Mojo.az Banner
SON DƏQİQƏ
13:03 Azərbaycanda daha bir zəlzələ oldu - Foto  |     12:51 Prezidentin baş nazirin müavini təyin etdiyi Teymur Musayev kimdir? - Dosye  |     12:42 Azərbaycanın yeni səhiyyə nazirinin dosyesi  |     12:33 Piyada səkilərini zəbt edənləri bu qədər cərimə gözləyir – Açıqlama  |     12:27 Anar Bayramov nazir təyin olundu - Sərəncam  |     12:21 Prezident Teymur Musayevi nazir vəzifəsindən azad etdi - Yeni təyinat  |     12:15 TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verildi - Prezidentdən fərman  |     12:10 Alyona Əliyeva Luka Minnellinin Bakı konsertindən paylaşım etdi - Foto  |     12:09 Oğlu Ramiz Mehdiyev haqqında istintaqa nələri deyib? - Şok ifadə  |     12:08 Şamaxıda 7 yaşlı uşaq faciəli şəkildə öldü  |     12:06 Pensiyalar yeni qayda ilə hesablanacaq: Aylıq əlavələr kimlərə veriləcək?  |     12:05 Azərbaycandan Ermənistana ixrac olunan məhsulların dəyəri açıqlanıb  |     11:59 Xırdalan sakinlərinə şad xəbər: Tıxaca son qoyacaq iki mühüm layihə - Video  |     11:53 Bakıda iki avtomobil toqquşdu: Piyada öldü  |     11:37 Şəmkirdə DSX əsgərinin güllələnməsi ilə bağlı iki nəfər həbs edildi  |     11:30 Toy və banket zamanı gözlənilməz xərcdən necə yayınaq? - Video  |     11:29 "Flydubai"nin kapitanı əlində balta olan ikinci pilotdan necə müdafiə olunduğunu danışıb  |     11:23 Azərbaycanda çıxarışsız evlərin aqibəti necə olacaq? – AÇIQLAMA  |     11:16 Novruz bayramı günü bibisinin oğlunu öldürdü  |     23:01 Ronaldo yeni biznesə qoşulur  |    
Mojo.az Avto
Mojo.az Avto

Sürücülərin NƏZƏRİNƏ: Avtomobillərdə ən çox saxtalaşdırılan dörd ehtiyat hissəsi

16.10.2024 15:46 1 284
Sürücülərin NƏZƏRİNƏ: Avtomobillərdə ən çox saxtalaşdırılan dörd ehtiyat hissəsi
"Avtomobil bazarında ən çox saxtalaşdırılan komponentlər müntəzəm texniki xidmət üçün istifadə olunan hissələrdir".

Median.Az
-ın "Tarantas Nyus"a istinadla verdiyi məlumata görə, bu barədə rusiyalı avtomobil mütəxəssisi Mixail Makovey bildirib.

Onun sözlərinə görə, risk zonasında - avtomobilin texniki xidməti zamanı mütəmadi olaraq dəyişdirilməsi tələb olunan filtrlər, alışdırma şamları, əyləc sistemi və asqı hissələridir.

Üstəlik, ekspertin bildirdiyinə görə, həm orijinal elementlər, həm də tanınmış Avropa və Asiya brendlərinin məhsulları saxtalaşdırılır.

"Ən pis hallarda saxta ehtiyat hissələri parametrlərə uyğun gəlmədiyinə görə avtomobilə quraşdırmaq mümkün olmayacaq. Bundan əlavə, onlar nəqliyyat vasitəsinin qovşaq və aqreqatlarının sıradan çıxmasına səbəb ola bilər", - deyə o bildirib.

Ekspert vurğulayıb ki, kontrafakt hissələrin istifadəsi ciddi nəticələrə səbəb ola bilər.

"Belə ehtiyat hissələrinin alınması riskini azaltmaq üçün komponentləri və sərfiyyat materiallarını rəsmi dilerlərdən, yaxud da etibarlı satıcılardan almaq lazımdır", - deyə mütəxəssis sözlərini yekunlaşdırıb.скачать dle 11.3

Son xəbərlər