Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
12:24 Bakıda bir sıra ərazilərdə söküntü başladı: Kompensasiya məbləği açıqlandı | 12:17 Elektromobillər ürəkbulanma yaradır? – AÇIQLAMA | 12:14 İsmayıllıda 28 yaşlı kişi hesab ödəməyə görə bıçaqlanıb - Təfərrüat | 12:03 Alyona Əliyeva: "Hər bir uşağın qayğı, sevgi və təhlükəsiz gələcəyə haqqı var!" | 11:59 Göygöldə evdən qadın meyiti tapıldı | 11:51 Azərbaycanda qadın vəhşicəsinə döyüldü: Polis şübhəli şəxsi saxladı | 11:38 Azərbaycan nümayəndələri Ermənistana getdilər | 11:36 Azərbaycanda xroniki miyeloid leykoz ən çox bu bölgələrdə qeydə alınır | 11:31 Yevlaxda övladlarına aliment verməyən ana məhkum edildi | 11:17 ADSEA-nın fəaliyyətində nöqsanlar aşkarlandı | 23:59 "Sabah" "Barselona"ya məğlub oldu | 21:15 LUKOIL rəhbəri Azərbaycandakı layihələrdən danışdı | 21:05 Elgiz Əkbərin yeni verilişi ilə bağlı ARB-dən rəsmi açıqlama | 20:58 Noyabr ayının bütün sosial ödənişləri yekunlaşdırılıb | 20:47 "Sabah" - "Barselona": Komandaların start heyətləri açıqlandı | 20:39 İranda saxta spirtli içkidən 20 nəfər ölüb | 20:26 Bərdədə su çuxurundan qadın meyiti tapıldı | 20:14 Xalq artisti Elmira Şabanovanın dəfn yeri məlum oldu | 18:45 “Borcunu ödəməyənlərə görə biz niyə əziyyət çəkməliyik?!” | 18:34 Toya yazdırdığımız pul dəyərində yeməliyik? - 20 çeşid yemək məsələsi |
Mojo.az Avto
Mojo.az Avto

Şuşada mədəni tədbirlərin keçirilməsi Əlaqələndirmə Qərargahının işçi qrupunda müzakirə edildi

29.01.2021 15:10 2 652
Şuşada mədəni tədbirlərin keçirilməsi Əlaqələndirmə Qərargahının işçi qrupunda müzakirə edildi
Azərbaycanın işğaldan azad edilmiş ərazilərində Tarix və mədəniyyət abidələri, mədəniyyət müəssisələri üzrə İşçi Qrupun iclası keçirilib.

Bu barədə Əlaqələndirmə Qərargahının yaydığı məlumatda qeyd olunub.

Nəzərdə tutulmuş işlərin icrası ilə əlaqədar İdarələrarası Əlaqələndirmə Mərkəzinin rəhbəri, Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin sədrliyi ilə keçirilən iclasda Prezident Administrasiyasının Humanitar siyasət, diaspora, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva, mədəniyyət naziri Anar Kərimov, təhsil naziri Emin Əmrullayev, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı və digər şəxslər iştirak ediblər.

Qeyd edilib ki, hazırda işğaldan azad edilmiş ərazilərdə Azərbaycan xalqının milli-mədəni irsinin bərpası, mədəniyyət və dini abidələrin şəhərsalma qaydaları nəzərə alınmaqla yenidən qurulması, onların etibarlı mühafizəsinin təşkili gündəlikdə duran əsas məsələlərdir.
İclasda Azərbaycanın mədəniyyət mərkəzi olan Şuşa şəhərində ardıcıl mədəni tədbirlərin keçirilməsi, xüsusilə Vaqifin poeziya günlərinin və “Xarı bülbül” festivalının təşkili ilə bağlı məsələlər də nəzərdən keçirilib.

İşçi qrupun üzvü olan dövlət qurumlarının rəhbərləri işğaldan azad olunmuş ərazilərdə həyata keçirilməsi nəzərdə tutulan işlər barədə məlumat vermiş, bir sıra əlavə təkliflər səsləndirmişlər.

Xatırladaq ki, Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən, işğaldan azad edilmiş ərazilərdə sosial-iqtisadi, humanitar, təşkilati və digər təxirəsalınmaz məsələlərin mərkəzləşdirilmiş qaydada həlli, eləcə də bu sahədə fəaliyyətin əlaqələndirilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri Samir Nuriyevin sədrliyi ilə Əlaqələndirmə Qərargahı yaradılıb. Qərargahın nəzdində müxtəlif işçi qruplardan ibarət İdarələrarası Mərkəz fəaliyyət göstərir.

Həmin işçi qruplarından biri olan Tarix və mədəniyyət abidələri, mədəniyyət müəssisələri üzrə İşçi Qrupun əsas fəaliyyət istiqaməti işğaldan azad edilmiş ərazilərdə mədəni sərvətlərin hazırkı vəziyyətinin müəyyənləşdirilməsi, vurulmuş zərərin qiymətləndirilməsi, onların təsnifatının aparılması, habelə müvafiq qaydada bərpa işlərinin və mühafizənin təşkilidir.

Son xəbərlər