Mojo.az Banner
22:59 Etna vulkanının püskürməsi: İtaliyanın Kataniya aeroportu yenidən uçuşları dayandırıb - FOTO - VİDEO  |     22:50 Azərbaycanda məktəblərdə qızların sırğa taxması qadağan edilir? - AÇIQLAMA  |     22:44 Pəhriz saxlayanlar diqqətli olsun  |     22:39 Netanyahu Nyu-Yorka səfər edəcək  |     22:32 Xalq artisti oğluna toy edir - VİDEO  |     22:21 İrandan paraplanla 65 kiloqram narkotik keçirilməsinin qarşısı alındı  |     22:13 Paytaxtın bu hissəsində təmir işləri tamamlandı  |     22:05 Natiq Cəfərli: "220 manat alanların ödənişi artırılmalıdır"  |     21:59 Sabah saat 10:00-dan qaz olmayacaq - bu ərazilərdə  |     21:51 Putinin xüsusi təyyarəsinin sirri: İçərisində nələr var?  |     21:45 Toylarında taxılan qızıllar gündəm oldu: "Vanlı Kara Haydar"ın həyat yoldaşı da həbs edildi  |     21:36 "Sabah" "Şəfa"ya qalib gəldi  |     21:27 Qardaşını həyat yoldaşına qısqanıb öldürdü: Xasay Quliyevə ağır cəza  |     21:19 "Sülh Körpüsü" Ermənistan mediasının diplomatların Qarabağa səfəri ilə bağlı qərəzli mövqeyini pisləyib  |     21:01 DTX-nin saxladığı tiktoker "Çevik"i hansı cəza gözləyir?  |     20:41 DTX-dən əməliyyat: Azyaşlıları dini ayinlərə cəlb edən şəxs saxlanıldı  |     20:33 Sabahdan Bakının marşrut xətlərinə 2 530 avtobus buraxılır  |     20:23 “Sovetski”də söküntü ərazisindən meyit tapıldı  |     20:16 "Neftçi" Elvin Camalov ilə yollarını ayırdı - RƏSMİ  |     20:05 Azərbaycanda İLK: Dövlət qurumlarında İŞ REJİMİ DƏYİŞİR  |    
Mojo.az Avto
Mojo.az Avto

Avtomobil ehtiyat hissələri niyə bahadır? - Açıqlama

08.02.2024 21:23 885
Avtomobil ehtiyat hissələri niyə bahadır? - Açıqlama
“Ölkədə satılan avtomobil ehtiyat hissələrinin qiyməti bəzi ölkələrlə müqayisədə çox bahadır. Bu,gömrük rüsumlarının yüksək olması ilə əlaqədardır. Ehtiyat hissələri ölkəyə münasib qiymətə gətirilsə də, üzərinə rüsumu gələndə qiymət artır. Üstəlik avtomobil üçün bir detalı almaq istəyəndə satıcılar bildirirlər ki, bu detal tək deyil, digər detallarla birlikdə, komplekt halda satılır. Bu zaman qiymət daha da baha olur. Belə olan halda da alıcılıq qabiliyyəti aşağı düşür”.


Bunu nəqliyyat üzrə ekspert Elməddin Muradlı Bakupost.az -a bildirib.

Onun dediyinə görə, Gürcüstanda 20 manata satılan detalı Azərbaycanda təqribən 120 manata almaq mümkündür:

"Burada gömrük rüsumlarının yuxarı olması ciddi rol oynayır. Nəyə görə bir çox iqtisadi parametrlərinə əsasən, Azərbaycandan geri qalan Gürcüstan bu sahədə bizi özündən asılı vəziyyətə salmalıdır? Bunun qarşısını almaq üçün gömrük rüsumları aşağı salınmalıdır".

Ekspert qeyd edib ki, baha ehtiyat hissələrini almağa gücü çatmayan insanlar ucuz məhsullara üstünlük verirlər. Buna görə də bəzi şirkətlər ölkəyə keyfiyyətsiz ehtiyat hissələri gətirir:

“Bu hal Azərbaycanda geniş yayılıb. Ölkəyə keyfiyyətsiz işıq cihazları, avtomobilin digər kiçik və böyük detalları gətirilir və alıcılar da onları alır. Nəticədə bu, həm yol-nəqliyyat hadisələrinə səbəb olur, həm də avtomobilin digər detallarını sıradan cıxarıb sürücüyə iki-üç qat ziyan vurur. Çox istərdim ki, bu hallara son qoyulsun. Çünki insanlar keyfiyyətli ehtiyat hissələri aldıqda avtomobilin ömrü uzanır”.
скачать dle 11.3
Mojo.az Banner