Mojo.az Banner
SON DƏQİQƏ
12:10 Alyona Əliyeva Luka Minnellinin Bakı konsertindən paylaşım etdi - Foto  |     12:09 Oğlu Ramiz Mehdiyev haqqında istintaqa nələri deyib? - Şok ifadə  |     12:08 Şamaxıda 7 yaşlı uşaq faciəli şəkildə öldü  |     12:06 Pensiyalar yeni qayda ilə hesablanacaq: Aylıq əlavələr kimlərə veriləcək?  |     12:05 Azərbaycandan Ermənistana ixrac olunan məhsulların dəyəri açıqlanıb  |     11:59 Xırdalan sakinlərinə şad xəbər: Tıxaca son qoyacaq iki mühüm layihə - Video  |     11:53 Bakıda iki avtomobil toqquşdu: Piyada öldü  |     11:37 Şəmkirdə DSX əsgərinin güllələnməsi ilə bağlı iki nəfər həbs edildi  |     11:30 Toy və banket zamanı gözlənilməz xərcdən necə yayınaq? - Video  |     11:29 "Flydubai"nin kapitanı əlində balta olan ikinci pilotdan necə müdafiə olunduğunu danışıb  |     11:23 Azərbaycanda çıxarışsız evlərin aqibəti necə olacaq? – AÇIQLAMA  |     11:16 Novruz bayramı günü bibisinin oğlunu öldürdü  |     23:01 Ronaldo yeni biznesə qoşulur  |     22:55 Pensiyalar bu tarixdə arta bilər  |     22:47 Marketdən su alanların nəzərinə: etiketdəki bu detallara baxın  |     22:42 Dəmir yolu ilə daşımalar artır: Məhsullar ucuzlaşacaq?  |     22:34 Azərbaycan məktəbli geyimi ilə bağlı qərarında Avropaya nümunə göstərilir  |     22:29 Reseptsiz dərman satışı ilə bağlı qanunsuzluq aşkarlanan apteklərin sayı açıqlandı  |     22:24 Kosmetoloq kürəkdəki səpgilərdən qurtulmağın yollarını açıqladı  |     22:15 Bakıda yeni söküntü başlayır: Kompensasiya veriləcək (VİDEO)  |    
Mojo.az Avto
Mojo.az Avto

Avtomobil mühərrikinin yuyulmasının təhlükələri: Ekspert izah edir

05.10.2024 13:49 1 245
Avtomobil mühərrikinin yuyulmasının təhlükələri: Ekspert izah edir
Bir çox avtomobil sahibləri avtomobillərini təkcə xaricdən deyil, həm də kapotun altını ideal vəziyyətdə saxlamağa çalışırlar. Bununla belə, mühərrikin müntəzəm yuyulması hətta onun dəyişdirilməsi zərurətinə qədər ciddi problemlərə səbəb ola bilər.

Median.Az
-ın "Ridus"a istinadən verdiyi məlumata görə, bu barədə rusiyalı avtomobil eksperti Konstantin Liqaçyov xəbərdarlıq edib.

"Adətən mühərriki avtomobili satmazdan əvvəl yuyurlar ki, kapotun altındakı hissə gözəl görünsün. Bu həmçinin müəyyən nasazlıqlar zamanı edilir: məsələn, yağ sızmasının səbəbini və yerini müəyyən etmək lazım olanda. Bütün digər hallarda avtomobilin mühərrikini yumağın heç bir mənası yoxdur", - deyə Konstantin Liqaçyov bildirib.

Onun sözlərinə görə, bu, bütöv bir texnoloji əməliyyatdır və onun hər hansı pozulması avtomobil üçün mənfi nəticələrə səbəb ola bilər.

Mütəxəssis qeyd edib ki, çox vaxt mühərrikin yuyulması ilə avtomobillərdən kifayət qədər məlumatı olmayan ustalar məşğul olurlar.

"Onlar mühərriki güclü təzyiqlə yuyurlar və vacib elementləri örtməyi unudurlar. Bu, suyun avtomobilin elektronikasına düşməsinə və qısaqapanmaya səbəb ola bilər", - deyə ekspert vurğulayıb.

Liqaçyovun sözlərinə görə, suyun avtomobilin hava filtrinə düşməsi xüsusilə təhlükəlidir.

"Bu halda hidravlik zərbə ehtimalı böyükdür ki, bu da baha başa gəlir - mühərrikin dəyişdirilməsi tələb olunur", - deyə mütəxəssis əlavə edib.скачать dle 11.3

Son xəbərlər