Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:01 Britaniya Rusiyanın ən böyük 10 neft hasil edən şirkətinə sanksiyalar tətbiq edib | 22:54 Hörmüz boğazının şərqində 2 tanker alışıb | 22:48 Bir nüvə partlayışı peyklərin 98 faizini sıradan çıxara bilər | 22:40 Ceyhun Bayramovla Mirzoyan ayaqüstü söhbət etdilər - VİDEO | 22:35 Nəvəsinin andiçməsinə gedərkən itkin düşən kişinin meyiti tapıldı: Təfərrüat | 22:26 Azərbaycan ilə Ermənistan arasında transsərhəd çaylarla bağlı işçi qrupları yaradılıb | 22:20 Son bir ildə Azərbaycan ərazisindən Ermənistana ümumilikdə 105 min ton yük daşınıb | 22:13 Türkiyədə helikopter qəzaya uğradı - ölənlər var | 22:08 Prezident İlham Əliyevin Yunanıstanın Baş naziri Kiriakos Miçotakis ilə görüşü olub - Foto | 22:00 Barəsində 48 axtarış qərarı olan şəxs Azərbaycanda saxlanıldı | 21:53 Bakıda vərəm xəstələri görüntülü zənglə izlənilir? - Açıqlama | 21:46 Lənkəranda şəhid anası vəfat etdi | 21:40 İlham Əliyevin Nikol Paşinyan ilə görüşü olub - FOTO | 21:34 Uşağa hər istədiyini almaq olmaz - Psixoloqdan valideynlərə xəbərdarlıq | 21:26 Türkanda qanunsuz karxana işlədən şəxs cəzalandırıldı - Dövlətə 21 min manatlıq ödəniləcək | 21:21 6 min manatlıq vəd, yarımçıq qalan iş və amnistiya - Sabiq xidmət əməkdaşı azadlığa buraxıldı | 21:14 Azərbaycanda qadınlar kişilərdən daha çox yaşama səbəbi - Professordan cavab | 21:09 Atasının ölümünə səbəb olan sürücü həbsdən azad edildi | 21:02 Dəmir hasarı daşla əvəz etdi, Səbail İcra Hakimiyyəti cərimələdi - Məhkəmə qərarı ləğv etdi | 20:57 "Bloomberg": İran ayda 50 ballistik raket istehsal edə bilər |
Mojo.az Avto
Mojo.az Avto

İpoteka kreditləri niyə vətəndaşlar üçün əlçatan deyil? – AÇIQLAMA

12.11.2026 13:26 561
İpoteka kreditləri niyə vətəndaşlar üçün əlçatan deyil? – AÇIQLAMA
2027-ci il dövlət büdcəsindən İpoteka və Kredit Zəmanət Fondunun nizamnamə kapitalının artırılması üçün 89 milyon manat vəsait ayrılması nəzərdə tutulur. Bu vəsaitin əhalinin mənzil tələbatının ödənilməsinə və güzəştli şərtlərlə mənzil əldə etmək imkanlarının genişləndirilməsinə yönəldilməsi planlaşdırılır. Lakin hazırda mənzil bazarında qiymətlərin yüksək olması və vətəndaşların mənzil əldə etməkdə üzləşdiyi çətinliklər bu vəsaitin real təsiri ilə bağlı suallar yaradır.

İpoteka və Kredit Zəmanət Fonduna ayrılacaq 89 milyon manat mənzil bazarına və vətəndaşların ev sahibi olmaq imkanlarına necə təsir göstərə bilər?

Bu barədə Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Oruc Median.Az-a açıqlamasında deyib ki, İpoteka və Kredit Zəmanət Fonduna ayrılan vəsait ötən illə müqayisədə 4,7 faiz artaraq 89 milyon manata çatıb:
“Bu, müsbət addımdır. Lakin ayrılan vəsaitin həcmini və verilən kreditlərin orta məbləğini nəzərə alsaq, bunun mənzil əldə edən vətəndaşların sayına təsiri o qədər də böyük deyil. Belə ki, bir milyon manatın tərkibində 10 ədəd 100 min manat var. İpoteka kreditlərinin məbləği isə əsasən 100-150 min manat arasında dəyişir. Bu baxımdan, 89 milyon manatlıq vəsait təxminən minə yaxın vətəndaşın ipoteka krediti əldə etməsinə imkan yarada bilər. Daşınmaz əmlak bazarındakı ümumi alqı-satqı göstəriciləri ilə müqayisədə bu, kifayət qədər böyük rəqəm deyil. İpoteka və Kredit Zəmanət Fondunun ayırmaları daşınmaz əmlak bazarında qiymətlərə, aktivliyə və dinamizmə müəyyən təsir göstərir. Lakin fondun maliyyələşdirilməsi üçün dövlət büdcəsindən ayrılan vəsait yeganə mənbə olmamalıdır. Bildiyiniz kimi, fond indiyədək verdiyi kreditlər üzrə faiz və əsas borc ödənişlərindən daxil olan vəsaitləri də yenidən kreditləşməyə yönəldir. Bununla belə, mövcud mənbələr tələbatı qarşılamaq üçün kifayət etmir”.
O qeyd edib ki, əlavə maliyyə mənbələri müəyyənləşdirilməli, donor təşkilatlarla əməkdaşlıq genişləndirilməli və fonda alternativ daxilolmalar təmin edilməlidir:
“Məqsəd kreditləşmənin əhatə dairəsini genişləndirmək və mənzil krediti əldə edən vətəndaşların sayını artırmaqdır. Çünki bu sahədə tələbat kifayət qədər böyükdür. Təsəvvür edin ki, güzəştli mənzillərin satışı ilə bağlı mexanizm çərçivəsində 12 minə yaxın vətəndaş müraciət edib. Eyni zamanda, ipoteka kreditləri üçün onlayn müraciətlərin sayı da on minlərlədir. Belə böyük tələbatın olduğu şəraitdə mövcud sosial layihələr ehtiyacın yalnız təxminən 10 faizini qarşılamaq imkanına malikdir. Təbii ki, bütün tələbatı birdən-birə ödəmək real deyil. Bu, mövcud maliyyə imkanlarına uyğun gəlmir. Lakin ilkin mərhələdə sosial layihələrin həcminin ən azı 2-2,5 dəfə artırılması məqsədəuyğun olardı. Bununla yanaşı, yalnız maliyyə ayırmalarının artırılması kifayət etmir. Sosial layihələrin əlçatanlığını təmin etmək üçün bir sıra sistemli dəyişikliklərə də ehtiyac var. İlk növbədə, güzəştli ipoteka kreditlərinin əhatə dairəsi genişləndirilməlidir. İlkin ödənişlə bağlı tələblər vətəndaşlar üçün daha əlçatan olmalıdır. İlkin ödəniş ümumiyyətlə ləğv edilməli və ya simvolik məbləğdə müəyyənləşdirilməlidir. Məsələn, ilkin ödəniş 5 faiz, maksimum isə 10 faiz təşkil edə bilər. Çünki hazırda daşınmaz əmlak bazarında mənzil qiymətlərinin artması vətəndaşların 15-20, bəzi hallarda isə 30 faiz ilkin ödəniş toplamasını çətinləşdirir. Nəticədə bir çox insan ipoteka proqramlarından yararlana bilmir”.
O sonda vurğulayıb ki, ikinci mühüm məsələ regionlarda ipoteka kreditləşməsinin genişləndirilməsi və tikinti sektorunun bölgələrə yönəldilməsidir:
“Eyni zamanda, bazar qiymətləri ilə müqayisədə daha münasib qiymətə mənzillər təklif edən binaların tikintisi təşviq olunmalıdır. Tikinti sektoru bu istiqamətdə müxtəlif stimullaşdırıcı layihələrdən yararlanmalı, yeni yaşayış binalarının tikinti həcmi artırılmalıdır. Çünki mənzilə olan tələbatın ödənilməsi və qiymətlərin tənzimlənməsi üçün ən effektiv mexanizmlərdən biri təklifin artırılmasıdır. Bundan başqa, gənc ailələr və işləyən, lakin mənzili olmayan şəxslər üçün əlavə maliyyə mexanizmləri hazırlanmalıdır. İpoteka kreditlərinin müddətinin artırılması da nəzərdən keçirilməlidir. Hazırda kreditlər əsasən 25-30 il müddətinə verilir. Bu müddətin 40 ilədək artırılması aylıq ödənişlərin azalmasına və kreditlərin daha çox vətəndaş üçün əlçatan olmasına şərait yarada bilər. Kredit limitlərinin artırılmasına da ehtiyac var. Hazırda güzəştli ipoteka kreditinin maksimal məbləği 100 min, adi ipoteka kreditinin maksimal məbləği isə 150 min manatdır. Bu limitlərin müvafiq olaraq 150 min və 200 min manata çatdırılması məqsədəuyğun olardı. Digər mühüm məsələ əlavə maliyyə mənbələrinin cəlb edilməsidir. Bu baxımdan, pensiya fondunun vəsaitlərinin ipoteka kreditləşməsinə yönəldilməsi imkanları araşdırıla bilər. Eyni zamanda, beynəlxalq maliyyə institutları və donor təşkilatları ilə əməkdaşlıq çərçivəsində fonda əlavə vəsaitlərin cəlb edilməsi vacibdir. Nə qədər çox tikinti həyata keçirilsə, sosial mənzil layihələrinin həcmi artırılsa və daha çox vətəndaşın mənzil əldə etməsi üçün şərait yaradılsa, bir o qədər müsbət nəticə əldə etmək olar. Bu, həm daşınmaz əmlak bazarının tənzimlənməsinə, həm də əhalinin yaşayış şəraitinin və sosial rifahının yaxşılaşmasına töhfə verə bilər. İpoteka və Kredit Zəmanət Fonduna 89 milyon manat ayrılması və bu məbləğin ötən illə müqayisədə 4,7 faiz artırılması müsbət addımdır. Bu vəsait əlavə sayda vətəndaşın mənzil əldə etməsinə imkan yaradacaq. Lakin bu, mənzil probleminin həll olunduğu anlamına gəlmir. Problemin köklü şəkildə aradan qaldırılması üçün maliyyələşmə mənbələrinin artırılması, kredit şərtlərinin yumşaldılması, tikinti sektorunun təşviqi və sosial mənzil layihələrinin genişləndirilməsi istiqamətində sistemli dəyişikliklərə ehtiyac var”.

Son xəbərlər