Mojo.az Banner
23:01 Yuxuya getməyi asanlaşdıran 7 qida  |     22:55 Türkiyədə də uşaqlara sosial şəbəkələrdən istifadə qadağan edilir  |     22:46 Oktyabrda bu 4 bürcü maaş artımı gözləyə bilər  |     22:41 Azərbaycanda bu maşınların qiyməti kəskin bahalaşdı  |     22:34 Bakının milyonluq mənzilləri: Qiymətlər niyə bu qədər bahadır?  |     22:29 Telefonların enerjisi gecə niyə azalır?  |     22:22 Ronaldo millidən kənarlaşdırıldı  |     22:14 Rusiya gürcülərə də qadağa tətbiq etdi  |     22:09 Türkiyədə siqaret satışında şəxsiyyət vəsiqəsi tələb olunacaq  |     22:01 Bazar gününə olan hava proqnozu  |     21:39 "Zevs"in qardaşı məhkəmə zalından azadlığa buraxıldı  |     21:38 Cəbrayılda minaya düşən ata və oğul Bakıya gətirildi - Açıqlama  |     21:37 İsmayıllıda ev və köməkçi tikili yanıb  |     21:35 İnşaatçılar küçəsindəki evindən meyiti tapıldı  |     21:33 Deniz Akkaya 7 ay 15 gün müddətinə həbs edildi  |     21:30 Bakının mərkəzi prospektində güclü yanğın baş verib (Yenilənib)  |     19:10 Səudiyyə Ərəbistanında üç aeroportun fəaliyyəti dayandırıldı  |     18:48 Qarabağ Universitetinin müəllimi hakim təyin olundu  |     18:38 Salyanda avtomobil qatarla toqquşdu, sürücü son anda xilas oldu  |     18:29 Ötən gün 29 kiloqrama yaxın narkotik dövriyyədən çıxarılıb  |    
Mojo.az Avto
Mojo.az Avto

İpoteka limitləri saniyələr sonra bitdi?

05.03.2026 19:48 489
İpoteka limitləri saniyələr sonra bitdi?
Bu gün saat 11-də İpoteka və Kredit Zəmanət Fondu 2026-cı il üçün müvəkkil kredit təşkilatlarına ayırdığı limitləri aktivləşdirib.

Bununla belə, ipoteka kreditləri üçün müraciətlərin qeydə alınması prosesi cəmi bir neçə saniyə çəkib. Hazırda Fondla əməkdaşlıq edən bütün banklarda ipoteka kreditləşməsi bağlıdır.

"Qafqazinfo” xəbər verir ki, bu barədə sosial şəbəkədə məlumatlar yayılıb. İpoteka üçün müraciət edənlərin bəziləri sistemdə texniki xətaların olduğunu, müvafiq bölmələri seçdikləri halda, yenidən seçim etmək təklif olunduğunu yazıblar.

Eyni halla üzləşənlər arasında iqtisadçı ekspert Samir Əliyev də var. O, sistem üzərindən göstərilən texniki xətanın fotosunu paylaşaraq "Kreditləşmə açılandan 10 saniyə ərzində mənə verilən cavab” şərhini verib.

Digər vətəndaşlardan da eyni vəziyyətlə qarşılaşanlar var. Onlar sistemin kiberdələduzlar üçün açıq olduğunu, bəzilərinin müəyyən proqramlar vasitəsilə avtomatik şəkildə müraciət göndərərək limiti tutduğunu iddia ediblər.

Məsələ ilə bağlı İpoteka və Kredit Zəmanət Fonduna verdiyimiz sorğuya cavabda isə sabah güzəştli ipoteka üzrə seçimlərin açılacağı xatırladılıb, yekun açıqlamanın da bundan sonra veriləcəyi qeyd edilib.

Məlumat üçün bildirək ki, 2026-cı il dövlət büdcəsində əhalinin mənzilə olan tələbatının ödənilməsi və güzəştli şərtlərlə mənzil əldə edilməsinə dəstək vermək üçün İpoteka və Kredit Zəmanət Fonduna 100 milyon manat vəsait ayrılıb. Güzəştli ipoteka üzrə seçimlər isə 6 mart saat 11.00-da olacaq.скачать dle 11.3
Mojo.az Banner