Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:01 Milyonlarla dollarlıq maşınlar səhranın ortasında çürüyür | 22:56 Ən yüksək pensiya verilən ölkələr – İldə 30 min avrodan çox | 22:50 Abşeronda kişi işləmək istəyən arvadını vəhşicəsinə döydü | 22:41 Turşu xiyarların xarab olmaması üçün nə etməli? | 22:36 “Taksi sürücüləri ilə dostlaşmışam, evlərinə də gedirəm” - Elza Seyidcahan | 22:30 Qərar qəbul edildi - Bu məhsullar BAHALAŞACAQ | 22:22 Hava şəraiti ilə bağlı xəbərdarlıq edildi | 22:17 Süni intellektdən tibbi məsləhət alanlara XƏBƏRDARLIQ | 22:10 Məşhur sovet aktrisası vəfat etdi | 22:02 Türkiyədə qeyri-adi balıq tutulub - FOTO | 21:57 Azərbaycan bu meyvənin satışından 33 milyon dollar qazanıb | 21:50 Böyük pul qazanmaq istedadı olan BÜRCLƏR | 21:45 Paket çay içənlərə xəbərdarlıq | 21:36 Səudiyyə Ərəbistanına raket və dron hücumu: Husilər strateji obyektləri hədəf aldılar | 21:28 General-mayor olan hərbçilər kimlərdir? - Dosye | 21:20 Sümükləri möhkəmləndirmək üçün təkcə kalsium kifayət deyil - 7 məhsul | 21:17 "Arsenal" "Hall Siti"ni tək qolla üstələdi | 21:15 İspaniyanın məşhur fəvvarəsi Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldı | 21:12 İlham Əliyev: "Eşq olsun Azərbaycan xalqına! Qarabağ Azərbaycandır!" - Video | 20:05 Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb |
Mojo.az Avto
Mojo.az Avto

Dələduzluqla nəticələnən "kafel işi: 39 min manatı necə mənimsədi?

15.09.2026 21:55 285
Dələduzluqla nəticələnən
Bakıda qeyri-yaşayış sahələrində kafel, metlax və daş işlərinin görülməsi ilə bağlı iki tanış arasındakı razılaşma 39 min manatlıq dələduzluq işi ilə nəticələnib.

İtihama görə, təqsirləndirilən şəxs Sadiq adlı tanışının etibarından istifadə edərək ustalara ödəniş etmək və sonradan həmin vəsaiti geri qaytarmaq vədi ilə müxtəlif vaxtlarda ondan pul alıb.

İş materiallarına görə, təqsirləndirilən şəxs iş icraçısı kimi qeyri-yaşayış sahələrində kafel, metlax və daş işləri görüb. O, Sadiqə sifarişçilərdən görülən işlərin pulunu ayın sonunda aldığını, ustaların gündəlik ödənişlərini isə əvvəlcədən qarşılamağın çətin olduğunu bildirib.

İddiaya görə, təqsirləndirilən şəxs Sadiqi inandırıb ki, ustaların pulunu əvvəlcədən ödəyərsə, ayın sonunda sifarişçidən aldığı vəsait hesabına həmin pulları ona qaytaracaq. Bundan başqa, görülən hər kvadratmetr işə görə Sadiqə 1 manat qazanc verəcəyini vəd edib.

2023-cü ilin aprel ayının sonunda isə o, güc strukturlarından birinin obyektində kafel və metlax döşənməsi, eləcə də daş işlərinin görülməsi ilə bağlı sifariş aldığını bildirib.

Bundan sonra Sadiqdən müxtəlif tarixlərdə pul alınıb. İş materiallarında göstərilir ki, ilk olaraq 3 min manat bir bank kartından digər karta köçürülüb. Daha sonra 3 min manat nağdlaşdırılıb. Ardınca 6 min manat yaşayış ünvanının qarşısında, 7 min manat və 4 min manat isə Bakıdakı “Sea Breeze” istirahət mərkəzində verilib.

Bununla da ödənişlər dayanmayıb. Daha sonra 2 min və 6 min manat olmaqla, daha 8 min manat verilib.

İttihama əsasən, Sadiqdən alınan pulların ümumi məbləği 39 min manat olub.

Təqsirləndirilən şəxs ittihamı qəbul etmədi

Təqsirləndirilən şəxs isə məhkəmədə ittihamı qəbul etməyib.

O bildirib ki, Sadiqlə Mingəçevir şəhərində tanış olub və sonradan Bakıya köçdükdən sonra kafel-metlax işlərində fəhlə kimi çalışmağa başlayıb.

Onun sözlərinə görə, Sadiqlə birlikdə güc strukturlarından birinin inzibati binasında metlax döşənilməsi ilə bağlı iş müzakirə edilib. İşçilərin və ustaların məvaciblərinin əvvəlcədən ödənilməsi üçün Sadiqdən müəyyən məbləğdə pul alındığını deyən təqsirləndirilən şəxs həmin vəsaitin işə nəzarət edən Aslan adlı şəxsə verildiyini bildirib.

Təqsirləndirilən şəxs Sadiqdən 39 min manat alması barədə ittihamı rədd edib. O, yalnız sonrakı işlərdən biri ilə bağlı 4 min manat aldığını və bu məbləği geri qaytardığını deyib.

Məhkəmənin qərarı

Bununla belə, məhkəmə təqsirləndirilən şəxsi Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi — xeyli miqdarda ziyan vurmaqla dələduzluq — ilə təqsirli bilib. Ona 3 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilib.

Təqsirləndirilən şəxsin 2025-ci ildə şübhəli şəxs qismində tutulduğu 6 gün 1 günə 2 gün hesabı ilə təyin edilmiş cəzadan çıxılıb və üzərində qəti olaraq 2 il 11 ay 18 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılıb.
//qaynar.az

Son xəbərlər