Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
13:07 "Microsoft" sistemində qlobal nasazlıq: "Outlook" 74 ölkədə çöküb | 13:06 Azərbaycan nefti ucuzlaşdı | 12:58 Mingəçevirdə parkda dava: Attraksion nəzarətçisi bıçaqlandı | 12:57 İnternatda böyüyən 11-ci sinif şagirdi market müdirini qarət etdi | 12:56 40 yaşdan sonra dişlərimiz niyə əyilir? | 12:53 "Nvidia"nın keçmiş rəhbəri ilə bağlı yeni iddia: Üçüncü qadın ortaya çıxdı | 12:38 "TikTok"da 300 min manatlıq dələduzluq: Saxlanılanlar var - VİDEO | 12:22 İkinci əl avtomobillərə tələbat artdı – Qiymətlər bahalaşır | 12:19 Cəbrayılda şirkət işçilərinin qaldığı tikilidə yanğın | 12:15 Bakı və Sumqayıtdakı xəstəxanalarda növbə ilə bağlı yenilik | 12:06 Bakı-Qazax yolunda daha bir körpü sökülür - Səbəb | 12:01 Əlillik almayan hərbçilərin sosial təminatı genişləndirilməlidir – Açıqlama | 11:52 Bakıda kütləvi dava: Üç nəfər bıçaqlandı | 11:41 Abşeronda 89 yaşlı qadın zəhərlənib öldü | 11:37 Azərbaycanda müəllimlərə şagirdlərlə bağlı qadağa | 11:28 Nəvəsinin andiçməsindən sonra meyiti tapılan Mirzəcan kişi ilə bağlı yeni detallar | 11:16 Bakıda qadın sürücü qəza törətdi, ölən var | 11:11 Alyona Əliyeva COP31-dən paylaşım edib - Foto | 11:08 MİDA 1049 mənzili satışa çıxarır — qiymətlər 43 min 225 manatdan başlayır | 11:03 Məşğulluqdan aldığı inkubator aparatını satdı - İş Ali Məhkəməyə qədər getdi |
Mojo.az Avto
Mojo.az Avto

Çinə giriş-çıxış çətinləşdi: Yeni qaydaları pozanlar üçün böyük cərimə

15.09.2026 21:41 366
Çinə giriş-çıxış çətinləşdi: Yeni qaydaları pozanlar üçün böyük cərimə
Sentyabrın 15-dən etibarən Çinə giriş-çıxışla bağlı yenilənmiş qaydalar qüvvəyə minib. Yeni reqlament dövlətin suverenliyini və təhlükəsizliyini təmin etmək məqsədilə bir neçə yeni məhdudiyyət tətbiq edir.

Median.Az
xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Çin Xalq Respublikasının (ÇXR) Dövlət Şurasının müvafiq fərmanı ölkəyə gələn və gedən şəxslərin qanuni hüquq və mənafelərinin qorunması, habelə milli suverenliyin, təhlükəsizliyin və inkişaf maraqlarının təmin edilməsi üçün qəbul olunub.

Sənədə əsasən, Çin hökuməti müəyyən ölkələrə və regionlara səfər edərkən yarana biləcək risklər barədə xəbərdarlıqlar dərc edəcək. Həm Çin vətəndaşları, həm də onların çıxış sənədlərinə baxan dövlət qurumları bu xəbərdarlıqları rəhbər tutmalıdırlar. Xaricdəki vəziyyət orada baş verən hadisələr, o cümlədən ehtimal olunan silahlı münaqişələr, təbii fəlakətlər, texnogen qəzalar və yoluxucu xəstəliklərin yayılması əsasında qiymətləndiriləcək.

Ehtiyac yarandıqda miqrasiya orqanları ÇXR və digər dövlətlərin vətəndaşlarından səfərin məqsədi barədə əlavə sənədlər tələb edə biləcəklər. Yanlış məlumat verildiyi təqdirdə, hakimiyyət orqanları onların ölkədən çıxışına qadağa qoya bilər. Bundan əlavə, yeni fərmana əsasən, əgər Çin vətəndaşları xaricdə hüquqpozmaya yol verərlərsə, onların ölkəni tərk etməsi altı aydan üç ilə qədər müddətə qadağan oluna bilər.

Xüsusi bir müddəada o da qeyd olunur ki, Çin vətəndaşları mal və texnologiyalara dair ixrac nəzarəti tədbirlərini pozduqda və ya "milli texnoloji təhlükəsizliyə" təhdid yaratdıqda, onların xaricə getməsi qadağan edilə bilər.

Qaydalarda bildirilir ki, vizaların rəsmiləşdirilməsi və ya Çin sərhədini keçərkən yalan məlumatlar və ya saxta sənədlər təqdim edilərsə, xarici vətəndaşların ölkəyə girişinə bir ildən beş ilə qədər qadağa qoyula bilər.

Bununla yanaşı, qaydalar giriş və çıxış sənədlərinin rəsmiləşdirilməsində qanunsuz vasitəçilik xidmətlərinin göstərilməsi, əcnəbilər üçün saxta dəvətnamələrin hazırlanması, eləcə də müvafiq lisenziya olmadan bu cür qanunsuz fəaliyyətin təşkili üçün 5 mindən 50 min yuana (740-7 500 dollara qədər) qədər cərimələr nəzərdə tutur. Eyni zamanda xarici şirkətlər tərəfindən belə xidmətlərin göstərilməsi qadağandır.
//oxu.az

Son xəbərlər