Mojo.az Banner
13:54 Azərbaycanın axtarışa verdiyi şəxs tapıldı: Bakıya gətirildi  |     13:53 İstanbula uçan təyyarədə həyəcanlı anlar: Sərnişin stüardessanı dişlədi  |     13:27 Ağstafada müəllimlər arasında dava: Xəsarət alan var - Araşdırma başladı (Yenilənib)  |     13:12 Azərbaycanda yeni agentlik fəaliyyətə başlayıb  |     12:56 "Baykar"ın yeni PUA-sının ilk ixracı Azərbaycana edildi  |     12:52 İşçilərin nəzərinə: Ezamiyyə qaydaları dəyişdi  |     12:15 Azərbaycan nefti bahalaşdı - Son qiymət  |     12:11 Bu gündən heç kim adınıza onlayn kredit götürə bilməyəcək - Yenilik  |     12:10 Azad olunmuş ərazilərdə ilk dəfə genişmiqyaslı birgə hərbi təlim keçirilir  |     12:07 Gecə saatlarında iki ölkədə güclü zəlzələ  |     11:46 Qonşusunun həyətinə girdi, sifətindən bıçaqlandı  |     11:44 Sükan arxasında ailə mübahisəsi ölümcül ola bilər  |     11:33 Həyət evinin qarşısında bunu edənlərin diqqətinə – 12 min manat cərimə oluna bilərsiniz  |     11:28 Astroloqdan xəbərdarlıq: Bu ay plastik əməliyyatlardan uzaq durun  |     11:26 Pakistanda azərbaycanlı qızı təcavüzkarlara satan qadın saxlanıldı  |     11:24 İran rialının ucuzlaşması Azərbaycanda malları ucuzlaşdıracaq? Ekspertdən AÇIQLAMA  |     11:21 "TikTok" Azərbaycanda vergi uçotuna alındı  |     23:01 Robotla Bakının mərkəzində gəzdi - Video  |     22:55 Arıqlama dərmanı xərçəng riskini artırır? - Alimlərdən açıqlama  |     22:48 Putini qoruyan 4 nəfər kimdir?  |    
Mojo.az Avto
Mojo.az Avto

"5 milyon qazansa da, gözü əlavə 100 manatdadır" – SOSİOLOQ

28.09.2026 12:44 579
Sosial şəbəkələrdə lentimizi açanda qarşımıza əsasən xoşbəxt anlar, bahalı səfərlər, yeni evlər, avtomobillər, uğurlu karyeralar və ideal münasibətlər çıxır. Başqalarının həyatının yalnız seçilmiş və nümayiş etdirilən tərəfini görən insan isə zamanla öz gündəlik həyatını həmin görüntülərlə müqayisə etməyə başlayır. Nəticədə “hamının həyatı yaxşıdır, bircə mənimki pisdir” düşüncəsi yarana bilər.

Bəs sosial şəbəkələrdə gördüklərimiz niyə öz həyatımızı olduğundan daha uğursuz və monoton qiymətləndirməyimizə səbəb olur? İnsanların başqalarının nümayiş etdirdiyi həyatla öz real həyatını müqayisə etməsinin arxasında hansı sosial amillər dayanır və bu tendensiya cəmiyyətin münasibətlərinə necə təsir edir?

Mövzu ilə bağlı Median.Az-a açıqlama verən fəlsəfə doktoru, sosioloq Mail Yaqub bildirib:

"İnsan istər sosial şəbəkələrdə, istər küçədə, bazarda və ya gündəlik həyatda qarşılaşdığı müxtəlif mənzərələr əsasında özünü başqaları ilə müqayisə edə bilər. Müqayisə etmək insanın instinktiv xüsusiyyətlərindən biridir".

"Lakin bu müqayisənin mənfi nəticələri də ola bilər. Məsələn, insanın maddi vəziyyəti nə qədər yaxşı olsa da, özünü ondan daha yüksək maddi imkanlara sahib insanlarla müqayisə edərsə, öz həyatından bezə və özünü bədbəxt hiss edər. Çünki insan hansı səviyyədə olursa-olsun, hər zaman ondan daha üstün imkanlara sahib insanlar var", – deyə sosioloq əlavə edib.
M.Yaqubun sözlərinə görə, bu hal yalnız böyüklərə deyil, uşaqlara da təsir edir. İnsan özünü başqaları ilə müqayisə etdikcə, bunun mənfi və hətta acı nəticələri ortaya çıxır.
Sosioloq hesab edir ki, insanların sosial şəbəkələrdə öz həyatlarını nümayiş etdirməsinin qarşısını almaq mümkün deyil. Onun fikrincə, hər bir insan öz həyatında müəyyən məqsəd və məna formalaşdırmalı, diqqətini başqalarının sahib olduqlarından çox öz həyatına yönəltməlidir.

"Biz milyonlarla insana deyə bilmərik ki, həyatınızı göstərməyin, səyahətlərinizi, sahib olduğunuz imkanları paylaşmayın. İnsanların bunu etmək hüququ var. Amma özümüzə nəzarət edə bilərik. Hər bir insanın həyatında məqsəd, ona məna və dəyər qatan bir istiqamət olmalıdır. Əks halda gözümüz daim başqasının malında, varında, pulunda, maşınında və səyahətində qalacaq və özümüzü bədbəxt hiss edəcəyik", – deyə o vurğulayıb.

Fəlsəfə doktoru çıxış yolunu insanın özünə qayıtmasında və öz həyatına fokuslanmasında görür. O, bunu "kirpi metodu" ilə müqayisə edib:

“İnsan özünə çəkilməli, öz hədəflərini müəyyənləşdirməli və öz həyatına qayıtmalıdır. Gözümüz daim orada-burada qalmamalıdır. Çıxış yolu budur. Yunan nifologiyasında "Kirpi metodu" var, bu, özünə yumul, özünə çəkil, öz hədəfini qur, öz həyatına qayıt deməkdir. Bunu həyatında tətbiq edən insan, hətta maddi imkanları məhdud olsa belə, həyatından məmnun qalacaq".

Sosioloq qeyd edib ki, insanın xoşbəxtliyi yalnız sahib olduğu maddi imkanlarla ölçülmür. İnsan əlində olanların qədrini bildikdə və həyatına məna qatmağı bacardıqda daha çox məmnunluq hiss edə bilər.


"Şükür etmək də məhz burada məna qazanır. Çünki nə qədər var-dövlətə sahib olsanız belə, daim daha çoxuna can atırsınızsa, məmnunluq hissi yaranmayacaq. Mən ayda milyonlarla pul qazanan, amma yenə də daha çox qazanmağa çalışan insanlar tanıyıram. Belə şəxslər hər ay 5 milyon, 10 milyon pul qazanır, yenə də əlavə 100 manatı qazanmağa can atır. Qədimdə insanlar öz qınına çəkilibmiş, hərə öz həyatı ilə məşğul imiş. Bax, onda insanın xoşbəxtliyi yaranır, insan məmnun olur. Məsələnin əsas mahiyyəti insanın özünə, öz həyatına qayıtması, öz hədəfini müəyyənləşdirməsi və həyatına məna qatmağı bacarmasıdır", – deyə Mail Yaqub sonda yekunlaşdırıb.

Dəniz Pənahova
Median.Az
скачать dle 11.3
Mojo.az Banner