Mojo.az Banner
23:00 Oturaq iş rejimi olanlar buna diqqət etməlidir  |     22:56 Konqoda Ebola epidemiyası: Ölənlərin sayı 3500-ü keçib  |     22:51 Özbəkistanda pensiya yaşı artırılır  |     22:43 "Bəniz"in apellyasiya şikayəti üzrə məhkəmənin vaxtı bəlli oldu  |     22:38 Bu işçilərlə bağlı qayda ləğv olundu  |     22:30 Sentyabrın ən sirli günləri: Bu bürclərin başına qeyri-adi hadisə gələcək  |     22:25 Uşağınız yaşıdlarından tez yorulursa, diqqət  |     22:16 "Çelsi" Bastoni üçün 68 milyon funt ödənməyə hazırdır  |     22:10 Xırdalanda qumbara partlayışında ölən qız idmançı imiş  |     22:02 Məktəbdə elektron siqaret çəkən şagirdlərlə bağlı rəsmi açıqlama  |     21:55 Dələduzluqla nəticələnən "kafel işi: 39 min manatı necə mənimsədi?  |     21:50 İranda qorxulu anlar: Təyyarə havada parçalanmağa başladı - VİDEO  |     21:41 Çinə giriş-çıxış çətinləşdi: Yeni qaydaları pozanlar üçün böyük cərimə  |     21:35 Məhkəmə qaynını öldürüb, arvadını baltalayan çoban haqqında qərar verdi  |     21:28 "Roşka"nın məhkəməsində yeni xüsusat: Ekspert dindiriləcək  |     21:23 Sərnişinlərin nəzərinə: Bakıda bəzi marşrutların dayanacaqları dəyişdirildi - FOTO  |     21:15 Siqaret istəyi 6 aylıq həbslə nəticələndi  |     21:09 Azad olunmuş ərazilərdə artıq 12 məscid bərpa edilib  |     21:02 Kənd yumurtası bahalaşacaq, broyler isə... - Ekspertdən açıqlama  |     20:54 FHN-də iş, torpağa çıxarış, təqaüd vədi - On minlərlə manatlıq dələduzluq işinin detalları  |    
Mojo.az Avto
Mojo.az Avto

Bu işçilərlə bağlı qayda ləğv olundu

15.09.2026 22:38 165
Bu işçilərlə bağlı qayda ləğv olundu
Əmək Məcəlləsinə edilən son dəyişikliklər bəzi işçilərin ixtisar zamanı qorunması və əmək müqaviləsinə xitam verilməsi ilə bağlı qaydaları dəqiqləşdirib.

Median.Az 
xəbər verir ki, dəyişikliklər çərçivəsində Əmək Məcəlləsinin 78-ci maddəsinin 2-ci hissəsinin 6-cı abzası ləğv edilib.

Həmin abzasda ixtisasları və ya peşəkarlıq səviyyələri eyni olduqda, istehsalat qəzası və ya peşə xəstəliyi nəticəsində əlilliyi olan şəxslərin ixtisar zamanı işdə saxlanmasına üstünlük verilməsi nəzərdə tutulurdu.

Qeyd olunur ki, Əmək Məcəlləsinin 79-cu maddəsi ilə həmin kateqoriyaya aid işçilər artıq birbaşa qorunur. Belə ki, müəssisənin ləğv edilməsi və ya fiziki şəxs olan işəgötürənin fəaliyyətinə xitam verilməsi halları istisna olmaqla, reabilitasiya müəssisəsində və digər reabilitasiya subyektlərində müalicə keçən əlilliyi olan şəxslərlə, eləcə də "Əlilliyi olan şəxslərin hüquqları haqqında" Qanunun 24.1-ci maddəsində göstərilən işçilərlə əmək müqaviləsinə işəgötürənin təşəbbüsü ilə xitam verilməsinə yol verilmir.

Həmin qanunun 24.1-ci maddəsinə əsasən, işəgötürənlər istehsalatda baş verən bədbəxt hadisələr nəticəsində əmək qabiliyyətini itirmiş və ya peşə xəstəliyinə tutulmuş, bunun nəticəsində əlilliyi olan işçilərin işlə təmin edilməsi üçün, onların arzusu ilə və fərdi reabilitasiya proqramı nəzərə alınmaqla, iş yerləri ayırmalı və ya yeni iş yerləri yaratmalıdırlar.

Bu səbəbdən Əmək Məcəlləsinin 78-ci maddəsində həmin şəxslərə ixtisar zamanı əlavə üstünlük verilməsi artıq hüquqi boşluq kimi qiymətləndirilib və müvafiq müddəanın ləğvinə qərar verilib./yenisabahскачать dle 11.3
Mojo.az Banner