Ukrayna Polşaya antidron texnologiyaları verəcək
Ukrayna pilotsuz uçuş aparatları ilə mübarizə texnologiyalarını Polşaya verməyə razılaşıb, bunun müqabilində Varşava Kiyevə iki MiQ-29 qırıcısının tədarük imkanını nəzərdən keçirir.
Median.Az "WP Wiadomosci"yə istinadən xəbər verir ki, bu barədə Polşanın müdafiə nazirinin müavini Sezari Tomçik bildirib.
Belə ki, müvafiq razılaşmalar iki ölkə arasında hərbi-texniki əməkdaşlığın genişləndirilməsi çərçivəsində müzakirə olunur.
Tomçikin sözlərinə görə, noyabrın 10-da Ukrayna antidron texnologiyalarını bölüşməyə hazır olduğunu təsdiqləyib.
Bu məsələ onun noyabrın 9-da Kiyevə səfəri zamanı müzakirə edilib. Ukrayna tərəfinə iki Polşa MiQ-29 qırıcısının verilməsi imkanı da nəzərdən keçirilib.
Varşava pilotsuz sistemlər, onlarla mübarizə vasitələri sahəsində Ukraynanın təcrübəsini əldə etməkdə maraqlıdır.
Polşalı rəsminin qeyd etdiyi kimi, danışıqlar yekun mərhələdədir, tərəflər isə gələcək sazişin şərtlərini razılaşdırmağa davam edirlər.
Bununla belə, Ukraynanın Polşaya verə biləcəyi konkret texnologiyalar hələ ki açıqlanmır. Qırıcıların verilməsinin birbaşa bu razılaşma çərçivəsinə daxil edilib-edilməyəcəyi də qeyri-müəyyən olaraq qalır.