Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
22:40 Ceyhun Bayramovla Mirzoyan ayaqüstü söhbət etdilər - VİDEO | 22:35 Nəvəsinin andiçməsinə gedərkən itkin düşən kişinin meyiti tapıldı: Təfərrüat | 22:26 Azərbaycan ilə Ermənistan arasında transsərhəd çaylarla bağlı işçi qrupları yaradılıb | 22:20 Son bir ildə Azərbaycan ərazisindən Ermənistana ümumilikdə 105 min ton yük daşınıb | 22:13 Türkiyədə helikopter qəzaya uğradı - ölənlər var | 22:08 Prezident İlham Əliyevin Yunanıstanın Baş naziri Kiriakos Miçotakis ilə görüşü olub - Foto | 22:00 Barəsində 48 axtarış qərarı olan şəxs Azərbaycanda saxlanıldı | 21:53 Bakıda vərəm xəstələri görüntülü zənglə izlənilir? - Açıqlama | 21:46 Lənkəranda şəhid anası vəfat etdi | 21:40 İlham Əliyevin Nikol Paşinyan ilə görüşü olub - FOTO | 21:34 Uşağa hər istədiyini almaq olmaz - Psixoloqdan valideynlərə xəbərdarlıq | 21:26 Türkanda qanunsuz karxana işlədən şəxs cəzalandırıldı - Dövlətə 21 min manatlıq ödəniləcək | 21:21 6 min manatlıq vəd, yarımçıq qalan iş və amnistiya - Sabiq xidmət əməkdaşı azadlığa buraxıldı | 21:14 Azərbaycanda qadınlar kişilərdən daha çox yaşama səbəbi - Professordan cavab | 21:09 Atasının ölümünə səbəb olan sürücü həbsdən azad edildi | 21:02 Dəmir hasarı daşla əvəz etdi, Səbail İcra Hakimiyyəti cərimələdi - Məhkəmə qərarı ləğv etdi | 20:57 "Bloomberg": İran ayda 50 ballistik raket istehsal edə bilər | 20:49 İnfarkt və insult riskinin ən yüksək olduğu saatlar | 20:42 Bu məhsullar bahalaşıb - SİYAHI | 20:37 Lənkəranda bir ailə plov və turşudan zəhərləndi - AQTA-dan xəbərdarlıq |
Mojo.az Avto
Mojo.az Avto

Azad olunmuş ərazilərin bərpasının sosial-iqtisadi konsepsiyası hazırlanıb

12.12.2020 15:17 1 674
Azad olunmuş ərazilərin bərpasının sosial-iqtisadi konsepsiyası hazırlanıb
“Prezident İlham Əliyevin tapşırığı ilə aidiyyəti qurumlar, o cümlədən İqtisadiyyat Nazirliyi tərəfindən işğaldan azad olunmuş ərazilərin bərpasının sosial-iqtisadi konsepsiyası hazırlanıb. Layihə olaraq müzakirə edilir və hökumətə təqdim ediləcək”.

“Report” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.

O bildirib ki, həmin konsepsiyaya və bölgələrimizin gələcək sosial, iqtisadi planlaşdırmaya uyğun olaraq əsas tutulan sahələr - şəhərsalma və ərazi qurulması ilə bağlı olan məsələlər təbii ki, bunun həyata keçirilməsi üçün zəruri hüquqi, iqtisadi və maliyyə güzəştlər və təşviqlər sistemi nəzərdə tutulur:

“Eyni zamanda, bilirsiniz ki, Prezident İlham Əliyevin müvafiq sərəncamına uyğun olaraq, təxirəsalınmaz layihələr artıq həyata keçirilir. Burada xüsusən, dövlət tərəfindən həyata keçirilən yol şəbəkəsi, dəmir yolu, kommunal, təchizat kimi məsələləri qeyd etmək olar”.

Son xəbərlər