Mojo.az Banner
23:14 ABŞ İrana qarşı növbəti zərbələr dalğasına başlayıb  |     22:42 Konfrans Liqası: “Zirə” ikinci təsnifat mərhələsinə yüksəlib  |     22:26 Pərvin Lətifovun anası faciəvi şəkildə vəfat etdi  |     21:51 Odessa yaxınlığında həlak olan gəmi kapitanının nəşi tapılıb - XİN  |     21:20 Məlumatlarımız təhlükə altında - Bu trendlər nə üçün yaradılır?  |     21:13 İyulun ortasında şaxta və qar: Meteoroloqlar rekord temperatur qeydə aldı  |     21:08 Flora Kərimovanın səhhəti necədir?  |     21:00 Dövlətə 8 milyon manat borcu olan inşaat şirkəti auditdən yayınır  |     20:55 "Kəpəz"dən yeni transfer  |     20:49 Prokurorluq əməkdaşı intizam tənbeh tədbiri qismində vəzifədən azad olunub  |     20:43 Bakıda 6909 cinayət törədilib  |     20:35 İcra başçısı Qusarda keçirilən antiterror əməliyyatından danışdı  |     20:30 Kəlbəcərdə çaya düşən 11 yaşlı uşağın meyiti tapıldı  |     20:23 Qubada qadını tok vurub öldürdü  |     20:18 Antibiotik vurulan 5 aylıq hamilə qadın öldü - Araşdırma aparılır (YENİLƏNİB)  |     20:09 Naxçıvanda əhalinin sayı artıb  |     20:02 Bu ölkədə uşaq evində yanğın oldu - Ölənlər var  |     19:57 Dövlət Agentliyindən dənizçilərə ÇAĞIRIŞ  |     19:50 Ukraynada yeni Baş nazir təyin olundu  |     19:44 İngiltərənin baş məşqçisi istefaya göndəriləcək?  |    
Left Banner
Right Banner

İşğaldan azad olunmuş ərazilərə əhalinin qayıdışı məsələləri üzrə İşçi Qrupunun iclası keçirilib

05.02.2021 21:35 1 029
İşğaldan azad olunmuş ərazilərə əhalinin qayıdışı məsələləri üzrə İşçi Qrupunun iclası keçirilib
Əlaqələndirmə Qərargahının İdarələrarası Mərkəzinin işğaldan azad olunmuş ərazilərə əhalinin qayıdışı məsələləri üzrə İşçi Qrupunun iclası keçirilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2020-ci ilin yekunlarına həsr olunmuş müşavirədə işğaldan azad edilmiş ərazilərdə bərpa və yenidənqurma işlərinin əsas məqsədlərindən biri olan həmin ərazilərə əhalinin qayıdışı ilə bağlı konkret vəzifələr müəyyən etmiş və bu istiqamətdə zəruri tapşırıqlar vermişdir.

İşçi Qrupunun rəhbəri, Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin müdiri Zeynal Nağdəliyev dövlət başçısının tapşırıqlarına uyğun olaraq həyata keçirilən işlər haqqında ətraflı məlumat verib.

Daha sonra Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev, Azərbaycan Respublikası Prezidentinin köməkçisi –Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov, Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin köməkçisi Emin Hüseynov, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev, kənd təsərrüfatı naziri İnam Kərimov, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev və digər aidiyyəti dövlət qurumlarının rəhbərlərinin iştirakı ilə işğaldan azad edilmiş ərazilərdə planlaşdırılan fəaliyyətlərə dair geniş müzakirələr aparılıb.

Xatırladaq ki, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 24 noyabr tarixli Sərəncamı ilə yaradılmış Əlaqələndirmə Qərargahına Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev rəhbərlik edir.скачать dle 11.3
Mojo.az Banner