Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
18:02 Bu dərmanlar görmə itkisinə səbəb ola bilər | 17:54 Bərdədə 40 yaşlı kişi evində ölü tapıldı | 17:47 Azərbaycanla oyundan əvvəl Lixtenşteyn millisinin kapitanı sıradan çıxdı | 17:36 Etibarnamə ilə maşın aldı, amma sürə bilmədi: Oğurluq iddiası - VİDEO | 17:21 Rafael Fiziyevin UFC-də növbəti rəqibi bəlli olur | 17:13 2027-ci ildə inflyasiya əhalinin alıcılıq qabiliyyətini azalda bilər – İQTİSADÇIDAN AÇIQLAMA | 16:51 Yerə zibil atanları 10 min manatadək cərimə gözləyir | 16:47 Toya qonaq kimi girdi, 4 telefonu götürüb qaçdı - Şadlıq sarayında ŞOK OĞURLUQ | 16:25 Avropa İttifaqı Ukraynada hərbi mövcudluğuna dair qərar verdi | 16:22 Bakıda qaraj tapmaq da bahalaşır: Qiymətlər niyə artır? | 16:19 Banklardan narazı qalanların diqqətinə: Yeni mexanizm tətbiq olunur | 15:02 Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq | 14:39 İrəvanda İran təxribatı: Azərbaycanın tarixi məscidinə erməni şairin adı verildi | 14:34 Sumqayıtda gənc bıçaqlandı: 50 yaşlı kişi saxlanıldı | 14:09 Dekabrda neçə gün iş olmayacaq? | 13:42 Aygün Kazımova Eminemlə duet oxuyacaq? - FOTO | 13:36 Gəncədə yeniyetmə binanın beşinci mərtəbəsindən yıxılıb | 13:35 Sabah yağış yağacaq, külək əsəcək | 13:27 Bakıda gənc oğlan dəniz kənarında qayalıqdan yıxılaraq köməksiz qalıb - Video | 13:23 Paşinyan Türkiyəni seçdi - KTMT sammitinə getməyəcək |
Mojo.az Avto
Mojo.az Avto

Sumqayıtda peşə məktəbi sökülərək yerində yaşayış binası tikiləcək? - Video

10.11.2026 12:27 171
Sumqayıtda peşə məktəbi sökülərək yerində yaşayış binası tikiləcək? - Video
İllərdir fəaliyyət göstərməyən peşə liseyinin binası sökülərək yerində yaşayış kompleksi inşa ediləcək. Bu iddia ilə Sumqayıtda yerləşən keçmiş 35 saylı peşə məktəbinin binasında məskunlaşan sakinlər müraciət ediblər.

Median.Az
"Xəzər" TV-yə istinadən xəbər verir ki, sakinlərin sözlərinə görə, istismar müddəti başa çatan binada 2011-ci ildən dörd ailə yaşayır. Onlardan ikisinin məcburi köçkün olduğu bildirilir.

Binanın söküləcəyi ilə bağlı sakinlərə məlumat verilsə də, köçürülmə, yaşayış yeri ilə təminat və digər məsələlərin hansı prosedurla həyata keçiriləcəyi barədə onlara heç bir məlumat verilməyib.

Məsələ ilə bağlı Sumqayıt Şəhər İcra Hakimiyyətindən bildirilib ki, sözügedən ərazidə yaşayış binasının tikintisi nəzərdə tutulmayıb.

Peşə Təhsili üzrə Dövlət Agentliyindən isə bildirilib ki, ərazidə mövcud peşə təhsili infrastrukturunun yenilənməsi, müasir standartlara cavab verən və müasir infrastruktura malik yeni peşə təhsili müəssisəsinin inşası planlaşdırılır.



Son xəbərlər