Mojo.az — elanlar
Son Xəbərlər
23:02 Qışda qaz pulu çox gələnlərə güzəşt ediləcək? - Rayonlara görə...  |     22:57 “Cəfər Cabbarlı” ilə “Nizami”ni birləşdirən tunel nə vaxt hazır olacaq?  |     22:50 "Green Card" lotereyası ilə bağlı yeni qərar – Qeydiyyatın tarixi bəlli oldu  |     22:45 Dəyəri ən çox artan ərzaq məhsulları - ADLAR  |     22:38 5 bürc üçün uğurlu dövr başlayır  |     22:30 Putindən müharibənin bitməsi ilə bağlı anons  |     22:25 Saçlarınız topa-topa tökülür? - Təhlükəli əlamətlər açıqlandı  |     22:20 Ağsuda bələdiyyəyə məxsus 12 800 manatlıq boruları oğurlayan şəxs cəzalandırıldı  |     22:12 Türkiyəyə gedən Oğuz sakini cəzasını çəkməkdən yayınır  |     22:07 Ekspertlər: 2027-ci ildə uşaqpulu məsələsi gündəmdə deyil  |     22:00 "Kolxoz bazarı"nda toyuq alverçiləri arasında dava düşdü  |     21:53 Yerin nüvəsindən milyardlarla ildir hidrogen sıza bilər  |     21:48 "20 Sentyabr" stansiyası bu tarixdə istifadəyə veriləcək  |     21:41 Bakıda qanunsuz gözəllik salonu tikmək istəyən şəxs məhkəməlik oldu  |     21:34 Qafqazda 2100 illik döyüşçü məzarı aşkarlandı - Ağzından qızıl sikkə tapıldı  |     21:26 70 yaşdan sonra D vitamini qəbulunda təhlükəli səhv - Dozanı aşmayın  |     21:21 Azərbaycanda internet bahalaşdı - Qiymətlər  |     21:14 Şərurda anbarda faciə - Bir qadın öldü, biri xəsarət aldı  |     21:08 Şeremetyevoda 100-dən çox reys ləğv edildi  |     21:00 Qazaxda TIR yandı  |    
Mojo.az Avto
Mojo.az Avto

"Alisiya Möcüzələr Diyarında" adlı layihəyə görə 128 minlik dələduzluq işi

22.05.2026 21:24 465
Bakıda vətəndaşa "Alisiya Möcüzələr Diyarında" adlı proyekti quracağı ilə bağlı külli miqdarda dələduzluq etməkdə təqsirləndirilən Seyagi Seymurun cinayət işi üzrə məhkəməsi keçirilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Kamil Əliyevin sədrliyi ilə keçirilən prosesdə məlum olub ki, tərəflər arasında barışıq əldə edilib. Təqsirləndirilən şəxsin vəkili ərizəni məhkəmə tərkibinə təqdim edib.

Zərərçəkmiş Etimad Mehdiyev bildirib ki, təqsirləndirilən şəxs bütün dəymiş ziyanı ödəyib və ona qarşı heç bir şikayət - tələbi yoxdur.

Daha sonra sübutların tədqiqinə başlanılıb və məhkəmə istintaqı yekunlaşıb.

Dövlət ittihamçısı çıxış üçün məhkəmədən vaxt istəyib.

Bu səbəbdən məhkəmə iyunun 12-nə təyin edilib.

Təqsirləndirilən şəxs Seyagi Seymur bildirib ki, özünü təqsirli bilir və əməlindən peşmandır.

Qeyd edək ki, Seymur Seyagiyə qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq-külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

Ümumi dəymiş ziyan isə 128 min manatdır.
//unikal.az

Son xəbərlər