Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:14 Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu  |     22:50 Türkiyədə bələdiyyə məclisinin üzvü mübahisə zamanı öldürüldü  |     22:23 Şamaxı şəhərində Xınıslı körpələr evi-uşaq bağçasının açılışı olub - Foto  |     22:05 55 nömrəli marşrut üzrə avtobuslar nə vaxt yenilənəcək?  |     22:03 Leyla Əliyeva Şamaxıda sosial tikiş müəssisəsinin fəaliyyəti ilə tanış olub - Foto  |     21:43 Bakı Xəzər-Qara dəniz regionu üzrə AAPG beynəlxalq neft-qaz konfransına ev sahibliyi edəcək  |     21:41 Yağların bahalaşmasının səbəbi məlum oldu: İdxal və istehsal amili  |     21:32 Pezeşkian: İran nüvə proqramını inkişaf etdirəcək  |     21:20 Pyerluici Kollina da Bakıya gəldi - Video  |     20:59 Nazirlər Kabineti hər bir təhsilalana düşən illik təhsil xərclərinin miqdarını təsdiqləyib  |     20:44 Ərdoğan: "Türk dövlətləri ilə birliyimizi pozmaq istəyənlərin qarşısında birlikdə dayanacağıq"  |     20:29 "Avrasiya" Hospitalının sahibi məhkəməlik oldu: Əmlaklarına həbs qoyuldu  |     20:09 FİFA U-15: Azərbaycan millisi Haiti yığmasına məğlub oldu  |     20:00 Keçmiş icra başçısı vəfat etdi  |     19:52 Prezidentin sosial media hesablarında Şeyxa Əl Nuveysi qəbul etməsinə dair videoçarx paylaşılıb  |     19:16 Nihat Məmmədli dünya çempionatının finalına yüksəldi  |     18:55 Prezident İlham Əliyev Dünya Turizm Təşkilatının baş katibini qəbul edib - Foto  |     18:37 Bakının bu rayonunda 8 bina söküləcək - 4 min AZN kompensasiya...  |     18:18 Benzin və dizellə işləyən maşınlar ucuzlaşacaq?  |     18:01 Ermənistanda məhbus məhkəmə binasından qaçdı  |    
Mojo.az Avto
Mojo.az Avto

Kilometrajı geri çəkilən avtomobili necə müəyyən etmək olar? - VİDEO

25.03.2024 11:40 1 224
Kilometrajı geri çəkilən avtomobili necə müəyyən etmək olar? - VİDEO
Özünə xaricdən avtomobil sifariş edən bəzi sürücülər maşınların yürüş məsafəsinə müdaxilə edildiyini deyirlər. Onlar iddia edirlər ki, avtomobilin göstərilən yürüş məsafəsi ilə real qət etdiyi məsafə arasında kəskin fərq olur.

Xezerxeber.az-ın məlumatına görə, avtomobil ustası Sahil Ağabəyli bildirir ki, son zamanlar belə şikayətlər artıb. Avtomobil alan şəxslər az kilometrajlı maşınlara üstünlük verirlər. Belə maşınlar xarici bazarlarda baha olduğundan bəzi işbazlar ucuz qiymətə yürüş məsafəsi çox olan avtomobili alaraq sonradan onun kilometrajını geri çəkirlər.

S.Ağabəyli deyir ki, xaricdən avtomobil sifariş edənlər mütləq qaydada avtomobilin sığorta keçmişi ilə maraqlansınlar. Sığorta keçmişi olmayan maşınların kilometrajının çəkilmə ehtimalı yüksəkdir. Daxili bazardan maşın alanlar da aldadıla bilər. Çünki bəzi satıcılar ili köhnə avtomobillərin də kilometrajını geri çəkirlər.

Qeyd edək ki, avtomobilin kilometrajını geri çəkən şəxslər istehlakçıları aldatma maddəsinə əsasən, cinayət məsuliyyətinə cəlb oluna bilərlər. İstehlakçının aldadılması 40-500 manat arası olduqda həmin şəxs və yaxud şəxslərə üç min manatdan beş min manatadək cərimə və ictimai işlərə cəlb olunma, 500 manatdan artıq olduqda isə beş-yeddi min manatadək cərimə və ya altı aylıq azadlıqdan məhrum etmə cəzası verilə bilər.

Ətraflı süjetdə:

Son xəbərlər