Mojo.az Banner
23:01 Avtomobil almaq istəyənlər DİQQƏT! – Bunu mütləq edin  |     22:56 Bu yol 20 Yanvar və “Şamaxinka”dakı nəqliyyat yükünü azalda bilər – EKSPERT - VİDEO  |     22:50 Ronaldonu belə geri qaytarmaq istəyirlər  |     22:43 Süd vəzi ağrısı nə zaman təhlükəlidir? – Mütəxəssisdən xəbərdarlıq  |     22:38 Şakiranın konserti ilk dəfə dünya üzrə canlı yayımlanacaq  |     22:30 Bu tarixədək pinqvinlər tamamilə məhv ola bilər  |     22:24 Övladınızın “WhatsApp” istifadəsinə nəzarət edə biləcəksiniz  |     22:19 Torpağa basdırılan silah-sursat üzə çıxarıldı  |     22:11 Uşaqlar yatmazdan əvvəl niyə çox danışırlar?  |     22:06 Estoniya tranzit yolunu bağladı  |     21:59 Bakıda kişi pilləkənlərdən yıxılıb öldü  |     21:51 Pulsuz “Wi-Fi” sizə baha başa gələ bilər - Səbəb  |     21:46 "Forsaj" serial olacaq  |     21:39 “Şirvangöl” şadlıq sarayında yoxlama keçirilib  |     21:34 "FlyDubai" təyyarəsini kim xilas etdi?  |     21:28 Antibiotikin yeni zərəri üzə çıxdı - XƏBƏRDARLIQ  |     21:20 Elektron tullantılar təhlükəlidir? - Ekoloqdan AÇIQLAMA  |     21:15 Qırğızıstan ilk milli peykini kosmosa göndərdi  |     21:06 Sevgi və pulla bağlı 2 BÜRCƏ şad xəbər  |     21:00 Problemli kreditlər artır - Ekspert səbəbləri açıqladı  |    
Mojo.az Avto
Mojo.az Avto

Həyət evinin qarşısında bunu edənlərin diqqətinə – 12 min manat cərimə oluna bilərsiniz

01.10.2026 11:33 471
Həyət evinin qarşısında bunu edənlərin diqqətinə – 12 min manat cərimə oluna bilərsiniz
Həyət evlərinin yerləşdiyi bəzi ərazilərdə sakinlərin evlərinin qarşısındakı yol hissəsini öz hesabına asfaltladığı müşahidə olunur.
Sakinlər bildirirlər ki, bu addımı yolların vəziyyətini yaxşılaşdırmaq və gediş-gəlişi daha rahat etmək məqsədilə atırlar. Bununla belə, yolun ayrı-ayrı ev sahibləri tərəfindən öz təşəbbüsü və vəsaiti hesabına asfaltlanması zamanı hər hansı icazənin tələb olunub-olunmaması sual doğurur. Müvafiq ərazinin mülkiyyət statusu və yolun kimə məxsus olması da bu məsələdə əhəmiyyət daşıyır.

Bununla bağlı hüquqşünas Əkrəm Həsənov Median.Az-a açıqlamasında deyib ki, yolun mülkiyyətçisindən icazə alınmalıdır:

“Yolun mülkiyyətçisi isə dövlət və ya bələdiyyə ola bilər. Müvafiq icazə alınmadıqda İnzibati Xətalar Məcəlləsinin 350-ci maddəsi tətbiq edilir. Həmin maddəyə əsasən, müvafiq icazə almadan və ya alınmış icazənin şərtlərinə əməl etmədən avtomobil yollarında, prospektlərdə və küçələrdə tikinti, qazıntı, yenidənqurma və ya təmir işlərinin aparılmasına, eləcə də avtomobil yollarının layihələndirilməsi, tikintisi, yenidən qurulması və təmiri zamanı yol hərəkətinin təhlükəsizliyinə dair standartlara, qaydalara və normativlərə əməl edilməməsinə görə məsuliyyət nəzərdə tutulur. Belə hallarda fiziki şəxslər 200 manatdan 300 manatadək, vəzifəli şəxslər 1000 manatdan 1500 manatadək, hüquqi şəxslər isə 10 min manatdan 12 min manatadək məbləğdə cərimə edilə bilər”.

Ayselскачать dle 11.3
Mojo.az Banner