Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
15:02 Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq | 14:39 İrəvanda İran təxribatı: Azərbaycanın tarixi məscidinə erməni şairin adı verildi | 14:34 Sumqayıtda gənc bıçaqlandı: 50 yaşlı kişi saxlanıldı | 14:09 Dekabrda neçə gün iş olmayacaq? | 13:42 Aygün Kazımova Eminemlə duet oxuyacaq? - FOTO | 13:36 Gəncədə yeniyetmə binanın beşinci mərtəbəsindən yıxılıb | 13:35 Sabah yağış yağacaq, külək əsəcək | 13:27 Bakıda gənc oğlan dəniz kənarında qayalıqdan yıxılaraq köməksiz qalıb - Video | 13:23 Paşinyan Türkiyəni seçdi - KTMT sammitinə getməyəcək | 13:10 Azərbaycan millisinin dünya reytinqində yeri məlum oldu | 13:09 Tbilisidə Heydər Əliyevin büstünə ziyan vurmaqda ittiham olunan erməniəsilli şəxsin məhkəməsi təxirə salınıb | 13:07 Azərbaycan nefti kəskin ucuzlaşdı | 12:52 İlham Əliyev: "Türkiyə-Azərbaycan birliyi əbədidir" - VİDEO | 12:50 XİN Atatürkün anım günü ilə bağlı paylaşım edib - FOTO | 12:36 "TikTok"la bağlı qalmaqal böyüyür: 26 mindən çox şübhəli hesab üzə çıxarıldı | 12:27 Sumqayıtda peşə məktəbi sökülərək yerində yaşayış binası tikiləcək? - Video | 12:18 Röya Ayxanın adından dələduzluq - FOTO | 12:13 İkinci əl avtomobil almaq istəyənlərə şad xəbər - Video | 12:10 Üç ay əvvəl atası vəfat edən gənc qız qəfil öldü | 12:04 Azərbaycan Prezidenti polşalı həmkarına məktub göndərdi |
Mojo.az Avto
Mojo.az Avto

Məhkəmə qaynını öldürüb, arvadını baltalayan çoban haqqında qərar verdi

15.09.2026 21:35 363
Məhkəmə qaynını öldürüb, arvadını baltalayan çoban haqqında qərar verdi
Qusarda qaynını balta ilə öldürməkdə, həyat yoldaşını isə öldürməyə cəhddə təqsirləndirilən 68 yaşlı Vəkil Əlibəyovun Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmündən verdiyi apellyasiya şikayətinə baxılıb.

Sumqayıt Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə iştirak edən təqsirləndirilən şəxs cəzasının azaldılmasını xahiş edib. O bildirib ki, əvvəllər məhkumluğu olmayıb, hazırda 68 yaşındadır və səhhətində problemlər var. V.Əlibəyov bu halları nəzərə alaraq cəzasının qismən yüngülləşdirilməsini istəyib.

Məhkəmə araşdırmasından sonra qərar verilib. Məhkəmənin qərarı ilə V.Əlibəyovun şikayəti rədd edilib, birinci instansiya məhkəməsinin hökmü qüvvədə saxlanılıb.

Xatırladaq ki, V.Əlibəyov məhkəmənin hökmü ilə 18 il 6 ay azadlıqdan məhrum edilib.

İttihama görə, hadisə ötən il avqustun 10-da saat 4 radələrində rayonun Yuxarı Tahircal kəndində baş verib.

Rayonun Gican kənd sakini, 1958-ci il təvəllüdlü Vəkil Əlibəyov hadisədən bir il əvvəl 1977-ci il təvəllüdlü Şəlalə Ömərova ilə tanış olub və onunla sevgi münasibətləri yaşayıb. Bir müddətdən sonra V.Əlibəyov Ş.Ömərovanı qaçırıb və Gican kəndində birgə yaşayıb. Təxminən bir aydan sonra isə Ş.Ömərova Yuxarı Tahircal kəndinə qayıdıb və qardaşının evində məskunlaşıb. V.Əlibəyov isə mütəmadi olaraq Yuxarı Tahircal kəndinə gələrək, Ş.Ömərova ilə yaşayırmış. O, kənd ərazisindəki fermer təsərrüfatlarında çoban işləyirmiş.

Məhkəmədə ifadə verən təqsirləndirilən şəxs V.Əlibəyov bildirib ki, hadisədən bir gün əvvəl qeyri-rəsmi yaşadığı Şəlalə və onun qardaşı Şirin onu döyüb, təhqir ediblər. O da gecə saatlarında hər iki şəxsi qətlə yetirmək qərarına gəlib. Bu məqsədlə o, saat 4 radələrində həyətdə baltanı götürərək evə daxil olub, əvvəlcə Şirini, sonra isə Şəlaləni baltalayıb. Hadisə nəticəsində Şirin aldığı xəsarətlərdən ölüb, Şəlalə isə xəstəxanaya çatdırılıb.

Hadisədən sonra Vəkil Əlibəyov kənd ərazisində saxlanılıb, istintaqa təhvil verilib.
//oxu.az

Son xəbərlər