Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
21:50 Bakıda iri mağazalar şəbəkələrinin yerləşdiyi küçədə hərəkət iflic oldu: Yağış suları yolları keçilməz etdi - Video | 21:36 Uşağa qarşı fiziki və psixoloji zorakılığa görə 200 manat cərimə: "Hətta azdır" | 21:14 Böhran dərinləşir: Avropanın ən böyük iqtisadiyyatı çətin durumda | 21:13 Arif Mirzəyev vəfat etdi | 21:04 Leyla Əliyeva Əminə Ərdoğanla tədbirə qatıldı (FOTO) | 20:46 Sabah Balakəndə qaz olmayacaq | 20:38 İrana bağlı qruplaşmanın ABŞ-nin hərbi bazasına hücum planı: Detallar açıqlandı | 20:30 Törətdiyi qəzada dostunun nişanlısı həlak olmuşdu - Həbs edildi | 20:11 Cəlilabadda 10 yaşlı uşaq qızdırmadan ölüb | 20:05 Rusiya ilə Ukrayna arasında ən böyük əsir mübadiləsi yaxın iki-üç həftə ərzində baş tuta bilər | 19:55 Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub - FOTO | 19:46 QMİ İrəvan Göy məscidində keçirilən tədbiri vandalizm və təxribat adlandırıb | 19:29 Pakistanda atışma: 11 polis əməkdaşı həyatını itirdi | 19:19 Ermənistan KTMT-də səsvermə hüququndan məhrum edilib | 19:09 Gəncədə kişini benzin tökərək diri-diri yandırdılar: Dörd nəfərə hökm oxundu | 18:58 Aslan Fətullayevin nəşinin Azərbaycana gətiriləcəyi və dəfn olunacağı vaxt açıqlandı | 18:50 Paşinyan Ərdoğanla danışıqlar aparır - Görüşdən ilk detallar | 18:41 Fransada gənc futbolçu məşqdə öldü | 18:33 Minaya düşən traktorçunun bir əli amputasiya olundu | 18:12 Prezidentin sosial media hesablarında COP31-in Liderlər Sammitində iştiraka dair videoçarx paylaşılıb |
Mojo.az Avto
Mojo.az Avto

Banklardan narazı qalanların diqqətinə: Yeni mexanizm tətbiq olunur

10.11.2026 16:19 192
Banklardan narazı qalanların diqqətinə: Yeni mexanizm tətbiq olunur
Bank və sığorta şirkətlərində müştəri hüquqlarının qorunması üçün yeni mexanizm hazırlanıb.

Bank, sığorta və investisiya şirkətləri, eləcə də ödəniş və elektron pul təşkilatlarında müştəri şikayətlərinə baxılması ilə bağlı yeni qaydalar tətbiq edilir.

Belə ki, qeyd olunan maliyyə qurumları müştəri şikayətlərinə baxılması üçün müstəqil funksiya formalaşdırmalıdırlar.

Bu məqsədlə qurumun fəaliyyətinin həcminə və müştərilərinin sayına uyğun olaraq ayrıca struktur bölmə yaradılmalı və ya məsul şəxs təyin edilməlidir.

Şikayətləri araşdıran şəxslər müvafiq sahə üzrə bilik və təcrübəyə malik olmalı, mütəmadi təlimlərə cəlb edilməlidirlər. Maraqlar münaqişəsinin qarşısının alınması üçün həmin şəxslər qurumların biznes əməliyyatlarından və aidiyyəti bölmələrindən kənar fəaliyyət göstərməlidirlər.

Yeni qaydalara görə, şikayətlərə baxılması funksiyasının əsas vəzifələrindən biri müştərilərdən daxil olan müraciətləri araşdırmaq və qanunvericiliyin tələblərinə uyğun cavablandırmaqdır. Bununla yanaşı, şikayətlərin reyestri aparılmalı, onların əsas səbəbləri üzrə statistika hazırlanmalı, müştərilərin hüquqlarının pozulması hallarının aradan qaldırılması üçün rəhbərliyə təkliflər verilməlidir.

Şikayətlərin araşdırılması zamanı müvafiq bölmələrdən sənədlər və məlumatlar tələb edilə, müştərilərlə görüşlər keçirilə, onlara məsləhət və izahlar verilə bilər.

Qərarda şikayətlərə baxılması funksiyasının fəaliyyətinə nəzarət mexanizmləri də müəyyənləşdirilib. Belə ki, bank və sığorta şirkətlərində bu fəaliyyətin nəticələri barədə rəhbərliyə azı rübdə bir dəfə hesabat təqdim edilməlidir. Banklarda və investisiya şirkətlərində həmin funksiyanın fəaliyyəti ildə azı bir dəfə daxili audit tərəfindən yoxlanılmalıdır.

Bundan başqa, bank, sığorta və investisiya şirkətlərində etik davranış qaydaları da genişləndirilib. Yeni tələblər korrupsiya və vəzifədən sui-istifadənin qarşısının alınmasını, qanun pozuntuları barədə məlumat verən şəxslərin təzyiqlərdən qorunmasını, müştərilərlə ədalətli davranılmasını və məlumatların məxfiliyinin təmin olunmasını əhatə edir.
//oxu.az

Son xəbərlər