Mojo.az Banner
19:45 Dövlət adından yaradılan və dövlət büdcəsindən vəsait alan qurumların əməkhaqqı sistemi təkmilləşdirilib  |     19:42 Dövlət qulluğunun vəzifələri üzrə maaşın minimum məbləğləri müəyyənləşib  |     19:30 Dövlət adından yaradılan və dövlət büdcəsindən vəsait alan qurumların əməkhaqqı sistemi təkmilləşdirilib  |     19:23 Axtarışda olan şəxs Ukraynadan Azərbaycana gətiriləcək  |     19:14 Paşinyan müxalifəti Azərbaycanla yeni müharibəyə hazırlıq görməkdə ittiham etdi  |     19:04 Sabunçuda evlərdən 25 min manatlıq oğurluq edən şəxs ƏLƏ KEÇDİ - Video  |     18:49 Bəzi rayonların məhkəmələr üzrə tabeçiliyi yenidən bölüşdürülüb  |     18:35 Reabilitasiya müəssisələri bu qurumun tabeliyinə veriləcək  |     18:18 Dövlət agentliyi 90 min başa yaxın iri və xırdabuynuzlu heyvanı NƏ ÜÇÜN ALIR?  |     17:34 Yollarda hərəkət iflic olub - SİYAHI  |     17:33 Tüstü bacalarının istismarı ilə bağlı YENİ QƏRAR  |     16:40 DTX-nin ifşa etdiyi 326 milyonluq qaçaqmalçılıq işi üzrə DAHA BİR MƏHKƏMƏ QƏRARI - FOTO  |     16:35 Azərbaycana gətirilən tinglərdə virus aşkarlanıb  |     16:02 Beynəlxalq axtarışda olan əcnəbi Bakı aeroportunda ƏLƏ KEÇDİ  |     15:53 Səfər Mehdiyevin bacanağı işdən çıxarıldı  |     14:16 Küveytdə neft emalı zavoduna edilən PUA hücumu yanğına səbəb oldu  |     13:57 Rusiya Silahlı Qüvvələri Ukraynda iki yaşayış məntəqəsini nəzarətə götürdü  |     13:44 Bakıda icra hakimiyyətində müşavirə: DÖRD MƏMURA XƏBƏRDARLIQ edildi  |     13:26 Azərbaycanda yüksəkvəzifəli şəxs işdən çıxarıldı  |     13:13 Növbəti köç karvanı Xocalının Xanabad kəndinə çatıb  |    
Left Banner
Right Banner

İşğaldan azad edilmiş ərazilərdə görülən işlərin icra vəziyyəti müzakirə olundu

04.08.2021 19:19 1 287
İşğaldan azad edilmiş ərazilərdə görülən işlərin icra vəziyyəti müzakirə olundu
İşğaldan azad edilmiş ərazilərdə məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı Azərbaycan Respublikası Prezidentinin 2020-ci ilin 24 noyabr tarixli Sərəncamı ilə yaradılmış Əlaqələndirmə Qərargahının avqustun 4-də növbəti iclası keçirilib.

İclası açan Qərargahın rəhbəri, Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin daim diqqət mərkəzində saxladığı işğaldan azad edilmiş ərazilərin bərpa və yenidənqurma prosesləri ilə əlaqədar verdiyi tapşırıq və göstərişlərin, aparılan işlərin istiqamət və prioritetlərinin müəyyən edilməsi baxımından xüsusi əhəmiyyətini vurğulayıb.

Ümummilli prioritetlərdən biri olan bərpa və yenidənqurma proseslərinin maksimum səmərəli, keyfiyyətli, sürətli, planlı və əlaqələndirilmiş şəkildə icrasının əsas məqsəd olduğunu qeyd edən Qərargahın rəhbəri görülən işlərin dinamik olaraq dəyişən vəziyyətə uyğun icrasının vacibliyini bildirib.

İclasda əhalinin qayıdışı, şəhid ailələri və müharibə iştirakçılarının sosial təminatı, işğaldan azad olunmuş ərazilərdə iqtisadiyyatın inkişafı, şəhərsalma, nəqliyyat-infrastruktur layihələrinin müfəssəl planlaşdırılması və ahəngdar icrası ilə bağlı məsələlər ətraflı şəkildə müzakirə edilib. Qaldırılmış məsələlərlə əlaqədar növbəti addımlar müəyyən edilib və müvafiq tapşırıqlar verilib.

İşğaldan azad edilmiş ərazilərin yeni iqtisadi rayonlar bölgüsü nəzərə alınmaqla, Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq bərpası və yenidən qurulması işlərinin sürətlə və yüksək peşəkarlıqla aparılması üçün bütün imkanların səfərbər edilməsinin vacibliyi vurğulanıb.скачать dle 11.3
Mojo.az Banner