hətta azdır" | 21:14 Böhran dərinləşir: Avropanın ən böyük iqtisadiyyatı çətin durumda | 21:13 Arif Mirzəyev vəfat etdi | 21:04 Leyla Əliyeva Əminə Ərdoğanla tədbirə qatıldı (FOTO) | 20:46 Sabah Balakəndə qaz olmayacaq | 20:38 İrana bağlı qruplaşmanın ABŞ-nin hərbi bazasına hücum planı: Detallar açıqlandı | 20:30 Törətdiyi qəzada dostunun nişanlısı həlak olmuşdu - Həbs edildi | 20:11 Cəlilabadda 10 yaşlı uşaq qızdırmadan ölüb | 20:05 Rusiya ilə Ukrayna arasında ən böyük əsir mübadiləsi yaxın iki-üç həftə ərzində baş tuta bilər | 19:55 Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub - FOTO | 19:46 QMİ İrəvan Göy məscidində keçirilən tədbiri vandalizm və təxribat adlandırıb | 19:29 Pakistanda atışma: 11 polis əməkdaşı həyatını itirdi |
Mojo.az Avto
Mojo.az Avto

Donuz və həşərat mənşəli aroma vericilər Azərbaycanda da qadağan edilə bilərmi?

14.09.2026 18:06 786
Donuz və həşərat mənşəli aroma vericilər Azərbaycanda da qadağan edilə bilərmi?
Türkiyədə qida məhsullarında istifadə olunan aroma vericilərlə bağlı yeni qaydaların qüvvəyə minməsi bu maddələrin mənbəyi, təhlükəsizliyi və istehlakçının məlumatlandırılması məsələsini yenidən gündəmə gətirib. Yeni tənzimləməyə əsasən, donuz və həşərat mənşəli aroma vericilərin qida məhsullarında istifadəsinə icazə verilməyəcək. Bundan başqa, bəzi aroma maddələrinin istifadəsi dayandırılacaq, məhsulların üzərində “təbii” ifadəsinin işlədilməsi üçün isə daha konkret tələblər tətbiq olunacaq.

Azərbaycanın qida təhlükəsizliyi qanunvericiliyində də istehlakçının məhsulun tərkibi barədə dolğun və aydın məlumatlandırılması, qida əlavələrinin və digər maddələrin təhlükəsizliyinin təmin edilməsi əsas tələblər sırasındadır.

Bəs Türkiyədə tətbiq edilən yeni yanaşmaya bənzər məhdudiyyətlərin Azərbaycanda da tətbiqi mümkündürmü? Ölkəmizdə donuz və həşərat mənşəli aroma vericilərin istifadəsi ilə bağlı ayrıca qadağaya ehtiyac varmı?
Mövzu ilə bağlı Median.Az-a açıqlama verən qida məsələləri üzrə mütəxəssis-ekspert Asim Vəliyev bildirib:

"Qeyd etməliyəm ki, Türkiyədə donuz və həşərat mənşəli yeni qidalarla bağlı daha sərt yanaşmanın tətbiqi Azərbaycanda da eyni formada ümumi qadağanın tətbiq edilməsini avtomatik zəruri etmir. Burada iki məsələni bir-birindən ayırmaq lazımdır. Birincisi, qidanın təhlükəsizliyidir. Konkret aromatizatorların istifadəsinə qərar verilərkən onun təhlükəsizliyi, hansı məqsədlə və hansı şərtlərlə istifadə olunduğu qiymətləndirilməlidir. Təkcə mənşəyinə görə bütün belə maddələrin təhlükəli hesab edilməsi əsaslandırılmalıdır.
İkinci məsələ isə istehlakçının məlumatlandırılmasıdır. İnsan məhsulun tərkibində istifadə olunan komponentin mənşəyini dini, etik və ya şəxsi seçimlərinə görə bilmək istəyə bilər".
Mütəxəssis əlavə edib ki, bu halda məsələni yalnız qadağa ilə həll etməkdənsə, mənşənin etiketdə daha aydın göstərilməsi kimi tənzimləmə variantı da nəzərdən keçirilə bilər.
Ona görə Azərbaycanda belə bir qadağanın tətbiqi müzakirə olunursa, əvvəlcə məqsəd dəqiq müəyyənləşdirilməlidir. Söhbət qida təhlükəsizliyindən gedir, yoxsa istehlakçının seçim hüququnun və məlumatlandırılmasının təmin edilməsindən gedir, ilk olaraq bilinməlidir.

Asim Vəliyev qeyd edib ki, əgər məqsəd təhlükəsizlikdirsə, konkret maddələr üzrə elmi risk qiymətləndirilməsi əsas götürülməlidir. Əgər məqsəd istehlakçının məlumatlandırılmasıdırsa, etiketləmə tələblərinin təkmilləşdirilməsi daha hədəfli yanaşma ola bilər. Yəni təhlükəsizdir və istehlakçı onun mənşəyini bilməlidir eyni məsələ deyil. Bir məhsulun təhlükəsiz olması onun mənşəyi barədə məlumatın istehlakçı üçün əhəmiyyətsiz olduğu demək deyil.

Dəniz Pənahova
Median.Az

Son xəbərlər