Mojo.az Banner
23:14 “Nemetskiy şot” olur” - Həmin fotodan danışdı  |     23:03 Bu 4 bürc üçün yeni dövr başlayır  |     22:58 Azərbaycan və Rusiya gömrükçüləri sərhəddə görüşdü  |     22:50 Avropadakı rekord istilər Azərbaycana da gələcək? - Açıqlama  |     22:45 Azərbaycanda Milli Məlumat Hövzəsi yaradıldı  |     22:40 Qaz İstismar Xidmətinin sabiq rəisinin məhkəməsi başladı  |     22:33 Avropada ən populyar avtomobil açıqlandı (SİYAHI)  |     22:25 Azərbaycan Korsika ilə bağlı qanunu dəstəklədi  |     22:20 "Dərman da təsir etmir": Balakən sakinləri tırtıl bəlasından əziyyət çəkirlər - VİDEO  |     22:14 Rəqsanənin qızı adını dəyişdi - FOTO  |     22:07 Paşinyandan İsrailin "erməni soyqırımı"nı tanımasına CAVAB  |     21:59 Faciəvi şəkildə ölən Vəli Nofəl Süleymanovun qardaşı imiş (YENİLƏNİB)  |     21:54 Qazaxıstan Bakı-Tbilisi-Ceyhan kəməri ilə neftin nəqlinin həcmini artıracaq  |     21:46 Koreyadan Naxçıvana uzanan sevgi - VİDEO  |     21:38 Dünya Bankı Bakının ekoloji vəziyyətini yaxşılaşdırmaq üçün 410 milyon dollar ayırır  |     21:33 Azərbaycan cüdoçusu Avropa çempionu oldu  |     21:26 Neymar və Messi Venesueladakı zərərçəkənlərə kömək üçün külli miqdarda pul köçürdülər  |     21:12 Qonşusu ilə sayğaca görə dalaşdı, 1100 manat cərimələndi  |     21:05 Bulvarda skuterləri küçəyə düzdürən sahibkar cərimə olundu  |     21:00 Bakıda qardaşlar arasında ata mülkünə görə dava - Məhkəmə qərar verdi  |    
Left Banner
Right Banner

Azərbaycan yeni sosial-iqtisadi modelə keçir – VİDEO

01.05.2019 13:09 2 073
Azərbaycan yeni sosial-iqtisadi modelə keçir – VİDEO
Prezident İlham Əliyevin müşavirədə anonsunu verdiyi kimi, qarşıdakı dövrdə ölkədə 3 mühüm sahə üzrə yeni sosial-iqtisadi model tətbiq ediləcək.

Median.Az
Xəzər TV-yə istinadən xəbər verir ki, iqtisadiyyat, kənd təsərrüfatı və tibbi sığorta üzrə yeni hədəflər nəzərdə tutulur. Bütün modellər indiyədək həyata keçirilən islahatların davamı olaraq tətbiq ediləcək.

Azərbaycan 3 mühüm sahə üzrə yeni sosial-iqtisadi modelə keçir.

İqtisadçı ekspert Vüqar Bayramov bildirib ki, yeni sosial- iqtisadi model insan kapitalının inkişaf etdirilməsini, özəlləşdirmə və dövlət mülkiyyətində olan müəssisələrlə bağlı islahataların həyata keçirilməsini, əlverişli biznes mühitinin inkişaf etdirilməsini nəzərdə tutur.

Vüqar Bayramovun sözlərinə görə, yeni sosial-iqtisadi model bugündək yaradılmış baza əsasında, həyata keçirilən islahatların davamı olaraq tətbiq edilir.

Vüqar Bayramov qeyd edib ki, yeni modelin tətbiq ediləcəyi ikinci əsas sahə kənd təsərrüfatıdır.

Ekspertin sözlərinə görə, məqsəd ərzaq təhlükəsizliyinin təmin edilməsi üçün institusional potensialın gücləndirilməsi, aqrar sahə üzrə dövlət tənzimlənməsinin effektivliyinin yüksəldilməsi, biznes mühitinin təkmilləşdirilməsi, kənd təssərrüfatı məhsulları üzrə bazar infrastrukturunun inkişafı və istehsalçıların bazara çıxışının asanlaşdırılmasıdır.

Bu məqsədlə aqrar sahəyə investisiya qoyuluşları təşviq ediləcək, informasiya-məsləhət xidməti şəbəkəsi formalaşdırılacaq, eləcə də aqrar sığortanın təbiqi ilə bağlı hüquqi tədbirlər görüləcək.

Vüqar Bayramov vurğulayıb ki, tibbi sığorta sahəsinə dair də islahatlar anons edilib. Ekspertin sözlərinə görə, yeni model səhiyyə xidmətlərinin icbari tibbi sığorta ilə inkişaf etdirilməsini nəzərdə tutur.

Yeni sosial-iqtisadi modelə keçidlə bağlı aiddiyyəti üzrə tapşırıqlar verilib.
скачать dle 11.3
Mojo.az Banner