Mojo.az Banner
Son Xəbərlər
22:40 Sankt-Peterburqda 5 nəfərdə meymunçiçəyi təsdiqləndi  |     22:35 Sərnişin qatarlarına 26 dəfə daş atılıb  |     22:28 4 mindən çox insan Eboladan öldü  |     22:23 Adnan Əhmədzadənin 13 aylıq həbsi başa çatdı - Yeni qərar  |     22:14 Xəzər dənizinin Azərbaycana aid hissəsində qaçaqmal aşkarlandı  |     22:09 Azad edilmiş ərazilərdə daha 256 mina aşkarlandı  |     22:01 Bu marşrut üzrə əlavə qatar reysləri təyin olundu  |     21:34 Moskvada "Qeyri-leqal-2026" əməliyyatı: 6000-dən çox miqrant Rusiyadan çıxarılacaq  |     21:18 Bakı Təşəbbüs Qrupu: "Parisdə polis kaledoniyamənşəli gənci amansızcasına döyüb"  |     21:00 İsveçrədən Çinə uçan təyyarə Bakıda məcburi eniş etdi  |     20:25 Epilepsiyalı övladını əməliyyat etdimək istədi, 22 min manatlıq dələduzluğun qurbanı oldu - Video  |     19:54 Qazaxda mal-qara otlağına ildırım düşdü, xəsarət alan var  |     19:39 Evlərə girib oğurluq edən qaraçılara hökm oxundu  |     19:26 "Falçılıq" adı altında dələduzluq edən şəxs saxlanılıb  |     19:14 Dövlət əleyhinə açıq çağırışlar yayan yeddi nəfər beynəlxalq axtarışa verildi  |     18:14 "Sabah"ın oyunu ilə əlaqədar bəzi marşrutların hərəkət sxemi dəyişdirilir  |     18:12 Leyla Əliyeva Türkmənistanda səfərdədir - Foto  |     17:33 Rusiyanın Kiyevə hücumu zamanı Azərbaycan təşkilatının ofisinə ziyan dəydi  |     17:30 Şəhid ailələrinin pulunu mənimsəyən məmura ağır cəza verildi  |     17:28 TƏBİB Səhiyyə Nazirliyinə verildi: Xəstələri və xəstəxanaları nə gözləyir?  |    
Mojo.az Avto
Mojo.az Avto

İcbari avtosığorta qaydalarına dəyişiklik edilib, Bonus-Malus sistemi əvəzlənir

21.04.2026 16:14 615
İcbari avtosığorta qaydalarına dəyişiklik edilib, Bonus-Malus sistemi əvəzlənir
Azərbaycan Mərkəzi Bankı (AMB) avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta haqqının hesablanması qaydalarında dəyişikliklər edib.

Müvafiq qərar AMB İdarə Heyəti tərəfindən 1 aprel 2026-cı il tarixində qəbul olunub.

Qərara əsasən, əvvəl tətbiq olunan Bonus-Malus (BM) sistemi əvəzlənərək “sığorta tarixçəsi əmsalı” mexanizmi tətbiq edilir. Yeni yanaşmaya görə, sığorta haqqının hesablanması artıq sığortalının əvvəlki sığorta tarixçəsi və təqsirli hadisələri əsasında müəyyən olunacaq.

Dəyişikliklərə əsasən, sığorta tarixçəsi əmsalı minimum 0.60, maksimum isə 3 səviyyəsində müəyyən edilib. Əmsal hər bir şəxs üzrə ayrıca formalaşacaq və müxtəlif nəqliyyat vasitələri üzrə fərqli tətbiq oluna biləcək.

Yeni qaydalara görə, fiziki şəxslər üçün sığorta müqaviləsi bağlanarkən nəqliyyat vasitəsinin sahibləri arasında ən yüksək sığorta tarixçəsi əmsalına malik olan şəxsin göstəricisi əsas götürüləcək. Bununla yanaşı, son bir ay ərzində nəqliyyat vasitəsinə sahib olmuş şəxslər də hesablamada nəzərə alınacaq.

Qərarda həmçinin göstərilir ki, hüquqi şəxslər üçün (taksi fəaliyyəti istisna olmaqla) sığorta tarixçəsi əmsalı 1 səviyyəsində müəyyən edilir və bu əmsala əlavə və ya güzəşt tətbiq olunmur.

Sənədə əsasən, qəzasız sığorta tarixçəsi olan şəxslər üçün hər dəfə 5% güzəşt tətbiq ediləcək. Əksinə, təqsirli sığorta hadisəsi baş verdikdə hər hadisə üzrə sığorta tarixçəsi əmsalına 30% əlavə ediləcək.

Eyni zamanda, nəqliyyat vasitəsinin sahiblərinin sayından asılı olaraq tətbiq edilən əmsallar da yenilənib. Belə ki, sahiblərin sayı 4 və ya daha az olduqda əmsal 1, 5 və ya daha çox olduqda isə 1.15 müəyyən edilib.

Qərara əsasən, əvvəlki sistem üzrə formalaşmış Bonus-Malus göstəriciləri yeni mexanizmə inteqrasiya olunacaq və keçid dövründə sığorta tarixçəsi əmsalı kimi tətbiq ediləcək.

Qeyd edək ki, dəyişikliklər qərarın dərc edildiyi tarixdən 2 ay sonra qüvvəyə minəcək.
//apa.azскачать dle 11.3

Son xəbərlər