Mojo.az — elanlar
RU
RU
Mojo.az Avto
Mojo.az Avto

Sumqayıtda kafel-metlax sexində yanğın olub

01.01.2026 15:21 543
Sumqayıtda kafel-metlax sexində yanğın olub
Sumqayıtda kafel-metlax istehsalat müəssisəsində yanğın baş verib.

Median.Az
"Report"a istinadən xəbər verir ki, Abdullayev Anar Abdulla oğluna məxsus Sumqayıt şəhəri, Kimyaçılar yaşayış massivi ərazisində yerləşən kafel-metlax yapışdırıcı sexində, "Nanokim" MMC-yə məxsus istehsalat sahəsində yanğın qeydə alınıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvə və texnikası cəlb olunub. Yanğın söndürülərək ərazinin təhlükəsizliyi təmin edilib.

Faktla bağlı araşdırma aparılır, yanğının başvermə səbəbləri müəyyənləşdirilir.

Son xəbərlər