Mojo.az Banner
22:40 Tanışlarının telefonunu satıb pulunu xərclədi, dələduzluğa görə məhkum edildi  |     22:33 Rotavirus uşaqlar üçün niyə təhlükəlidir? - Həkimlərdən xəbərdarlıq  |     22:28 İnterpol və 13 ölkədən birgə əməliyyat: 200-dən çox haker saxlanılıb  |     22:20 Bir gündə 116 mm yağıntı: Normadan artıq yağışların səbəbi nədir?  |     22:15 Azərbaycanda "halal" şirkətlərin milyonlarla borcu var  |     22:09 Kənd yumurtası bahalaşıb? (AÇIQLAMA)  |     22:01 Yeni kollektiv saziş: Sənəd əməkhaqqılarına necə təsir edəcək? (Video)  |     21:55 Keyfiyyətli yuxunun sirri - Elmi nəticə  |     21:38 Daha iki qrup zəvvar həcc ziyarətinə yola salındı  |     21:31 Gürcüstanın baş naziri: "Bakıda imzalanan sazişlər strateji tərəfdaşlığın daha da güclənməsinə töhfə verəcək"  |     21:26 Araz çəkildi, insan sümükləri üzə çıxdı - VİDEO  |     21:18 Sabah yollar dumanlı olacaq  |     21:13 Dondurulmuş məhsullar qida dəyərini itirir? - Video  |     21:05 Şakira məhkəmədə bəraət qazandı  |     21:00 Sabah 25° isti olacaq  |     20:52 Azad edilmiş ərazilərdə daha 57 mina aşkarlandı  |     20:47 "6 aylıqdan aşağı quzuların qurban kəsilməsi məqbul sayılmır" - Video  |     20:39 Yaralı əsgərlər bioloji silaha çevrilə bilərmi?  |     20:34 "Barselona"ya keçidinə görə üzr istədi  |     20:26 Azərbaycanın Ermənistana builki ixracının dəyəri 10 milyon dollara yaxınlaşıb  |    
Left Banner
Right Banner

Azərbaycanda bu avtomobillər 1500-4000 manata qədər bahalaşdı

05.01.2018 13:11 3 696
Azərbaycanda bu avtomobillər 1500-4000 manata qədər bahalaşdı
Azərbaycanda işlənmiş avtomobillərin qiymətində kəskin bahalaşma müşahidə edilir.

Median.Az
xəbər verir ki, unikal.org-un əməkdaşının avtomobil bazarında apardığı araşdırmaya görə, ili 1993-1999-cü il olan "Mercedes" markalı avtomobillərdə 1500-3500 manat arası bahalaşıb.

3 ay əvvəl buraxılış ili 1998-ci il olan "Mercedes" E 220 -nin satış qiyməti 6500-7500arasında dəyişirdisə, hazırda bu avtomobilin qiyməti 10500-11500 arasındadır.

3 ay əvvəl buraxılış ili 1996-ci il olan "Mercedes" E 230 -nin satış qiyməti 5500-6500 olduğu halda, hazırda qiyməti 8500-9500 arasında dəyişir.

3 ay əvvəl buraxılış ili 1997-ci il olan "Mercedes" C 180-nin satış qiyməti 6500-7500 civarında idisə, hazırda qiyməti 8500-11500 arasında dəyişir.

3 ay əvvəl buraxılış ili 2007- ci il olan "Hyundai Sonata" satış qiyməti 10 000-11500 arasında dəyişirdisə, hazırda qiyməti 13500-14500 manatadır.

Bununla belə, "Opel", "Nissan", "KİA", "Lada" (VAZ) markalı avtomobillərdə də bahalaşma qeydə alınıb.

Avtomobil alverçiləri qiymətlərin son 3 ayda artığını qeyd edir və buna səbəb kimi ehtiyat hissələrinin bahalaşmasını göstərirlər:

"Avtomobillərin ehtiyat hissələri ölkəyə çox baha gətirilir. Bununla belə, avtomobil yağları, təkərlərinin qiymətində də bahalaşma var. Avtomobil satışa hazır edilməsi üçün məcburi ehtiyat hissələri yeniləndiyi üçün qiymətlərdə bahalaşma müşahidə olunur. Yanvar ayının 1-dən tətbiq olunan idxal gömrük rüsumunun artımı avtomobillərin qiymətinə daha kəskin təsir göstərəcək".

Mütəxxəsislər qiymətlərin bahalaşmasına baxmayaraq, bu sahədə durğunluğun da müşahidə edildiyini deyirlər: "Qiymətlər baha, alver isə yoxdur. Əvvəllər avtomobili olmayanlar, bazara tez-tez üz tuturdularsa, hazırda bazarda yalnız avtomobillərini barter edən, yaxud satıb, başqası ilə əvəzləyənlərə daha çox rast gəlinir".

Qeyd edək ki, Azərbaycana gətiriləcək minik avtomobillərinə tətbiq edilən idxal gömrük rüsumu bu ilin yanvarın 1-dən artırılıb. Tətbiq edilən idxal gömrük rüsumu 2018-ci ilin yanvar ayının 1-dən 75%-ə qədər artırılıb. Nazirlər Kabinetinin qərarına əsasən mühərrik həcmi 1500 kubsantimetrdən böyük işlənmiş avtomobillər üçün hər 1 kubsantimetrə görə 1 dollar 20 sent, təzə avtomobillər üçün isə 70 sent idxal rüsumu alınacaq.скачать dle 11.3
Mojo.az Banner