Mojo.az Banner
19:56 Ukraynada qadınların səfərbərliyi ilə bağlı YENİ İDDİA  |     19:50 Şagirdlərin dərsdənkənar fəaliyyəti necə balanslaşdırılmalıdır? - Ekspertdən valideynlərə tövsiyələr  |     19:43 "ASAN Xidmət"ə "asan" iş vədi - Astarada 4 min manatlıq dələduzluq  |     19:37 Xarici onlayn platformlardan alınan xidmətlərin qiyməti dəyişir (VİDEO)  |     19:30 "Məni iki dəfə vurdu, sonra boğdu": Şəmkirdə dəhşətli yanğından əvvəl nə baş verib?  |     19:24 Videooyun oynayanların yaddaşı daha güclü olur? (ARAŞDIRMA)  |     19:15 Tanınmış rəssam vəfat etdi  |     19:10 Spred yağı istehsalçı ölkəyə geri qaytarıldıb - Səbəbi isə... (FOTO)  |     19:01 Qarabağ Universitetində yeni təyinat  |     18:54 Universitetdən qovulan tələbə videomüraciət yaydı  |     18:48 Bakıda oğurluq edənlər tutuldu  |     18:40 Sabah 35° isti olacaq  |     18:35 Azərbaycanda ana övladını mirasdan məhrum etdirdi  |     18:26 Avtomobilin nömrəsini lentlə gizlədən sürücü saxlanıldı  |     18:21 Bakıda piyada keçidindəki eskalatorlar işləmir - VİDEO  |     18:21 Bu şəxslərin satınalmaları ilə bağlı yeni qayda tətbiq ediləcək  |     18:13 Şəhidin həyat yoldaşı vəfat etdi  |     18:08 Şəxsiyyət vəsiqəsində ananın adı niyə yoxdur? - VİDEO  |     18:05 Paytaxtın hazırda bəzi küçələrində sıxlıq var - SİYAHI  |     17:35 Qayınata gəlininin qətlində təqsirləndirilir  |    
Mojo.az Avto
Mojo.az Avto

Konqoda Ebola epidemiyası: Ölənlərin sayı 3500-ü keçib

15.09.2026 22:56 204
Konqoda Ebola epidemiyası: Ölənlərin sayı 3500-ü keçib
Konqo Demokratik Respublikasında (KDR) Ebola virusu səbəbilə ölənlərin sayı 3500-ü ötüb.

Bu barədə Konqo Rabitə və Kütləvi İnformasiya Nazirliyi məlumat yayıb.

Nazirliyin məlumatına görə, son sutkada Ebola virusundan 35 nəfər ölüb. Bununla da təsdiqlənmiş ölüm hallarının ümumi sayı 3510-a çatıb.

Ebola virusuna yoluxanların sayı isə 7258 nəfər təşkil edir. Son bir gündə yoluxma sayı 22 nəfər artıb. Ölüm göstəricisi 48,4 faizdir.

Hazırda xəstəxanalarda və tibbi təcrid mərkəzlərində xəstəliyin simptomları müşahidə olunan 903 nəfər müalicə alır. Ebola xəstələri ilə təmasda olan şəxslərin sayı isə 78,6 faizdir.

Epidemiya Konqo Demokratik Respublikasının 26 əyalətindən 7-nə yayılıb. Epidemiyanın episentri hesab olunan İturi əyalətində təsdiqlənmiş yoluxma hallarının 78 faizi qeydə alınıb.

Məlumata görə, Ebola epidemiyası mayın 15-də Konqo Demokratik Respublikasında və Uqandada başlayıb. Uqanda hakimiyyəti iyulun 28-də ölkədə epidemiyanın başa çatdığını açıqlayıb. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) isə avqustun 25-də Uqandada epidemiyanın başa çatdığını təsdiqləyib.

Ebolanın ən genişmiqyaslı epidemiyası 2014-2016-cı illərdə Qərbi Afrikada – Qvineya, Liberiya və Syerra-Leonedə baş verib. ÜST-ün məlumatına görə, həmin dövrdə 28 600-dən çox insan virusa yoluxub, 11 mindən çox insan həyatını itirib.

Ebola virusu əsasən vəhşi heyvanlardan insanlara keçir. İnsanlarda ilk Ebola virusu infeksiyası 1976-cı ildə, indiki Konqo Demokratik Respublikası ərazisində qeydə alınıb.

Hazırkı epidemiya Konqo Demokratik Respublikasında Ebola ilə bağlı 17-ci epidemiya hesab olunur.
//sfera.azскачать dle 11.3
Mojo.az Banner