Mojo.az — elanlar
RU
RU
Mojo.az Avto
Mojo.az Avto

Türkiyə Ermənistanla sərhədi açır?

10.11.2026 22:42 51
Türkiyə Ermənistanla sərhədi açır?
Türkiyə Ermənistanla dəmir yolu sərhəd-keçid məntəqəsinin və Alican avtomobil sərhəd-keçid məntəqəsinin açılması üçün zəruri hazırlıqları tamamlayıb.

Bunu Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu bildirib.

Nazir məsələni ermənistanlı həmkarı ilə müzakirə etdiyini deyib. Onun sözlərinə görə, razılıq əldə olunacağı təqdirdə sərhəd-keçid məntəqələrinin açılması prosesi çox vaxt aparmayacaq.

Uraloğlu bu zaman Azərbaycan üçün əhəmiyyətli məsələlərin nəzərə alınacağını vurğulayıb.

Nazir sərhəd-keçid məntəqələrinin yaxın vaxtlarda açılacağına ümid etdiyini bildirib./modern

Son xəbərlər