Mojo.az — elanlar
Son Xəbərlər
23:00 Bu 3 bürcün kişiləri xanıma pul xərcləməkdən zövq alır  |     22:54 Evinin "kupça"sı olmayanlara şad xəbər  |     22:49 Rusiyaya məxsus qırıcı təyyarə yerə çırpıldı  |     22:37 Konstitusiya Məhkəməsi bu məsələlərlə bağlı qərar qəbul etdi  |     22:30 Azərbaycanda kirayə mənzil mexanizmi üzrə qaydalar dəyişdi  |     22:24 2 vəkilə töhmət verildi  |     22:15 Əsas yolda asfalt örtüyü dağılıb - VİDEO  |     22:10 Lerikdə qızıl axtaranlar tutuldu - Biri qayadan yıxılıb öldü  |     22:02 Bu ölkədə ölüm hökmü bərpa edildi  |     21:57 Sevinərkən 800 manatadək cərimələnə bilərsiniz - DİQQƏT  |     21:50 Xəzərdə 200-ə yaxın nərə balığı ölü tapıldı  |     21:43 Bakıda əsas yol 3 günlük təmirə bağlanacaq - Bu saatlarda  |     21:41 Bakının mərkəzi küçəsində ölüm  |     20:52 Azərbaycanda kirayə mənzil mexanizmi üzrə qaydalar dəyişdi  |     20:51 Bakıda Azərbaycan-İtaliya Biznes Forumu keçiriləcək  |     20:48 Bakıda 25 il əvvəl törədilmiş qətlin üstü açıldı  |     20:23 "Gəncə Mall"da oğurluq  |     19:55 Rəcəb Tayyib Ərdoğan İlham Əliyevə zəng edib  |     19:36 Leyla Əliyeva beynəlxalq tədbirdə uşaqlarda onkoloji xəstəliklərlə mübarizədə qlobal əməkdaşlığın əhəmiyyətinə diqqət çəkib - Foto  |     19:20 Dəhşətli qətlin şok təfərrüatı: Şəxs öldürüləndən sonra saxta mesajla maaşı alınıb  |    
Mojo.az Avto
Mojo.az Avto

128 min manatlıq dələduzluq etsə də, məhkəmə zalından azadlığa buraxıldı

12.06.2026 19:37 378
128 min manatlıq dələduzluq etsə də, məhkəmə zalından azadlığa buraxıldı
Bakıda vətəndaşa "Alisiya Möcüzələr Diyarında" adlı proyekti quracağı ilə bağlı külli miqdarda dələduzluq etməkdə təqsirləndirilən Seyagi Seymurun cinayət işi üzrə məhkəməsi yekunlaşıb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Kamil Əliyevin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı Eldar Məmmədov ittiham nitqi ilə çıxış edib.

Prokuror təqsirləndirilən şəxsin 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini məhkəməyə təklif edib.

Vəkil müdafiə çıxışı etdikdən sonra təqsirləndirilən şəxs son söz deyib.

Məhkəmə müşavirəyə gedib qayıtdıqdan sonra hökmü elan edib.

Hökmə əsasən, təqsirləndirilən şəxs Seyagi Seymura 2 il sınaq müddəti olmaqla 5 il müddətinə şərti azadlıqdan məhrumetmə cəzası təyin edilib və o, məhkəmə zalından azadlığa buraxılıb.

Qeyd edək ki, Seymur Seyagiyə qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq-külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

Ümumi dəymiş ziyan isə 128 min manatdır. Tərəflər arasında barışıq olub.

Son xəbərlər