Mojo.az Banner
13:09 Azərbaycanda əhalinin sayı açıqlandı  |     13:08 Jurnalistlər üçün süni intellektlə bağlı yeni qaydalar hazırlanır  |     13:07 Milli Məclis İlham Əliyevi və Mehriban Əliyevanı təbrik edib  |     13:06 Məşhur iş adamının 13 milyonluq şantaj işi: Məhkəmədə nələr oldu?  |     13:05 Mirzoyan: "TRIPP yolu üzərində ABŞ-nin hərbi mövcudluğu ehtimalı İranı narahat edir"  |     13:04 Azərbaycan nefti ucuzlaşdı  |     12:23 Bakıda təcili yardım maşını ağır qəza törətdi: Ölən var  |     12:19 Rəsmi Bakı Pakistana başsağlığı verib  |     12:16 Azərbaycanda müğənnilər 15 min manat qazanıb, 20 manat vergi ödəyirlər  |     12:13 Xırdalanda məktəbin şüşələrini sındıran şəxs həbs edildi  |     12:09 Səhər saatlarında Rusiyada güclü zəlzələ oldu  |     12:00 İlon Mask uçan avtomobilini təqdim etdi - Video  |     11:54 Deputat Məzahir Əfəndiyev barəsində doqquz işə xitam verildi  |     11:53 Yaxın 4 ildə Qarabağ və Şərqi Zəngəzura nə qədər pul xərclənəcək?  |     11:45 Ağstafada cinayət törətməkdə təqsirləndirilən şəxs Rusiyada tutuldu  |     23:01 Daim üşüyürsünüz? - Endokrinoloq diqqətdən kənarda qoyulmamalı simptomları açıqladı  |     22:55 İcbari sığorta haqları artırılacaq?  |     22:46 Başqalarına kömək etmək bu xəstəliyin inkişafını ləngidə bilər  |     22:41 Qonşusunu bıçaqlayan 61 yaşlı şəxs məhkəmə zalında həbs edilib  |     22:34 İran Oman körfəzində tankeri vurdu  |    
Mojo.az Avto
Mojo.az Avto

Avtomobil almaq istəyənlər DİQQƏT! – Bunu mütləq edin

02.10.2026 23:01 339
Avtomobil almaq istəyənlər DİQQƏT! – Bunu mütləq edin
İkinci əl avtomobil alarkən yalnız avtomobilin xarici görünüşünə və mühərrikin işlək vəziyyətinə diqqət yetirmək kifayət deyil. Avtomobilin elektron sistemlərinin kompüter diaqnostikasından keçirilməsi də vacibdir. Çünki bəzi nasazlıqlar ilkin baxış zamanı hiss olunmasa da, xüsusi cihazlar vasitəsilə müəyyən edilə bilər. Hətta avtomobilin sistemində hər hansı xəta kodu qeydə alınmadıqda belə, canlı göstəricilərin təhlili gizli problemlərin aşkarlanmasına kömək edə bilər.

Bəs kompüter diaqnostikası avtomobilin bütün nasazlıqlarını üzə çıxarmağa imkan verirmi? İkinci əl avtomobil alarkən hansı sistemlər mütləq yoxlanılmalıdır?

Median.Az-ın məlumatına görə, Hafta.az-a açıqlamasında avtomobil mütəxəssisi Ramil Əliyev bildirib ki, diaqnostikanın nəticəsi avtomobilin modelindən, istehsal ilindən, istifadə olunan cihazların imkanlarından və yoxlamanı aparan şəxsin peşəkarlığından asılıdır.

Onun sözlərinə görə, bəzi avtomobillərdə xüsusi diaqnostika cihazları vasitəsilə müəyyən göstəriciləri oxumaq və problemləri aşkar etmək mümkün olsa da, bütün nasazlıqları dəqiq müəyyənləşdirmək hər zaman mümkün olmur:

“Nasazlıq kodunun çıxmaması hələ avtomobildə hər şeyin qaydasında olması demək deyil. Sistemdə xəta kodu görünməsə belə, faktiki olaraq nasazlıq mövcud ola bilər. Buna görə də yalnız xəta kodlarına deyil, canlı göstəricilərə və bütün parametrlərə diqqətlə baxılmalıdır. Diaqnostika hərtərəfli aparılmalıdır. Burada avtomobilin xüsusiyyətləri və yoxlamanı həyata keçirən mütəxəssisin peşəkarlığı da mühüm rol oynayır”.
Mütəxəssis qeyd edib ki, ikinci əl avtomobil alarkən yalnız mühərrik və sürətlər qutusunun deyil, bütün elektron sistemlərin yoxlanılması vacibdir. Onun sözlərinə görə, avtomobilin istehsal ili nə qədər yenidirsə, kompüter diaqnostikası vasitəsilə yoxlanıla bilən sistemlərin imkanları da bir o qədər geniş olur.

“Avtomobilin səs sistemindən, antenalarından, qapılarından və təkər sensorlarından tutmuş əsas idarəetmə sistemlərinə, mühərrikə, sürətlər qutusuna və əyləc sisteminə qədər bütün elektron komponentlər yoxlanılmalıdır. Çünki avtomobilin müxtəlif hissələrində yaranan nasazlıqlar yalnız müvafiq sistemlərin yoxlanılması zamanı üzə çıxa bilər”, – deyə Ramil Əliyev vurğulayıb.
Beləliklə, ikinci əl avtomobil alarkən kompüter diaqnostikası alıcının diqqət yetirməli olduğu əsas yoxlamalardan biridir. Bununla belə, diaqnostikanın nəticələri avtomobilin texniki vəziyyətinin tam qiymətləndirilməsi üçün mexaniki baxışla birlikdə nəzərə alınmalıdır.скачать dle 11.3
Mojo.az Banner