Mojo.az Banner
15:02 Bakıda ağır qəza: Sürücünün XİLASEDİLMƏ GÖRÜNTÜLƏRİ (Video)  |     14:31 Bakı-Naxçıvan aviareysləri LƏĞV EDİLDİ - SƏBƏB  |     14:24 Baş nazirdən xüsusi karantin rejimi ilə bağlı QƏRAR  |     13:21 Bakı-Tbilisi-Bakı sərnişin qatarının bileti UCUZLAŞDI - FOTO  |     13:00 Saxta alqı-satqı əməliyyatlarının qarşısını kim almalıdır? – Ali Məhkəmədən izah  |     12:28 ADY-dən sərnişinlərə ŞAD XƏBƏR: Bilet satışının müddəti ARTIRILIR  |     12:18 Mərkəzi Bank uçot dərəcəsi ilə bağlı QƏRAR VERDİ  |     12:01 Azərbaycanda kasko sığortası ilə bağlı YENİLİK  |     11:50 "Arzum"un cinayət işinin BƏZİ DETALLARI - Hadisə yerindən qaçıb?  |     11:43 Qırğızıstan prezidenti nəvələrinə smartfonlardan istifadəni qadağan edib  |     11:24 Gözlənilən leysan və sel ilə bağlı əhaliyə XƏBƏRDARLIQ  |     11:09 Kəşfiyyat orqanlarına edilən kiberhücumlar məxfi saxlanılacaq  |     23:02 Bu halda telefonunuz partlaya bilər  |     22:55 Bu şəxslərə kompensasiya ödəniləcək - ŞAD XƏBƏR  |     22:50 Bakıda sirkə turşusu daha bir can aldı  |     22:42 Market və avtomobillərdən oğurluq etdi: 2 il 10 ay həbs cəzası aldı  |     22:37 Kartof ucuzlaşdı - Bir kilosu 28 qəpikdir  |     22:28 Şamaxıda direktorun otağına hücum edən şəxsə hökm oxundu  |     22:23 Bakı bulvarında ŞOK OLAY: gənc oğlan son anda ölümdən döndü  |     22:15 Paşinyan Rusiyaya gedir?  |    
Left Banner
Right Banner

Məhkəmə idmançı xalası oğlunu öldürən şəxslə bağlı qərar verdi

29.09.2025 12:04 588
Məhkəmə idmançı xalası oğlunu öldürən şəxslə bağlı qərar verdi
Ali Məhkəmədə idmançı qohumunu qətlə yetirməkdə təqsirləndirilən Yusif İsmayılovun barəsindəki qərardan verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

Median.Az
Pravda.az-a istinadla xəbər verir ki, hakim Vidadi Cəfərovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, kassasiya şikayəti təmin edilməyib.

İttihama görə, 2024-cü il yanvarın 13-də Səbail rayonu ərazisində 1995-ci il təvəllüdlü Etibar Fətəliyevin qəsdən öldürülməsi faktı üzrə rayon prokurorluğuna məlumat daxil olub.

Keçirilən əməliyyat-istintaq tədbirləri nəticəsində 1993-cü il təvəllüdlü Y.İsmayılovun Səbail rayonu, Salyan şosesi, 15 ünvanında xalası oğlu Etibar Fətəliyevə bıçaqla xəsarət yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Toplanmış sübutlar əsasında Y.İsmayılova Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə) maddəsi ilə yekun ittiham elan edilib və müstəntiqin vəsatəti, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən rayon prokurorunun təqdimatı əsasında barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, qətlə yetirilən E.Fətəliyev fitnes üzrə peşəkar idmançı olub. Hadisəni törətməkdə şübhəli bilinən 31 yaşlı Y.İsmayılov isə Etibarın xalası oğludur.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Y.İsmayılov 17 il azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsi şikayəti təmin etməyib.скачать dle 11.3
Mojo.az Banner