Mojo.az Banner
23:01 Bakıda mağazada qadın döyüldü  |     22:57 Ledi Qaqa gizlicə ərə gedib  |     22:50 Putin bu ölkənin vətəndaşlarına vizasız rejim tətbiq edəcək  |     22:45 Lionel Messi İspaniya klubunu satın alır  |     22:39 Yasamaldakı yanğına görə zərərçəkənlərdən üzr istədi - Məhkəmə  |     22:33 Paşinyanla Makronun görüşü başlayıb  |     22:28 Azərbaycanda veteran jurnalist vəfat etdi - FOTO  |     22:21 “Bu hadisə milyonda bir belə olmur, şokdayıq” - “Şəki yaylası”nın direktoru  |     22:10 DİN-in mopedlərlə bağlı yeni vəzifəsi müəyyənləşdi  |     22:03 Gömrükdən avtomobil və malların keçirilməsi qaydası dəyişdi  |     21:58 İki teatr BŞİH-dın alındı, Mədəniyyət Nazirliyinin tabeliyinə verildi  |     21:51 Rusiyada Azərbaycan və Türkiyədən idxal olunan narlar satışa çıxarılıb  |     21:46 Sabah Bakının iki rayonunda qaz olmayacaq  |     21:39 Bakıdakı tibb müəssisələrinin birində kök hüceyrələrin transplantasiyası həyata keçiriləcək - QƏRAR  |     21:34 Tanışını Rusiyadan Bakıya dəvət edib öldürən şəxsə HÖKM OXUNDU  |     21:26 Azərbaycana idxal edilən alkoqollu içkilər üçün GÖMRÜK RÜSUMU dəyişdi  |     21:20 "Hər yer alov içində idi, özümü ikinci mərtəbədən atdım, ayaqlarım sındı" - Kafeni qəsdən yandıran şəxsin MƏHKƏMƏSİ  |     21:12 Könül Vəlibəyli və daha iki nəfərin öldüyü yanğınla bağlı ittiham aktı ELAN EDİLİB  |     21:07 Avropada qaz bahalaşır: Son dörd ilin REKORDU  |     21:00 Qəbiristanlığa getdi, qarət olundu  |    
Left Banner
Right Banner

Ölkəyə gətirilən donuz ətinin miqdarı artıb: Qiyməti açıqlandı

20.09.2024 12:40 1 083
Ölkəyə gətirilən donuz ətinin miqdarı artıb: Qiyməti açıqlandı
Bu ilin yanvar-iyul ayları ərzində Azərbaycana xarici ölkələrdən ümumi dəyəri 1 milyon 951.4 min dollar olan 860.7 ton dondurulmuş donuz əti idxal olunub.

Yeniavaz.com xəbər verir ki, idxal olunan donuz ətinin bir kiloqramının orta gömrük dəyəri 2.3 dollar (3.8 manat) olub.

Müqayisə üçün bildirək ki, ötən ilin eyni dövründə ölkəyə builkindən daha az - 645.8 ton dondurulmuş donuz əti idxal edilib və 1 kiloqramının orta gömrük dəyəri dəyişməz qalıb.

Məlumat üçün qeyd edək ki, Azərbaycanda donuz ətinə olan tələbatın təxminən 5%-i yerli istehsal hesabına təmin olunur. Donuz ətinin böyük hissəsi xaricdən idxal olunur. Məsələn, ötən il ölkə ərazisində 10 min 737 ton donuz ətindən istifadə olunub və bunun 492 tonu ölkə daxilində istehsal edilib. Ötən il xaricdən 10 min tondan çox donuz əti gətirilib. İdxal olunan donuz əti qida məhsulu kimi istifadə olunmayıb, kolbasa və digər ət məhsullarının istehsalına yönəldilib.скачать dle 11.3
Mojo.az Banner