Mojo.az Banner
SON DƏQİQƏ
11:23 Azərbaycanda çıxarışsız evlərin aqibəti necə olacaq? – AÇIQLAMA  |     11:16 Novruz bayramı günü bibisinin oğlunu öldürdü  |     23:01 Ronaldo yeni biznesə qoşulur  |     22:55 Pensiyalar bu tarixdə arta bilər  |     22:47 Marketdən su alanların nəzərinə: etiketdəki bu detallara baxın  |     22:42 Dəmir yolu ilə daşımalar artır: Məhsullar ucuzlaşacaq?  |     22:34 Azərbaycan məktəbli geyimi ilə bağlı qərarında Avropaya nümunə göstərilir  |     22:29 Reseptsiz dərman satışı ilə bağlı qanunsuzluq aşkarlanan apteklərin sayı açıqlandı  |     22:24 Kosmetoloq kürəkdəki səpgilərdən qurtulmağın yollarını açıqladı  |     22:15 Bakıda yeni söküntü başlayır: Kompensasiya veriləcək (VİDEO)  |     22:10 Sabah yollarda görünüş məsafəsi azalacaq  |     22:03 Ödənişli yollar effektlidirmi?  |     21:55 Fiziklər termonüvə enerjisinə aparan "qısa yol" tapdı  |     21:50 Azərbaycanda maaşlarla bağlı yeni proqnoz - 1300 manata çatacaq  |     21:42 Ötən gün itkin düşmüş 8 nəfər tapılıb  |     21:37 İstanbulda yağış 5 nəfərin həyatına son qoydu  |     21:30 Bazar günü hava necə olacaq?  |     21:15 İranın Hörmüz boğazı yaxınlığında partlayış səsləri eşidildi  |     20:53 Gəncədə teatrın mühafizəçisi bıçaqlandı: 15 yaşlı oğlan saxlanıldı  |     20:39 Xırdalanda bədbəxt hadisə: 20 yaşlı gənc beşinci mərtəbədən yıxılaraq öldü - Foto  |    
Mojo.az Avto
Mojo.az Avto

Keyfiyyətsiz avtomobili necə tanımaq olar? - Təzə və işlənmiş maşın alışı üçün məsləhətlər

25.09.2024 18:11 1 173
Keyfiyyətsiz avtomobili necə tanımaq olar? - Təzə və işlənmiş maşın alışı üçün məsləhətlər
Avtomobil almaq diqqət və bilik tələb edən məsuliyyətli bir qərardır. Təcrübə göstərir ki, keyfiyyətsiz nəqliyyat vasitəsinə təkcə işlənmiş maşınlar arasında deyil, həm də avtosalonlarda rast gəlinə bilər.

Median.Az
oxu.az-a istinadən bildirir ki, rusiyalı avtomobil mütəxəssisi Tatyana Malışeva problemli avtomobili tanımağa kömək edəcək əlamətlərdən danışıb.

Onun sözlərinə görə, hətta rəsmi dilerlərdən yeni avtomobil almaq belə maşının qüsursuz olacağına zəmanət vermir.

"Bəzi istehsalçılar xərcləri azaltmağa çalışaraq öz modellərində konstruktiv çatışmazlıqlara yol verirlər. Yeni maşınların tipik problemləri arasında bunları qeyd etmək olar: kuzovun geometriyasının pozulması, keyfiyyətsiz rəngləmə və korroziyaya səbəb olan çatlar, avtomobilin sistemlərindən birinin işində nasazlıqlar", - deyə o bildirib.

Ekspert işlənmiş avtomobil alarkən diqqətin daha çox tələb olunduğunu bildirib:

"Kuzovdakı cızıqlar, sürtülmələr, həddindən artıq yeyilmiş pedallar (əyləc problemlərinin əlaməti), rəngin qeyri-bərabərliyi və qalın boya qatı (qəza izlərini gizlədə bilər) alıcı üçün həyəcan siqnalı olmalıdır. Kapotun altında yağ və antifriz sızmaları texniki nasazlıqlardan xəbər verir. Bundan başqa şübhəli dərəcədə az yürüş də narahatlıq doğurmalıdır - satıcı real rəqəmləri gizlədə bilər ki, bu da gələcəkdə böyük təmir xərclərinə səbəb ola bilər".

Malışeva şüşələrin markalanmasını, təkər tağı örtüklərinin oturmasını, cihaz panelinin vəziyyətini yoxlamağı məsləhət görür. Onun sözlərinə görə, yanan indikatorlar maşının sistemlərində xətaların olduğunu göstərir.

"Diqqətli olmaq, texniki bilik və mütəxəssislərin köməyi - avtomobil alışının üç sütunudur", - deyə Malışeva sözlərini yekunlaşdırıb.скачать dle 11.3

Son xəbərlər