Mojo.az Banner
17:46 İnsanlarda qorxu hissi necə yaranır?  |     17:37 Dünyanın ən bahalı futbol klublarının yeni reytinqi açıqlandı  |     17:32 Azərbaycanda müəllim VƏFAT ETDİ  |     17:26 Azərbaycanda çimərliklər abadlaşacaq, dağ turizmi inkişaf edəcək  |     17:24 Yayda ayaq şişkinliyinə diqqət: Ürək xəstəliyinin əlaməti ola bilər  |     17:17 "İranın bank hesablarının məhdudlaşdırılması gözlənilir" - İqtisadçı  |     16:52 "Neftçi"nin məğlub olacağını deyən dostunu küçədə döydü  |     16:49 Azərbaycanda viza ilə bağlı yenilik olacaq  |     16:44 V qrupda qabiliyyət imtahanı tələb olunmayan ixtisaslar üzrə qəbul planı açıqlandı  |     16:42 AFFA-dan özünə xəsarət yetirən futbolçuya ağır cəza  |     16:35 Azərbaycanda həftəlik və aylıq dəmiryol biletləri yaradılacaq  |     16:25 Aviabiletlər daha əlçatan olacaq: Azərbaycana aşağıbüdcəli aviaşirkətlər cəlb ediləcək  |     16:15 Bakıda uşaq xəstəxanasında antisanitar şərait - FOTOLAR  |     15:55 Göyçayda stadionda faciə: 60 yaşlı kişi idman edərkən öldü  |     15:45 Şagirdlərin elektron yerdəyişməsi prosesinə start verildi  |     15:36 Rusiya hərbçiləri iki yaşayış məntəqəsini nəzarətə götürüblər  |     15:32 Hava limanında saxlanılıb həbs edilən "By Ella" azadlığa buraxıldı  |     14:47 22 yaşlı fenomen motosiklet qəzasında həlak oldu  |     14:46 Gecə saatlarında Moskva bölgəsinə təxminən 250 dron uçub  |     14:38 "Qarabağ"ın Konfrans Liqasındakı oyunu hansı kanalda yayımlanacaq?  |    
Left Banner
Right Banner

Ucarda arvadını öldürən şəxslə bağlı qərar ləğv edildi

05.02.2026 11:33 699
Ucarda arvadını öldürən şəxslə bağlı qərar ləğv edildi
Ali Məhkəmədə qətl törətməkdə təqsirləndirilən Kamil Qarayevin barəsindəki məhkəmə qərarından verilən kassasiya şikayətinə baxılıb.

Median.Az
Pravda.az-a istinadən xəbər verir ki, hakim Teyyub Muxtarovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Məhkəmə aşağı instansiya məhkəməsinin qərarını tamamilə ləğv edib, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilib.

İttihama görə, 2024-cü il iyulun 28-də saat 15 radələrində Ucar rayonu ərazisində 1993-cü il təvəllüdlü Rəvanə İsmayılovanın öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Araşdırmalarla 1979-cu il təvəllüdlü Kamil Qarayevin arvadı Rəvanə İsmayılovaya bıçaqla xəsarətlər yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Ucar Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.

Hadisədən sonra könüllü olaraq polisə təslim olan Kamil Qarayev prokurorluq tərəfindən şübhəli şəxs qismində tutulub.

Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 17 il 6 ay müddətə azadlıqdan məhrum edilib. Təqsirləndirilən şəxs həmin hökmdən apellyasiya şikayəti verilmə müddətinin bərpa edilməsi barədə vəsatət ilə birinci instansiya məhkəməsinə müraciət edib. Şəki Ağır Cinayətlər Məhkəməsinin 10 aprel 2025-ci il tarixli qərarı ilə Kamil Qarayevin həmin məhkəmənin 4 dekabr 2024-cü il tarixli hökmündən apellyasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpa olunmasına dair vəsatəti təmin olunmayıb. Sözügedən qərarından məhkum apellyasiya şikayəti verərək apellyasiya şikayəti vermə müddətinin bərpa olunmasını xahiş edib. Şəki Apellyasiya Məhkəməsində qərarına əsasən, apellyasiya şikayəti təmin edilməyib.скачать dle 11.3
Mojo.az Banner