Mojo.az Banner
23:01 Əsgərlikdən yeni qayıdan gəncin qanını tökdülər - Video  |     22:55 Qatarla Azərbaycana gələn və gedən əcnəbilərin sayı açıqlandı  |     22:47 ChatGPT-nin yazdığı mətnlərə görünməz işarələr əlavə edilir  |     22:39 Şəkər xəstəliyi ən çox bu yaşda və bu səbəblə yaranır - XƏBƏRDARLIQ  |     22:34 Qaradağda saxlanılan daha bir məmura HÖKM OXUNDU  |     22:26 "Formula 1" yaxından izləmək üçün hasardan tullandı - Həbs edildi  |     22:21 Ermənistanda saxlanılan azərbaycanlı hərbçi ilə bağlı Paşinyandan açıqlama  |     22:13 Naxçıvanda bu qurumun səlahiyyətləri ləğv edildi  |     22:08 Hər 5 aptekdən birində nöqsanlar tapıldı  |     22:02 Bu ölkə "Avroviziya"dan imtina etdi  |     21:54 Uşağı telefona yaxından baxan, gözlərini qıyan, başı ağrıyan valideynlərin nəzərinə  |     21:46 Qazaxda toyda başlayan mübahisə bıçaqlanma ilə nəticələndi - Video  |     21:41 Azərbaycanda un məhsulları bahalaşacaq? - Video  |     21:33 Rusiya XİN-dən qəzaya uğrayan AZAL təyyarəsi ilə bağlı yeni açıqlama  |     21:28 Azərbaycanın millisindən böyükhesablı qələbə  |     21:20 Bu məktəbin direktoru vəfat etdi  |     21:15 Müəllimlər üçün geyim qaydaları və tələblər müəyyənləşdi - Foto  |     21:06 Kənd yumurtası bahalaşdı  |     21:00 “İlliyinə 2200 ödədiyim universitetin şəraiti...” - VİDEO  |     20:53 Aygün Kazımova evindən video paylaşdı  |    
Mojo.az Avto
Mojo.az Avto

Elektron tullantılar təhlükəlidir? - Ekoloqdan AÇIQLAMA

02.10.2026 21:20 177
Elektron tullantılar təhlükəlidir? - Ekoloqdan AÇIQLAMA
Azərbaycanda istifadə müddəti bitmiş telefon, kompüter, televizor, printer və digər elektrik-elektron avadanlıqların necə toplanması və utilizasiya olunması məsələsi aktuallığını qoruyur. Yararsız elektron cihazların məişət tullantılarından ayrıca idarə olunması, onların tərkibindəki qiymətli xammalın təkrar istifadəsi və təhlükəli komponentlərin ətraf mühitə yayılmasının qarşısının alınması mühüm məsələlərdəndir.

Ekoloq Cəmşid Bəxtiyar Sfera.az-a açıqlamasında bildirib ki, elektron tullantılar həm qiymətli xammal, həm də düzgün idarə olunmadıqda təhlükə yarada bilən komponentlərlə zəngin olan tullantılar hesab olunur.

Onun sözlərinə görə, telefon, kompüter, televizor və digər elektron avadanlıqların tərkibində mis, alüminium, dəmir, qızıl və digər təhlükəsiz materiallarla yanaşı, qurğuşun, civə, kadmium, xrom, nikel və digər təhlükəli maddələr də ola bilər:

“Beynəlxalq təsnifat və idarəetmə yanaşmasına əsasən, elektron tullantılar adi məişət tullantılarından ayrıca idarə olunmalıdır. 2025-ci ildən Bazel Konvensiyası çərçivəsində elektron tullantılarla bağlı yeni tələblərin tətbiqi də bu tullantıların beynəlxalq hərəkətinə və idarə olunmasına daha sərt yanaşmanı nəzərdə tutur”.

C.Bəxtiyar qeyd edib ki, Azərbaycanda əhalinin elektron tullantıları ölkə üzrə vahid və geniş yayılmış ayrıca toplama sisteminə təhvil verməsi hələ universal praktikaya çevrilməyib. Onun sözlərinə görə, bununla belə, ayrı-ayrı layihələr çərçivəsində elektron tullantıların, xüsusilə batareyaların toplanması həyata keçirilir:

“2025-ci ildə istifadəyə yararsız batareyaların toplanaraq xüsusi şəraitdə utilizasiyası üçün Tullantıları İdarəetmə Mərkəzinə verilməsi rəsmi şəkildə açıqlanmışdı. Köhnə telefon və ya kompüterin adi zibil qutusuna atılması da düzgün yanaşma deyil. Cihazın işləməməsi onun tərkibindəki təhlükəli maddələrin yox olması anlamına gəlmir”.

Ekoloq deyib ki, elektron tullantıların əsas risklərindən biri onların nəzarətsiz şəkildə sökülməsi, parçalanması və yandırılmasıdır:

"Cihazlar bütöv vəziyyətdə olduqda risk nisbətən aşağı olsa da, onlar dağıldıqda, aşındıqda, söküldükdə və ya nəzarətsiz şəkildə emal edildikdə təhlükəli maddələrin ətraf mühitə keçmə ehtimalı artır. Qurğuşun və kadmium torpağa və suya keçdikdə insan orqanizmi üçün ciddi fəsadlar yarada bilər. Civə isə sinir sisteminə zərər verə bilən toksik maddə kimi tanınır. Plastiklərin və elektron komponentlərin açıq şəkildə yandırılması zamanı havaya zəhərli tüstü yayıla və əlavə təhlükəli birləşmələr yarana bilər. Məişət tullantılarının həcmini azaltmaq məqsədilə poliqonlarda tullantıların yandırılması da elektron tullantıların mövcud olduğu halda təhlükəli utilizasiya üsuludur. Belə tullantıların tərkibindəki maddələr yandırılma zamanı atmosferə yayıla, torpağa düşdükdə isə bəzi davamlı kimyəvi maddələr uzun müddət ətraf mühitdə qala və qida zəncirinə daxil ola bilər”.

Ekoloq Ümumdünya Səhiyyə Təşkilatının məlumatlarına da diqqət çəkib. Onun fikrincə, elektron tullantı axınlarında 1000-dən çox müxtəlif kimyəvi maddə müəyyən edilib və onların bir hissəsinin insan sağlamlığı üçün zərərli olduğu məlumdur, digər maddələrin təsirləri ilə bağlı isə araşdırmalar davam edir:

“Xüsusilə elektron tullantıların nəzarətsiz sökülməsi və yandırılması zamanı qurğuşun, kadmium, xrom, bromlaşdırılmış alov gecikdiricilər və digər toksik maddələrə məruz qalma riskini artırır. Bu təsirlərin uşaqlar və hamilə qadınlar üçün xüsusi narahatlıq doğurur. Köhnə elektron cihazın zibil qutusuna atılması insanı dərhal zəhərləyir demək deyil. Risk cihazın tərkibindən, onun necə parçalanmasından və ya yandırılmasından, tullantının yerləşdirildiyi mühitdən və insanın həmin maddələrlə təmas səviyyəsindən asılıdır”.


скачать dle 11.3
Mojo.az Banner