Özəl məktəblər geyim qaydalarını istədikləri kimi müəyyən edə bilməz – Açıqlama
Dövlət məktəblərində şagirdlər üçün vahid geyim qaydaları tətbiq olunsa da, özəl təhsil müəssisələri bu məsələdə öz Nizamnamələrinə uyğun qərar verə bilirlər. Elm və təhsil nazirinin müavini Firudin Qurbanov da açıqlamasında özəl məktəblərin geyim qaydalarını müstəqil müəyyənləşdirmək hüququna malik olduğunu bildirib. Bununla yanaşı, o, şagirdlərin təhlükəsizliyi, təhsil hüququ və məktəbdaxili nizam-intizam baxımından bütün təhsil müəssisələrində eyni prinsiplərin tətbiqinin əhəmiyyətini vurğulayıb.
Dövlət və özəl məktəblərdə şagirdlərin geyim qaydalarının fərqli olması təhsil müəssisələri arasında ayrı-seçkilik yarada bilərmi?
Təhsil eksperti Elçin Əfəndi mövzu ilə bağlı Median.Az-a bildirib ki, özəl təhsil müəssisələrində vahid təhsil proqramının tətbiqi, təhsil hüququnun təmin edilməsi, məktəbəqədər təhsilin qorunması və şagirdlərin təhlükəsizliyinin təmin olunması əsas prinsiplərdən olmalıdır:
“Bu məsələlərdə bütün təhsil müəssisələri üçün bərabər yanaşma tətbiq edilməlidir. Geyim formasına gəlincə, dövlət və özəl təhsil müəssisələrində geyim qaydaları fərqli və ya oxşar ola bilər. Lakin burada ümumi qəbul edilmiş prinsiplər və etik normalar qorunmalıdır. Təhsil müəssisəsinin özəl və ya dövlət məktəbi olması ailələrin seçim hüququna təsir göstərməməlidir. Əgər tədris proqramı və təhsil prosesi eyni prinsiplər əsasında təşkil olunursa, geyim formasındakı fərqlər o qədər də əhəmiyyət daşımır”.
O qeyd edib ki, özəl məktəblərin geyim qaydalarını müstəqil müəyyənləşdirməsi də Nazirlər Kabinetinin müvafiq normativ-hüquqi aktlarına uyğun olmalıdır:
“Özəl təhsil müəssisəsi olması məktəbə istədiyi geyim qaydalarını tətbiq etmək hüququ vermir. Bu zaman müəyyən edilmiş etik normalar və müvafiq dövlət qərarları mütləq nəzərə alınmalıdır. Çünki özəl məktəblərin fəaliyyət göstərməsi üçün lisenziya dövlət tərəfindən verilir. Müvafiq tələblərin pozulması isə yoxlamalar zamanı lisenziyanın ləğvinə qədər gətirib çıxara bilər. Buna görə də özəl təhsil müəssisələri fəaliyyətlərini təşkil edərkən bu məqamları mütləq nəzərə almalıdırlar”.