Mojo.az Banner
SON DƏQİQƏ
23:01 Ronaldo yeni biznesə qoşulur  |     22:55 Pensiyalar bu tarixdə arta bilər  |     22:47 Marketdən su alanların nəzərinə: etiketdəki bu detallara baxın  |     22:42 Dəmir yolu ilə daşımalar artır: Məhsullar ucuzlaşacaq?  |     22:34 Azərbaycan məktəbli geyimi ilə bağlı qərarında Avropaya nümunə göstərilir  |     22:29 Reseptsiz dərman satışı ilə bağlı qanunsuzluq aşkarlanan apteklərin sayı açıqlandı  |     22:24 Kosmetoloq kürəkdəki səpgilərdən qurtulmağın yollarını açıqladı  |     22:15 Bakıda yeni söküntü başlayır: Kompensasiya veriləcək (VİDEO)  |     22:10 Sabah yollarda görünüş məsafəsi azalacaq  |     22:03 Ödənişli yollar effektlidirmi?  |     21:55 Fiziklər termonüvə enerjisinə aparan "qısa yol" tapdı  |     21:50 Azərbaycanda maaşlarla bağlı yeni proqnoz - 1300 manata çatacaq  |     21:42 Ötən gün itkin düşmüş 8 nəfər tapılıb  |     21:37 İstanbulda yağış 5 nəfərin həyatına son qoydu  |     21:30 Bazar günü hava necə olacaq?  |     21:15 İranın Hörmüz boğazı yaxınlığında partlayış səsləri eşidildi  |     20:53 Gəncədə teatrın mühafizəçisi bıçaqlandı: 15 yaşlı oğlan saxlanıldı  |     20:39 Xırdalanda bədbəxt hadisə: 20 yaşlı gənc beşinci mərtəbədən yıxılaraq öldü - Foto  |     20:32 "Star Trek" serialının ulduzu Maykl Forest vəfat etdi  |     20:00 Pakistan-Əfqanıstan sərhədində toqquşma olub, ölənlər var  |    
Mojo.az Avto
Mojo.az Avto

Ərzaq məhsullarını xaricdən neçəyə alırıq? - QİYMƏTLƏR

19.08.2025 22:36 717
Ərzaq məhsullarını xaricdən neçəyə alırıq? - QİYMƏTLƏR
Bu ilin yanvar-iyul aylarında Azərbaycana 1 milyard 477,8 milyon dollar dəyərində yeyinti məhsulları idxal olunub.

Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, ötən ilin eyni dövrü ilə müqayisədə ərzaq məhsullarının idxalı 10% artıb.

Belə ki, ötən ilin ilk 7 ayında xaricdən ölkəyə 1 milyard 342,6 milyon dollar dəyərində yeyinti məhsulları gətirilib.

Ən çox idxal olunan məhsullar arasında dəyər baxımından meyvə-tərəvəz, miqdar baxımından isə buğda üstünlük təşkil edib.

Qeyd edək ki, bu ilin ilk 7 ayında Azərbaycana 248,5 min ton tərəvəz və meyvə idxal edilib, bunun gömrük dəyəri 191,5 milyon dollar olub. Nəticədə idxal olunan meyvə-tərəvəzin 1 kiloqramının orta qiyməti 1,30 manat təşkil edib.

Bundan başqa 646,3 min ton buğda ölkəyə gətirilib və dəyəri 140,1 milyon dollar olub. Bu zaman buğdanın 1 kiloqramının gömrük dəyəri 37 qəpiyə bərabər olub.

Həmçinin 55,1 milyon dollar dəyərinə 25,1 min ton ət idxal olunub. Bunun da 1 kiloqramının orta gömrük dəyəri 3,5 manat olub.

9,3 min ton süd və qaymaq idxalının dəyəri isə 15,7 milyon dollar olub və 1 kiloqram üçün qiymət 2,9 manat təşkil edib. 16,6 min ton kərə yağının idxalı üçün 113,6 milyon dollar ödənilib və 1 kiloqramın orta gömrük dəyəri 11,5 manat olub.

Eyni zamanda, 7,8 min ton çay idxalının dəyəri 47,6 milyon dollar (1 kiloqram üçün orta qiymət 11 manat), 35,5 min ton düyü idxalı 33,6 milyon dollar (1 kiloqramın gömrük dəyəri 1,6 manat), 88,6 min ton bitki mənşəli yağların gömrük dəyəri 137,1 milyon dollar (1 kiloqram üçün qiymət 2,6 manat) təşkil edib.скачать dle 11.3

Son xəbərlər