Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:01 Britaniya Rusiyanın ən böyük 10 neft hasil edən şirkətinə sanksiyalar tətbiq edib | 22:54 Hörmüz boğazının şərqində 2 tanker alışıb | 22:48 Bir nüvə partlayışı peyklərin 98 faizini sıradan çıxara bilər | 22:40 Ceyhun Bayramovla Mirzoyan ayaqüstü söhbət etdilər - VİDEO | 22:35 Nəvəsinin andiçməsinə gedərkən itkin düşən kişinin meyiti tapıldı: Təfərrüat | 22:26 Azərbaycan ilə Ermənistan arasında transsərhəd çaylarla bağlı işçi qrupları yaradılıb | 22:20 Son bir ildə Azərbaycan ərazisindən Ermənistana ümumilikdə 105 min ton yük daşınıb | 22:13 Türkiyədə helikopter qəzaya uğradı - ölənlər var | 22:08 Prezident İlham Əliyevin Yunanıstanın Baş naziri Kiriakos Miçotakis ilə görüşü olub - Foto | 22:00 Barəsində 48 axtarış qərarı olan şəxs Azərbaycanda saxlanıldı | 21:53 Bakıda vərəm xəstələri görüntülü zənglə izlənilir? - Açıqlama | 21:46 Lənkəranda şəhid anası vəfat etdi | 21:40 İlham Əliyevin Nikol Paşinyan ilə görüşü olub - FOTO | 21:34 Uşağa hər istədiyini almaq olmaz - Psixoloqdan valideynlərə xəbərdarlıq | 21:26 Türkanda qanunsuz karxana işlədən şəxs cəzalandırıldı - Dövlətə 21 min manatlıq ödəniləcək | 21:21 6 min manatlıq vəd, yarımçıq qalan iş və amnistiya - Sabiq xidmət əməkdaşı azadlığa buraxıldı | 21:14 Azərbaycanda qadınlar kişilərdən daha çox yaşama səbəbi - Professordan cavab | 21:09 Atasının ölümünə səbəb olan sürücü həbsdən azad edildi | 21:02 Dəmir hasarı daşla əvəz etdi, Səbail İcra Hakimiyyəti cərimələdi - Məhkəmə qərarı ləğv etdi | 20:57 "Bloomberg": İran ayda 50 ballistik raket istehsal edə bilər |
Mojo.az Avto
Mojo.az Avto

Tbilisidə Heydər Əliyevin büstünə ziyan vurmaqda ittiham olunan erməniəsilli şəxsin məhkəməsi təxirə salınıb

10.11.2026 13:09 495
Tbilisidə Heydər Əliyevin büstünə ziyan vurmaqda ittiham olunan erməniəsilli şəxsin məhkəməsi təxirə salınıb
Tbilisidə Azərbaycanın ümummilli lideri Heydər Əliyevin büstünə ziyan vurulması işi üzrə təqsirləndirilən Ermənistan vətəndaşı İ.A.-nın ilk məhkəmə iclası noyabr ayından dekabra keçirilib.

Bu barədə "Sputnik Ermənistan"a onun hüquq müdafiəçisi Teona Peradze məlumat verib.

"Gürcüstanda saxlanılan Ermənistan vətəndaşı ilə bağlı psixiatrik ekspertizanın rəyi dekabrın 21-dək hazır olacaq. İşin gələcək gedişatı məhz bu nəticələrdən asılıdır", - deyə o qeyd edib.

Məhz bu səbəbdən ilkin istintaqın müddəti uzadılıb.

Vəkil həmçinin müdafiə etdiyi şəxsin səhhəti barədə də danışıb:

"Onun ürəyində və ümumi sağlamlığında problemlər var. Hazırda həmin şəxs həbsxanada müalicə alır və həkimlərin nəzarəti altındadır. Əgər stasionar müalicəyə ehtiyac yaranarsa, o, mülki xəstəxanaya köçürüləcək".

Teona Peradze bildirib ki, tutulan şəxsin qohumları onunla telefon vasitəsilə əlaqə saxlayırlar, lakin Gürcüstana gəlməyiblər. Ermənistan səfirliyinin nümayəndələri isə ona baş çəkərək söhbət edib və saxlanma şəraiti ilə maraqlanıblar.

Təqsirləndirilən şəxsə əsas yardımı Gürcüstandakı erməni icması göstərir, ona geyim və lazımi şəxsi əşyalar çatdırılır.

Daha əvvəl "Sputnik Ermənistan" yazmışdı ki, 40 yaşlı kişi sentyabrın sonundan etibarən 8 saylı cəzaçəkmə müəssisəsində saxlanılır. İlkin versiyaya görə, o, Gürcüstana sentyabrın 20-də gəlib. Sentyabrın 21-nə keçən gecə Tbilisinin parklarından birində ucaldılmış Heydər Əliyevin abidəsinə zərər yetirib. İstintaqın məlumatına əsasən, bundan sonra həmin şəxs ölkəni tərk etməyə cəhd göstərib, lakin sərhəddə yaxalanıb. Ona qarşı Gürcüstan Cinayət Məcəlləsinin əmlaka ziyanvurma məsuliyyətini nəzərdə tutan 187-ci maddəsi ilə ittiham irəli sürülüb. Təqsirləndirilən şəxsi beş ilə qədər həbs cəzası gözləyir.

Son xəbərlər