Mojo.az — elanlar
RU
RU
Mojo.az Avto
Mojo.az Avto

Paşinyan Türkiyəni seçdi - KTMT sammitinə getməyəcək

10.11.2026 13:23 51
Paşinyan Türkiyəni seçdi - KTMT sammitinə getməyəcək
Ermənistanın baş naziri Nikol Paşinyan BMT-nin iqlim dəyişikliyi üzrə konfransına qatılmaq məqsədilə Türkiyəyə səfər edəcək.

Bu barədə "İnterfaks" məlumat yayıb.

Baş nazirin mətbuat katibi Melanya Arutyunyan Ermənistan mətbuatına açıqlamasında bildirib ki, hökumət rəhbəri noyabrın 11-də COP31 konfransında iştirak etmək üçün Antalya şəhərinə yola düşəcək.

Qeyd edək ki, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) 2026-cı il noyabrın 9-dan 20-dək Antalyada təşkil olunacaq.

Nəzərə çatdıraq ki, Paşinyanın Türkiyədə olacağı tarixdə - noyabrın 11-də Moskvada KTMT-nin sammiti keçiriləcək.

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarovanın daha öncə qeyd etdiyi kimi, həmin tədbirdə Ermənistanın KTMT-yə üzvlüyü məsələsi müzakirəyə çıxarıla bilər.

Xatırladaq ki, N.Paşinyan bir müddət əvvəl ölkəsinin KTMT-də heç bir marağının qalmadığını vurğulamışdı.

O, brifinq zamanı "KTMT ilə bağlı maraqlarımız tükənib, artıq bu təşkilatla əlaqədar heç bir marağımız yoxdur" deyə bildirmişdi.

Son xəbərlər