Mojo.az Banner
23:12 Gəncədə atanın oğlunu bıçaqlaması ilə bağlı yeni təfərrüat - Video  |     22:45 Bakıda genişmiqyaslı əməliyyat: 200-dən çox şəxs saxlanıldı - Foto  |     22:34 Pulun üzərinə yazı yazmağa görə inzibati cəza nəzərdə tutulubmu?  |     22:27 Türkiyədə naməlum infeksiya: Minlərlə sakin xəstəxanaya müraciət etdi  |     22:16 Sabunçuda psixotrop maddə qəbul edən şagird məktəbdə intihara cəhd edib  |     22:00 30-a yaxın ölkə İrana qarşı bəyanatla çıxış etdi  |     21:40 Sabah paytaxtın bir rayonunda qaz kəsiləcək  |     21:22 Bəzi ərazilərdə su olmayacaq  |     21:06 Məktəblərdə geyim qaydalarına görə monitorinqlər başlandı  |     20:33 Azərbaycan Respublikası Media və Yayım Şurasının açıqlaması  |     20:31 Bəxtiyar Əsgərovu kim əvəz edəcək? - Yeni təyinat  |     20:15 Masazırda avtomobilləri yandıran şəxslər saxlanıldılar  |     20:04 Naxçıvan MR-in Bakıdakı Daimi Nümayəndəliyinə yeni rəhbər təyin olunub  |     19:58 Azərbaycanın yeni səfiri etimadnaməsini Pakistan prezidentinə təqdim edib  |     19:49 Şirvanda 1 yaşlı uşaq yıxılaraq ağır xəsarət alıb  |     19:38 PKK İraqdakı dörd düşərgəni boşaltdı  |     19:28 Bakıda məktəbli əmisinin zorakılığına məruz qalıb? - İddia  |     19:20 "Sabah"ın oyunu ilə əlaqədar Bakıda 18 marşrutun hərəkət sxemi dəyişdirilir  |     18:40 Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb  |     18:06 Məktəbli forması şagirdlərin düşüncəsinə necə təsir edir? – AÇIQLAMA  |    
Mojo.az Avto
Mojo.az Avto

Tanınmış avtomobil brendlərinin Çin variantlarına etibar etmək olarmı?

05.08.2024 20:01 1 713
Tanınmış avtomobil brendlərinin Çin variantlarına etibar etmək olarmı?
Azərbaycanın avtomobil yollarında şütüyən tanınmış maşın brendlərinin Çin variantlarının sayı getdikcə artmaqdadır.

Söhbət əsasən Yaponiya və Cənubi Koreyanın aparıcı avtomobil istehsalçılarının ("Toyota", "Nissan", "Hyundai", KİA") markalarının Çində istehsal edilmiş modellərindən gedir.

Bir qayda olaraq həmin avtomobilləri Azərbaycana rəsmi dilerlər gətirmir. Onların ölkəyə idxalı ilə müxtəlif avtomobil salonları, eləcə də fərdi şəxslər məşğul olur və ənənəvi variantlarla müqayisədə Çin variantları azı 5 min manat ucuz təklif olunur. Bəs belə maşınlara etibar etmək olarmı? "Report" mövzunu bazar iştirakçıları ilə müzakirə edib.

"Azərbaycan Avtomobil Dilerləri Assosiasiyası" İctimai Birliyinin icraçı direktoru Eyyub Əliyev maşınların Çin variantlarının ucuz olmasını müxtəlif səbəblərlə izah edir: "Rəsmi diler avtomobil gətirəndə gömrükdə bütün rüsumları, vergiləri, eləcə də xidmət xərclərini ödəyir. Fərdi idxalda isə bəzi hallarda bu ödəmələrdən və xərclərdən qismən qaçmaq mümkündür. Bundan başqa, rəsmi idxalda istehsalçının verdiyi zəmanət qeyri-rəsmi idxalda ya ümumiyyətlə olmaya, ya da məhdud ola bilər. Son nəticədə ənənəvi variantla Çin variantı arasında qiymət fərqi yaranır".

Onun sözlərinə görə, Çin variantına pul vermiş müştəri avtomobilə texniki xidmət məsələsində də çətinliklərlə üzləşə bilər: "Rəsmi diler satdığı maşına verdiyi zəmanətə uyğun olaraq 3-5 il ərzində mühərrikdə və sürət qutusunda yaranan problemləri ödənişsiz həll edir. Çindən gətirilən avtomobillərə rəsmi servislərdə ödənişli xidmət göstərilməsi belə problem ola bilər. Bu, əsasən ehtiyat hissələrinin uyğunluğu və servis personalının həmin modellərə dair məlumatlılıq səviyyəsi ilə bağlıdır. Rəsmi qaydada idxal edilən avtomobillər üçün ehtiyat hissələri və texniki məlumatlar rəsmi servis mərkəzlərində mövcuddur, fərdi idxalda isə bu cür hissələrə və məlumatlara çıxış məhdud ola bilər”.

Azərbaycana avtomobil idxalı ilə məşğul olan iş adamı Elnar Rzazadə isə deyir ki, rəsmi qaydada ölkədə idxal edilən avtomobillə, adətən, Azərbaycanın texniki tələblərinə uyğun olaraq sertifikatlaşdırılır: “Bu, avtomobilin təhlükəsizlik standartlarına, ekoloji normalara və digər yerli tələblərə cavab verdiyini göstərir. Fərdi qaydada idxalda isə sertifikatlaşdırmaya əməl edilməyə bilər, bu da müəyyən hallarda avtomobilin dövlət qeydiyyata alınmasında və yaxud istifadə olunmasında çətinliklər yarada bilər. Yəni, Çindən fərdi şəkildə gətirilən avtomobillər, bəzən yerli bazar üçün nəzərdə tutulmayan spesifikasiyalarda ola bilər. Bu, avtomobilin texniki göstəricilərindən tutmuş, interyer və eksteryer dizaynına qədər fərqli cəhətləri əhatə edə bilər. Rəsmi distribyutorlar isə adətən, yerli bazarın tələblərinə uyğun modifikasiyalı avtomobilləri idxal edir”.

Buna görə ekspert tövsiyə edir ki, avtomobil həvəskarları rəsmi dilerlərdən maşın almağa çalışsın: “Çindən fərdi şəkildə avtomobil gətirmək qiymət baxımından sərfəli görünə bilər. Lakin bu cür avtomobillərin zəmanət, texniki xidmət, sertifikatlaşdırma və modifikasiya məsələlərində müəyyən risklər və çətinliklər yarana bilər. Rəsmi qaydada idxal edilən avtomobillər nisbətən yüksək qiymətə satılsa da, zəmanət, texniki xidmət və yerli bazar tələblərinə uyğunluq kimi üstünlüklərə malikdir. Bu seçimlər arasında qərar verərkən, avtomobil sahibləri uzunmüddətli perspektivdə rahatlıq və təhlükəsizlik amillərini də nəzərə almalıdırlar”.
//reportскачать dle 11.3
Mojo.az Banner